Yatanda Ayın əsirinə çevrilənlər: niyə belə olur? - Həkim yazır

Yatanda Ayın əsirinə çevrilənlər: niyə belə olur? - Həkim yazırSomnambulizm kimi tanınan yuxuda gəzinti dərin yuxu zamanı yaranan və əsasən yuxuda olan zaman yerimək və ya digər mürəkkəb davranışları yerinə yetirməklə nəticələnən davranış pozulmasıdır.
Yetkin insanlara nisbətən uşaqlarda daha tez-tez rast gəlinir. Bir insanın ailəsində bu vəziyyətin olması onda  yuxuda gəzmə ehtimalı daha da yüksəldir.
Bu epizodlar zamanı qəzalar yaralanmalara səbəb ola bilər. Yuxuda gəzinti daha pis yuxu və gündüz yuxululuğu ilə əlaqələndirilir. Bir çox insan üçün müalicə lazım olmaya bilər. Lakin epizodlar daha tez-tez  və ya intensiv olarsa müalicəyə ehtiyacı ola bilər.
Yuxuda gəzmək yuxu pozulmasıdırmı?
Yuxuda gəzinti parasomniya kimi tanınan yuxu pozğunluğunun bir növüdür. Parasomniyalar yuxu zamanı anormal davranışlardır. Əslində parasomniyalar yuxu ilə oyanıqlıq arasında bir sərhəddir. Buna görə də parasomniya epizodları zamanı baş verən hərəkətlər anormaldır.
Parasomniyalar yuxunun hansı dövründə baş verməsinə görə təsnif edilir. Yuxuda gəzinti NREM yuxu zamanı, adətən lll mərhələsində, ən dərin yuxu mərhələsində  baş verir. Yuxuda danışıq, çaşqın oyanmalar və yuxu qorxuları kimi digər parasomniyalarla yanaşı, yuxuda gəzinti də NREM həyəcan pozğunlugu kimi təsnif edilir.
Yatanda Ayın əsirinə çevrilənlər: niyə belə olur? - Həkim yazırYuxuda gəzməyin əlamətləri hansılardır?
Yuxuda gəzməyin simptomları, bir insanın hələ də yuxuda olarkən etdiyi müxtəlif sadə və ya mürəkkəb hərəkətləri əhatə edə bilər. Bir epizod zamanı bir insanın üzündə boş bir görünüş olan açıq, şüşə kimi mena göstərməyən gözlər ola bilər. Onlar adətən nitqlərində minimal reaksiya verirlər və ya uyğunsuz reaksiya verirlər.
Adına baxmayaraq yuxuda gəzintinin yalnız gəzinti ilə məhdudlaşmadığını qəbul etmək vacibdir. Digər fəaliyyət formaları da ola bilər. Nümunə olaraq qaçmaq, geyinmək, əşyaları daşımaq, cinsi davranışlarla məşğul olmaq və ya uyğun olmayan yerlərdə sidiyə çıxmaq kimi gündəlik hərəkətlər daxildir. Daha az hallarda  davranışlar zorakı ola bilər və ya daha mürəkkəb ola bilər. Məsələn, avtomobil idarə etmək cəhdi kimi.
Yuxuda gəzinti epizodları bir neçə saniyədən yarım saata qədər davam edə bilər, əksər hallarda isə 10 dəqiqə davam edir. Şəxs özbaşına qayıdıb yatağına gedə bilər və ya yataqdan çıxmış halda çaşqınlıqla oyana bilər.
Yuxuda gəzinti və digər NREM parasomniyalarının əsas simptomu, insanın oyandığı zaman epizodu qətiyyən xatırlamamasıdır. Bu səbəbdən onlar yuxuda gəzdikləri barədə ailə üzvləri və ev yoldaşlarından öyrənirlər.
NREM parasomniyalarının başqa bir ümumi elementi insanın dərin NREM yuxu mərhələsində daha çox vaxt sərf etməyə meylli olduğu  gecənin ilk üçdə bir birində və ya ilk yarısında baş verməsidir.
Yuxuda gəzinti nə qədər yayılıb?
Yuxuda gəzinti uşaqlar arasında böyüklərə nisbədən daha çox rast gəlinir. 2-13 yaş arası yuxuda gəzinti  çox yayılıb, 10-13 yaşlar arasında isə daha çox yayılıb. Yekinlərdə yayılmanın 4 faizə qədər olduğu təxmin edilir.
Yuxuda gəzən insanların epizodları xatırlaması onun nə qədər tez-tez baş verdiyini dəqiq müəyyən etməyi çətinləşdirir.
Yatanda Ayın əsirinə çevrilənlər: niyə belə olur? - Həkim yazırYuxuda gəzməyin təhlükələri nələrdir?
Yuxu gəzintisinin təhlükəli  nəticələri ola bilər. Bir şəxs gəzdiyi və ya qaçdığı zaman yıxıldıqda  və ya bir şeylə toqquşduqda yaralanma baş verə bilər. Epizod zamanı iti əşyalarla səhv davranmaq  və ya avtomobili idarə etməyə çalışmaq həyat üçün təhlükə yarada bilər. Zorakı davranış yuxuda gəzən adama və ya başqalarına zərər verə bilər.
Yuxuda gəzinti epizodları zamanı hərəkətlər utanc gətirə bilər. Məsələn, cinsi xarakterli davranışlar, aqressiv davranışlar və ya yalnış yerə sidiyə getmə səbəbilə utanc ola bilər.
Yuxuda gəzməyin səbəbləri nələrdir?
