Xərçəngin müxtəlif növlərinin profilaktikası

Xərçəngin müxtəlif növlərinin profilaktikasıAğciyər xərçənginin profilaktikası: ağciyər xərçənginin profilaktikasının ən effektiv metodu tütünçəkmədən imtinadır.
Tütünçəkməni tərgitməyin qoruyucu (profilaktik) effekti tütünçəkmənin müddətindən və intensivliyindən, həmçinin tütünçəkmənin tərgidilməsindan keçən vaxtdan asılıdır. Tütünçəkməni tərgidəndən 10 il sonra ağciyər xərçəngindən ölüm riski 30-50% aşağı düşür. Beləliklə, ağciyər xərçənginin ilkin profilaktikasında ən effektiv vasitə tütünlə mübarizədir. Asbest və radonla əlaqənin istisna edilməsi, meyvə və tərəvəzlərin çox istifadə edilməsi də ağciyər xərçəngi riskini aşağı salır.
Kolorektal xərçəngin profilaktikası: kolorektal xərçəngin ilkin profilaktikasının təsirli tədbirlərinə tütündən imtina, müntəzəm fiziki aktivlik, heyvan yağlarının az istifadəsi və müntəzəm skrininq aid edilir. Kolorektal xərçəngin müntəzəm kütləvi skrininqi və sonrakı kolonoskopiya və adenomatoz poliplərin götürülməsi ilkin profilaktika tədbirlərinə aiddir və kolorektal xərçəng riskini 66-80% aşağı salmağa imkan verir.
Mədə xərçənginin profilaktikası: mədə xərçəngin ilkin profilaktikası tədbirlərinə meyvə-tərəvəzlərin və bütöv dənli bitkilərin çox istifadəsi, duzlu və konservləşdirilmiş qidanın qəbulunu azaldılması, ərzaqların düzgün saxlanması, tütünçəkmədən imtina və qastroezofageal reflyüks xəstəliyinin müalicəsi aid edilir.
Süd vəzi xərçənginin profilaktikası: spirtli içkilərin azaldılması, fiziki aktivliyin təmin edilməsi, düzgün qidalanma və normal çəkinin saxlanması süd vəzi xərçənginin inkişaf riskini aşağı salır. Hətta gündə 30 dəqiqə müntəzəm fiziki aktivlik kifayətdir ki, süd vəzi xərçəngi riskini 35% azaltsın. Minimum 6 ay müddətində döşlə əmizdirməni seçən qadınlar süd vəzi xərçənginin inkişaf riskini aşağı salmış olur. Menopauzadan sonra əvəzedici hormon terapiyasının istifadəsi (kombinə olunmuş və ya yalnız estrogen tərkibli) süd vəzi xərçənginin inkişafı riskini artırır.
Süd vəzi xərçənginə qarşı mübarizədə əsas hədəflərdən biri onun erkən aşkar edilməsidir. Erkən aşkar edilmənin tövsiyə edilən strategiyaları erkən əlamət və simptomları müəyyən etməkdə məlumatlı olmağı təmin etmək, özünü müayinə etmək və süd vəzinin müntəzəm olaraq həkim tərəfindən klinik müayinəsidir.
Süd vəzinin özünü müayinə texnikası döş xərçəngi profilaktikasının əsas tərkib hissəsidir. Süd vəzi xərçəngi xəstəliyinin profilaktikasının effektivliyinin artırılması üçün süd vəzinin müayinəsi hər ay menstrual tsiklin 6-cı və 12-ci günü aparılır. Yaşı 45-dən yuxarı olan qadınlarda hər il mammoqrafiyanın aparılması süd vəzi xərçənginin erkən diaqnostikasının əsas elementlərindən biridir və əksər ölkələrdə skrininqin əsasını təşkil edir.
Uşaqlıq boynu xərçənginin profilaktikası: ÜST uşaqlıq boynu xərçənginin profilaktikası və onunla mübarizədə kompleks yanaşma tətbiq etməyi tövsiyə edir. Tövsiyə edilən tədbirlərə maariflənmə, vaksinasiya və skrininq kimi komponentlər daxildir. İlkin profilaktika 9-13 yaşlı qızlarda cinsi həyat başlayana qədər İnsan Papilloma virusuna (İPV) qarşı vaksinasiyadan başlayır. 21 yaşından başlayaraq, cinsi aktivliyi olan qadınlar ilkin olaraq hər il və daha sonra 2-3 ildən bir patoloji servikal hüceyrələrin və xərçəngönü patoloji ocaqların erkən aşkar edilməsi məqsədilə Papanikolau yaxması və ya uşaqlıq boynundan yaxma ilə skrininqdən keçməlidirlər.
Saglamliq.isim.az /news.milli.az

Xəbərlər     Baxılıb: 1035   Tarix: 06 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava