Yaxşı qonşusunuzmu? – Test

Yaxşı qonşusunuzmu? – TestBəzən qapıbir qonşular bir-birlərini heç tanımır, bəzənsə "mənim qonşumdan yoxdur" deyib, qonşusunu yaxın qohumundan üstün tutur. Bəs siz necə, yaxşı qonşusunuzmu?

Testdən keçməklə bunu asanlıqla müəyyən edə bilərsiniz. Bunun üçün seçdiyiniz cavablara uyğun balları toplamaq kifayətdir.

1. Qonşu mənzilə yeni insanlar köçür. Buna münasibətiniz?

a) Yaxşıdır: gedib tanış olaram, kömək təklif edərəm.
b) Neytraldır: yaxşısı budur, özləri gəlib tanış olsunlar
c) Mənfidir: yenə təmir işləri başlayacaq, səs-küy yaranacaq...

2. Qonşular şəxsi problemlərini haray-qışqırıqla həll edirlər. Sizin münasibətiniz?

a) Çalışıram ki, müəyyən üsullarla, ən azı söhbət etməklə onlara yardımçı olum.
b) Fikir verməməyə çalışıram. Ola bilər ki, onlara yaxınlaşıb nəzakətlə bir-birilərinə hörmət etmələrini və səs- küy salmamalarını xahiş edim.
c) Polis çağırmaqla hədələyərəm.

3.Qonşularınızın həyatını yaxınlarınızla müzakirə edirsinizmi?

а) Heç vaxt, çünki onların şəxsi həyatları mənə məlum deyil. Heç nə bilmirəm və bilmək də istəmirəm.
b) Bəzən qonşularımın həyatından gülməli anları yaxınlarımla xatırlamaqla əylənirəm.
c) Tez-tez. Onların hərəkətlərindən narazı qaldığım hallarda hirsimi bu yolla soyuduram.

4. Yeni mebel alan qonşunuz köhnəsini ucuz qiymətə sizə satmaq istəyir. Sizcə, nəyə görə?

a) Onlar sizə yaxşılıq etmək istəyir
b) Köhnə mebellərini elə-belə çölə atmaq istəmirlər, "qənimətdi", deyib, az da olsa pul qazanmaq istəyirlər.
c) Onlar sizi kasıb hesab edir, buna görə də kömək etməyə çalışırlar.

5. Qonşunuzun evinə polis və ya xüsusi xidmət orqanının əməkdaşı girdiyini görsəydiniz, nə edərdiniz?

a) Dərhal onun evinə gedərdim. Birdən köməyə ehtiyacı olar.
b) Polislər edəndən sonra mütləq gedərdim, görüm nə baş verib.
c) Sakitcə öz işimlə məşğul olardım

6. Əgər qonşunuz sizdən bir müddət onun ev heyvanına baxmağı və ya güllərini sulamağı xahiş edərsə, siz...

a) Həmən razılaşarsınız, çünki nə vaxtsa sizin də ona işiniz düşə bilər.
b) Etiraz etməzdiniz, amma bu, sizin üçün arzuolunmaz bir haldır.
c) Qəti şəkildə etiraz edərsiniz, çünki bu, onun öz problemidir.

7. Qonşunun uşağının pis mühitə düşdüyünü bilirsiniz. Nə edərdiniz?

a) Dərhal valideynlərinə xəbər verərəm.
b) İmkan düşərsə, vaideynlərindən biri ilə bu barədə söhbət edə bilərəm.
c) Mənə maraqlı deyil.

8. Qonaqlarınız hündürdən danışır, saat isə 23:00-ı keçib. Qonşularınızın "səs-küyü kəsin!" tələbinə münasibətiniz?

а) Qonaqlarımdan sakit davranmalarını xahiş edərəm.
b) Qonşuma da bizə qonaq olmağı təklif edərəm.
c) Nə telefon, nə də qapı zənglərinə əhəmiyyət vermərəm.

9. Lazım olanda qənd, çörək və hətta bir az pul istəyə biləcəyiniz bir qonşunuz varmı?

a) Bəli, hətta bir neçə.
b) Deyə bilmərəm. Heç vaxt kimsədən bir şey istəməmişəm.
c) Heç vaxt qonşudan kömək istəmərəm.

Ballarınızı hesablayın:

1 2 3 4 5 6 7 8 9

a 7 0 0 2 7 6 7 0 6
b 0 5 4 0 4 0 4 7 0
c 2 3 6 7 0 3 0 2 2

58-48 bal: Çox güman ki, qonşularınız sizin hər işə qarışan biri olduğunuzu düşünür. Çalışın, hadisələrə bir qədər laqeyd olasınız. Yeri gəldi-gəlmədi qonşularınız işlərinə müdaxilə etməkdən çəkinin.

47-20 bal: Çox güman ki, yaxşı qonşusunuz. Sizin kimi bir insan qızıldan qiymətli vaxtını qonşusuna sərf etməyə, onu dinləməyə, məsləhət və ya təsəlli verməyə hazırdır. Siz qonşunun sirrini saxlaya bilirsiniz.

0-19 bal: Sizin də özünüzü yaxşı qonşu hesab etməyə haqqınız var. Məsələ burasındadır ki, yaxşı qonşu heç də hər zaman köməyə hazır olan deyil, sizin güman etmədiyiniz biri də ola bilər. Ehtiyac olduğunda ona etibar etmək olar. Siz də məhz belələrindənsiniz.

Ailə və Uşaq     Baxılıb: 2544   Tarix: 03 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

sac duzumleri qadin dunyasi sade makiyaj sekilleri geyim və aksessuarlar xanımlar zire yagi sac ucun həzm orqanları kosmetika əqrəb uşaq şeirləri intim dieta zehmet ve zinet