Yuxu mütəxəssisləri hesab edirlər ki, yuxuda gəzinti normal olaraq bir insan dərin yuxu mərhələsində olduqda fiziki fəaliyyətə səbəb olacaq şəkildə qismən oyandıqda baş verir.
Bunun baş vermə ehtimalına aşağıdakı amillər təsir göstərir:
Genetika və ya ailə hekayəsi: Tədqiqatlar müəyyən insanların genetik olaraq yuxuda gəzintiyə  və digər NREM parasomniyalarına meylli olduqlarını göstərir.Valideynlərinin yuxuda gəzmə hekayəsi olmayan uşaqların təxminən 22 faizi bu vəziyyəti yaşayacaq. Bunun əksinə olaraq valideynlərdən birində bu varsa , usaqların 47 faizi, hər iki valideyndə varsa uşaqların 67 faizi yuxuda gəzir.
Yuxu çatışmazlığı: Yuxusuzluqdan sonra dərin yuxuda daha çox vaxt keçirildiyinə görə yuxuda gəzmə riskinin artması şansını artırır.
Bəzi dərmanlar: Sakitləşdirici təsiri olan dərmanlar insanları daha dərin yuxuya saldığından yuxuda gəzmə epizodunun olma sansını artırır.
Alkoqol: Axşam saatlarında spirt içmək insanın yuxu mərhələsində qeyri-sabitlik yarada bilər və yuxuda gəzmə riskini artıra bilər.
Beyin zədələnmələri: Beyini zədələyən ensefalit kimi xəstəliklər yuxuda gəzməyə səbəb ola bilər.
Qızdırma: Uşaqlarda hərarətin  yuxuda gəzmə ehtimalını artdırdığı aşkar edilmişdir. Bu gecı ərzində xəstəliklə əlaqəli oyanmaların sayının artması ilə əlaqəli ola bilər.
Obstruktiv apne sindromu (OSA): Obstruktiv yuxu apne sindromu yuxu zamanı tənəffüsün qısa müddətə ləsilməsinə səbəb olan tənəffüs yollarının tıxandığı  yuxu pozulmasıdır. Gecədə onlarla dəfə baş verə bilən bu fasilələr yuxuda gəzməyə səbəb ola biləcək yuxu fasilələri yaradır.
Narahat ayaqlar sindromu (RLS): Narahat ayaqlar sindromu yatarkən əzaları, xüsusən də ayaqları  hərəkət etdirmək üçün bir istəyə səbəb olan yuxu pozulmasının bir növüdür. Bu , insanın yuxuda gəzmə epizoduna girə biləcəyi üçün zəmin yarada bilər.
Stress: Müxtəlif növ stresslər yuxuiya təsir edə bilər, yəni yuxunun parçalanmasına və ya pzulmasına  səbəb ola bilər ki, bu da yuxuda gəzməyə meyli artırır. Stress fiziki, məsələn ağrı və ya emosional ola bilər. Bəzi stress növləri, məsələn, tanımadığın yerlərdə səyahət edərkən və  yatarkən narahatlıq və ya dəyişkənliklə əlaqəli ola bilər.
Yuxuda gəzən uşaqlar yaşlandıqca epizodlar dayana da bilər və ya böyüklər kimi yuxuda gəzməyə davam edə də bilərlər. Yuxuda gəzintinin əksəriyyəti uşaqlıqda başlasa da, bu vəziyyət yetkinlik dövrdə də başlaya bilər.
Yatanda Ayın əsirinə çevrilənlər: niyə belə olur? - Həkim yazırYuxuda gəzinti necə müalicə olunur?
Yuxuda gəzinti üçün müalicə xəstənin yaşından, nə qədər tez-tez baş verməsindən və epizodların nə qədər təklükəli olduöundan asılıdır. Uşaqlar və böyüklər üçün yuxuda gəzinti ilə bağlı narahatlıqları ən çox ehtimal olunan səbəbi tapılır  və uyğun müalicə planı hazırlanır.
Əgər epizodlar nadirdirsə və ya ətrafındakılar üçün təhlükə yaratmırsa  yuxuda gəzinti müalicə təbəb etmir.
Bir insanın yuxuda gəzməsi OSA və ya RLS kimi esas pozulmalar ilə ilaqəlidirsə, bu vəziyyətləri müalicə etmək yuxuda gəzinti problemini həll edə bilər. Eynilə sedativlərin və ya digər dərmanların qəbulu yuxuda gəzməni yaradarsa dərman dayandırılmalıdır və ya başqa dərmanla əvəz olunmalıdır.
Yuxuda gəzinti müəyyən bir yuxu mərhələsi ilə əlaqəli olduğundan, çox vaxt hər gecə eyni vaxtda baş verir. Bu vaxtdan əvvəl yuxudan oyandırmaq , yuxuda gəzməyə səbəb ola biləcək oyanmanın qarşısını ala bilər.
Yuxuda gəzən insanı oyatmaq təhlükəlidirmi?
Əksər ekspertlər yuxuda gəzinti epizodunun ortasında olan insanı oyatmağa qarşıdırlar. Çünki vəziyyətindən xəbərsiz olan şəxsin anıdın oyadılması qorxu, çaşqınlıq və qəzəb doıura bilər.
Mümkünsə yuxuda gəzən insanı yüngülcə istiqamətləndirməyə cəhd edə bilərsiniz. Bu zaman sakitləşdirici səs və ya toxunuşla onları idarə etmək faydalı ola bilər. Yuxuda gəzən insanı oyandırma lazımdırsa bunu mümkün qədər yumşaq şəkildə edin.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1109   Tarix: 12 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

.

Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq

Türkiyə Ticarət Nazirliyi tərkibindəki kimyəvi risklər səbəbindən bir üz və barmaq boyası məhsulunun bazardan yığışdırılmasına qərar verib.  xəbər verir ki, nazirlik tərəfindən edilən rəsmi açıqlamada, dəftərxana ləvazimatlar

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Bu vərdiş narahatlıq riskini artırır

Gənclərin gündəlik həyatında geniş yayılmış bəzi vərdişlər, fərqində olmadan onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli içkilərin müntəzəm qəbulu yeniyetmələrdə narahatlıq səviyyəsinin artmas

.

Gözlərdə bulanıqlaşma nədən xəbər verir?

Gözlərdə bulanıq görmə bir çox insanın zaman-zaman qarşılaşdığı problemlərdən biridir və bu hal bəzən müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, görmənin bulanıqlaşması sadəcə gö

.

Velosiped sürmək yaddaşı yaxşılaşdırır - Yeni araşdırma

20 dəqiqə velosiped sürmək beynin fəaliyyətinə dərhal təsir göstərə bilər. xəbər verir ki, yeni bir nevroelm araşdırması göstərib ki, tək bir məşq seansı belə yaddaşla əlaqəli müəyyən beyin dalğalarını artıra bilir. Bu yüksə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qara istiot dünyada ən məşhur ədviyyatlardan biri hesab olunur və çox vaxt "ədviyyatların kralı" adlandırılır. Bu ad ona yalnız mətbəxlərdə geniş istifadə olunduğu üçün deyil, həm də sağlamlığa faydalı xüsusiyyətlərin

.

Yuxu pozuntularının sağlamlığa təsiri

Yuxu pozuntuları sağlamlığa təsir edir. xəbər verir ki, türkiyəli həkim Muhammed Emin Akkoyunlu deyib ki, xoruldama, səhərlər yorğun oyanmaq və gün ərzində yuxulamaq kimi əlamətlər ciddi xəstəliyin göstəricisi ola bilər

turlar.az

geyim dəbləri maskalar geyim necə seçməli şirin xəmir işləri tutun xeyri varikozun mualicesi qadın hüquqları kosmetika uşaq şeirləri nağıllar veten haqqinda bayati qaynana hakışdalar