Yalançını tanımaq üçün - Test

Yalançını tanımaq üçün - TestYəqin ki, hər kəs yalanı doğrudan ayırmaq qabiliyyətinə malik olmaq istəyər. Təqdim etdiyimiz testin suallarını cavablandırmaqla qarşınızdakı şəxsin sizə yalan deyib-demədiyini anlaya bilərsiniz.

1.Həmsöhbətinizin danışıq tempi və intonasiyası necədir?
a) Səlisdir, bəzi ifadələrin sonunda yüngül emosiya artımı hiss olunur - 0 bal
b) Tənbəlliklə, sanki düşünürmüş kimi alçaq tonla danışır -2 bal
c) Sürətlə və yersiz fasilələrlə danışır – 5 bal

2. Tutaq ki, bir nəfərlə görüşüb mühüm bir məsələni müzakirə etmək üçün qabaqcadan görüş təyin etmişiniz, amma ...
a) O, qabaqcadan zəng edib, məşğul olduğunu və yaxın gələcəkdə sizinlə görüşməyə imkanı olmadığını bildirir - 0 bal.
b) Sizin zənginizə cavab olaraq məşğul olduğunu deyir və görüşü başqa günə təyin etməyi təklif edir - 4 bal.
v) SMS vasitəsilə görüşün vaxtını dəyişməyi xahiş edir - 5 bal.

3. Həmsöhbətinizin baxışları hara yönəlib?

a) Gözlərini yavaş-yavaş tərpədir, gah sizin gözünüzün içinə düz baxır, gah da bir qədər ətrafa nəzər salaraq, yenidən sizə baxır – 0 bal.
b) Gözlərinizdən başqa hara gəldi baxır. Bəzənsə gözünüzdən bir qədər sola və ya gözünüzün üstünə baxır – 4 bal.
c) İti, bir qədər də gərgin baxışlarla düz gözünüzün içinə baxır – 5 bal

4. Söhbət əsnasında eşitdiklərinizdən sizə aydın olmayan məqamlar barədə sual verirsiniz. Həmsöhbətinizin buna münasibəti necə olur?
a) Qısa, lakin dəqiq cavab verir, məsələni izah etməyə çalışır – 0 bal
b) Gözlərini süzdürərək, sizin savadsız olduğunuzu bildirmək istəyir, monoton şəkildə, hər şeyi ən başından, lakin daha ətraflı danışmağa başlayır – 3 bal.
c) Birbaşa cavab vermədən lazımsız nüanslar barədə uzun-uzadı danışır – 5 bal.

5. Həmsöhbətiniz danışarkən artıq jestlərdən istifadə edirmi?

a) Çox nadir hallarda, əl hərəkətləri dalğavari və sakitdir– 0 bal
b) Tez-tez.. Əllərini özündən sizə doğru uzatmaqla ziqzaqvari hərəkətlər edir – 2 bal
c) O, elə bil öz əlləri ilə özünə kömək edir. Əl hərəkətləri özünə doğru yönəlmiş olur, əllərilə "iti bucaq" düzəldir – 5 bal.

6. Bir müddət keçəndən sonra siz ondan söylədiklərini bir daha təkrar etməsini istəyirsiniz. O, nə edir?

a) Həvəssiz, müfəssəl, lakin söhbətin mahiyyətini təhrif etmədən cavab verir – 0 bal.
b) Onun cavabında mövzudan kənar bir versiya eşidirsiniz, bununla yanaşı emosional hərəkətləri və ara-sıra düşünmələri ilə söhbəti tamamilə təhrif edir – 4 bal.
c) Siz bir sıra yeni məlumatlar eşidir, buna baxmayaraq söhbətin mahiyyətini anlamırsınız. O, əvvəl dediklərini təkrar etmir, izah edərkən özü də çaşıb qalır – 5 bal

Balları toplayın və nəticələrlə tanış olun:

20-30 bal: Bu, o deməkdir ki, sizə yalan danışırlar. Hətta uydurqları yalana özləri belə inanırlar! Əslində bu, yalandan çox usta bir aktyorun oynadığı rola bənzəyir. Çətin ki, bu aktyoru vicdanı narahat etsin... Ona inanmayın və arxayınlaşmayın!

9-19 bal: Bu adam yalanlar içində boğulur. Tutarsız yalanları ilə o sudan quru çıxmağa çalışır, və yalana bir xilas mənbəyi kimi baxır. Belləri yalanı adətə bir qartopu kimi hər kəsə atır. Belə insanlarla münasibətdə hər zaman məlumatın düzgünlüyünü yoxlayın və onların sizi aldatmalarına yol verməyin!

0-8 bal: Sizi aldatmırlar. Sadəcə, faktları bir azca təhrif edirlər. Onların davranışları bəzən dostcasına "yaltaqlıq", bəzənsə qeyri peşəkar qayğıya yozulur. Qarşılıqlı söhbət zamanı sizin deviziniz, müşahidə etmək, diqqətlə dinləmək və öz dostluğunuzu nümayiş etdirməkdən ibarət olmalıdır.

Ailə və Uşaq     Baxılıb: 2691   Tarix: 26 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

sac duzumleri qadin dunyasi sade makiyaj sekilleri geyim və aksessuarlar xanımlar zire yagi sac ucun həzm orqanları kosmetika əqrəb uşaq şeirləri intim dieta zehmet ve zinet