Xəstəlik mənbəyi olan gözəllik salonlarımız
Bu gün bir çoxumuzu narahat edən problemlərdən biri də yoluxucu xəstəliklərdir.
Son vaxtlar bəzilərinin yoluxduğu qorxulu viruslar Hepatit A, B, C və QİÇS insanları ehtiyatlı olmağa məcbur edir. Amma bəzən fərqinə belə varmadan özümüz bu xəstəliklərə yoluxmağımıza şərait yaradırıq.
Götürək gözəllik salonlarını. Məgər azdır gözəllik axtarışında bu məkanlara gedib xəstəlik tapanlar. Təbii ki, bu sözləri deyib bütün salonların iş fəaliyyətini kölgə altına atmaq istəməzdik. Amma bu faktlar da istisna deyil.
Təəssüf ki, bəziləri insanların sağlamlığını düşünmədən sadəcə gəlir əldə etməklə hərəkət edir.
Bəzən yersiz botokslar, dodaqların əcaib şəkildə gözəlləşdirilməsi, dırnaqların pedikür, maniküründə ehtiyat məsələlərini arxa plana qoymaq sonda faciəli şəkildə öz sözünü deyir.
Elə sonuncu üzərində, yəni pedikür və manikür məsələlərində sterilizə işlərinə əməl olunub-olunmaması məsələsində dayanaq. Bunun üçün bir neçə salonda müşahidə apararaq bəzi salonlarda alətlərin sterilizə edilib sonra istifadə edilməsinin şahidi olduq.
Amma təəssüf ki, bu proseduru bəzi salonlarda görə bilmədik. Bu zaman ən yüksək səviyyəli alətlərdən istifadə edilməsinin şahidi olsaq da, sterilizə aparatı gözümüzə dəymədi.
Bu müşahidələrdən sonra həkim məsləhətinə ehtiyac olduğundan onlara müracəit edirik. Onlar da gözəllik axtarışında xəstəlik tapanların az olmadığını deyir. Bunun üçün ehtiyatlı olmağı məsələhət görürlər.
Hipertoloq Nuranə Quliyeva Hepatit B virusuna yoluxan insanların ilk olaraq hansı aləmətləri olduğunu açıqlayır:
"Bu virusa yoluxan xəstə bu xəstəliyi həm ağır, həm də yüngül keçirə bilər. Kəskin formada olanda xəstə özünü çox narahat hiss edir. Onda sarılıq, ürək bulanma, qusma, qızdırma halları müşahidə oluna bilər".
Odur ki, bu əlamətləri hiss edən kimi həkimə müracəit edin. Amma yaxşı olar ki, müracəit etdiyiniz kosmetik prosedurda tam steril alətlərdən istifadə ediləcəyindən əmin olasınız.
Əgər bir balaca şübhəniz varsa, yaxşısı budur sağlamlığınızı riskə atmayın və prosedurdan imtina edin./ANS-TV/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq