Xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması əvvəlki həyat tərzinə qayıtmaq demək deyil

Xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması əvvəlki həyat tərzinə qayıtmaq demək deyilKoronavirus yüksək yoluxuculuq və insanlar arasında sürətli yayılma qabiliyyətinə malikdir. Yaşlı nəsil və yanaşı xəstəlikləri olan insanlar üçün daha təhlükəli ola bilər. Çünki həmin şəxslərin ağciyəri daha tez sıradan çıxır. Mən də bir tibb işçisi kimi koronavirusla mübarizə aparan həkimlərin cərgəsinə qoşulmuşam. Mayın 1-dən 15-dək Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxan xəstələrin müalicəsində yaxından iştirak etmişəm. O zaman müşahidə etdim ki, virusa yoluxan və yanaşı xəstəlikləri olan insanların tənəffüs-ağciyər keçidində problemlər yaranır. Bəzən həmin şəxslərin qanlarında oksigenin parsial təzyiqini qaldırmaq üçün oksigen maskalarından istifadə olunurdu. Əgər oksigen saturasiyası yüksəlmirdisə, reanimatoloqlar tərəfindən qiymətləndirilib ehtiyac yaranarsa, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülür və intubasiya olunurdular. Həmin şəxslərdə xəstəliyin gedişi digər yoluxanlara nisbətən daha ağırgedişli olur. Ona görə də vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tövsiyələrinə, sanitar-gigiyenik normalara, sosial-məsafə şərtlərinə, tibbi maska istifadəsi ilə bağlı qaydalara əməl etmələrini tövsiyə edirəm. Bəzi vətəndaşlar assimptomatik virus daşıyıcılarıdırlar. Həmin şəxslərdə əlamətlər nəzərə çarpmır və onlar digər vətəndaşlar üçün daha təhlükəlidirlər. Ona görə də qoyulan tələblərə riayət etməklə həmin şəxslərdən virusa yoluxmaq və onu özümüzlə evə daşımaq riskini azaltmış oluruq.
Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.
"Koronavirusa yoluxmuş xəstələrin 80 faizdən çoxu sağalır. Onların həyat fəaliyyəti və əmək qabiliyyəti bərpa olunur. 1-2 faiz hallarda isə ağırlaşma və ölüm halları qeydə alınır. Bu da daha çox yaşlı nəsil və yanaşı xəstəlikləri olanlar arasında qeydə alınır.
Müalicə TƏBİB-in hazırladığı protokola əsasən bilavasitə infeksionist həkimlər tərəfindən aparılır. İnfeksionist-həkimlərin nəzarəti altında xəstələrin həyati göstəricilərinə uyğun təyinatlar verilir.
Tibb işçiləri xəstəliklə mübarizədə ön cəbhədədirlər. Xüsusi qoruyucu kombinezonda, eynəkdə 8 saat dayanmadan işləmək olduqca çətindir. Mən bir daha bunun şahidi oldum. Elə həkimlər, tibb personalı var ki, aylarla öz ailələrini, yaxınlarını, övladlarını görə bilmirlər. Vətəndaşlarımız həkimlərin çəkdiyi əziyyəti də düşünsələr, çox yaxşı olar.
Mən 15 gün müddətində cərrah olaraq fəaliyyət göstərirdim. COVID-19-a yoluxan xəstədə hər hansı bir cərrahi ağırlaşma olardısa, biz hər zaman onların aradan qaldırılması üçün hazır olmalı idik.
Klinikanın müəllimləri, bu sahə üzrə həkimləri, o cümlədən TƏBİB-in digər tibb müəssisələrindən dəvət olunmuş tibb işçiləri də bilavasitə bu mübarizədə aktiv iştirak edir, öz vəzifələrini fədakarcasına yerinə yetirirlər. Öz həyatlarını təhlükəyə ataraq bu gözə görünməyən düşmənlə mübarizə aparırlar.
Doğrudur, görülən tədbirlər və həkimlərin əzmkar mübarizəsi nəticəsində sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Lakin çox təəssüf ki, vətəndaşların məsuliyyətsizliyi günbəgün artan yoluxma göstəricilərində açıq-aydın əks olunur. Onları hər bir xəstə üçün sonadək aparılan mübarizəni, saatlarla dayanmadan işləyən tibb işçilərinin əməyini, görülən bu qədər işləri hədər etməməyə səsləyirəm. Xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması əvvəlki həyat tərzinə qayıtmaq demək deyil. Bir müddət özümüzün, yaxınlarımızın sağlamlığını düşünməliyik, tövsiyələrə əməl etməli, tibbi maska taxmalıyıq. Sanitar-gigiyenik normalara əməl etməyi həyat tərzimizə çevirməliyik.
Bir daha vətəndaşları verilən tövsiyələrə əməl etməyə və yoluxmanın sürətli şəkildə artmasına səbəb olmamağa çağırıram", - deyə A.Hümmətov qeyd edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1183   Tarix: 03 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim seçimi cinsi yaxinliq şirniyyatların hazırlanması ana südü pehriz salatlar kosmetika veten arxadan olmaq usaq seirleri qızlıq pərdəsi novruz