Xərçəngi iki gündə sağaldan dərman - İDDİA

Xərçəngi iki gündə sağaldan dərman - İDDİAABŞ-də aparılan bir araşdırma nəticəsində məlum olub ki, Anadoluda rast gəlinən ışgın adlı tərəvəz (onun hansı tərəvəz olması barədə təxminlər və müzakirələrlə yazının sonunda tanış olacaqsız) xərçəng hüceyrələrinin inkişafını dayandırır.

Amerikanın Atlanta Universitetində iki mərhələ halında aparılan təcrübələr siçanlar üzərində gerçəkləşdirilib.

Işgın bitkisində olan "parietin" adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə inyeksiya edilib və təkcə iki gün içində xərçəng hüceyrələrinin yarısının öldüyü görülüb.

Piqmentlərin modifikasiya edilmiş bir növü də şişlərin inkişafını azaldır. Araşdırmadan çıxan bu nəticə yeni bir xərçəng dərmanının da xəbərçisidir. Mütəxəssislər ışgından hazırlanmış xərçəng dərmanının bir neçə il içində xərçəng müalicəsində istifadə olunacağını deyir. Hər nə qədər bitki ilə bağlı həyata keçirilən təcrübələrin nəticəsi müsbət olsa da, onun dərmana çevrilməsi üçün bir çox yeni araşdırmalar aparılmalıdır.

Bitki haqqında əldə edilən kəşf nəticələri böyük bir həyəcan yaradıb. İngiltərənin "Daily Express" qəzetində "Işgın həyatımızı xilas edə bilər" başlığı ilə yayılan xəbər dünya mediasında böyük səs-küy doğurub.

Quzuqulağı fəsiləsindən olan bu bitkinin latın dilində adı "Rheum ribes"dir. Bitki Anadoluda bölgələrdən asılı olaraq ışkın, aşgın, aşkın, eşkin, eşgin, ıçgın, ıçkın, uçgun, uçkun, uşgun və uşkun adları ilə tanınır. Işqın isti və subtropik bölgələrdə yetişir. Tozlanması külək vasitəsilə baş tutur və tibbi bitkilər sinfinə girdiyi üçün farmakoloji araşdırmalarda da sıx-sıx istifadə olunur. Çiy olaraq yeyilir, amma yağda, yumurtada qızartması da olur və turşusu hazırlanır.

Bitkinin Azərbaycan versiyasındakı adı isə ciddi müzakirələrə səbəb oldu. Sosial şəbəkədə gedən müzakirələrdə bu bitkini daha çox çaşır adlandıranlar oldu. Onun yazda bitdiyini, daha çox Laçın, Kəlbəcər, Daşkəsən, Naxçıvan tərəflərdə çox populyar olduğunu deyənlər oldu. Bitkinin yığılma dövrü də yaz mövsümüdür. Sosial şəbəkə istifadəçiləri bildirdilər ki, hal hazırda bu bitkinin tutmasını qoyurlar. Özəlliyi isə odur ki, turşu bankası açılandan bir günə qədər rəngini dəyişməməli, yəni, qaralıb göyərməməlidir.

Versiyalardan biri isə bitkinin adının uşqun olması ilə bağlıdır. Ona latınca "Rheum ribes" deyildiyi, Azərbaycan elmində isə "Qarağat rəvəndi" adlandığı yayılan bilgilər arasındadır. (musavat.com)

Sağlamlıq     Baxılıb: 2171   Tarix: 07 oktyabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

geyim və ayaqqabılar geyim necə seçməli geyim seçimi gilasın faydası artiq cekiden azad olmaq bilik haqqinda atalar sözləri göyəm turşusu kosmetika nizami gencevi masqalar hakisda qadin saglamlig laylalar