Yay makiyajında nələrə diqqət etməliyik?

Yay makiyajında nələrə diqqət etməliyik?Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırılan bu xırda daşlardan göz oxşayan görünüş əldə edəcəksiniz.
İllərdir vazkeçilməz trend olan dumanlı göz makiyajı 2023-cü ildə də öz aktuallığını qoruyub saxlayacaq.
Son zamanlar getdikcə populyarlaşan makiyaj trendlərindən biri də çillərdir. Hazırkı dövrdə saxta çil görünüşü makiyajın bir hissəsinə çevrilib. Bu yay xına ilə hazırlanmış çoxlu çillər görməyə hazır olun.
80-ci illərdə görməyə adət etdiyimiz mavi çalarları 2023-cü ildə yenidən bizə qayıdacaq. Mavi tonları göz makiyajına daxil etməklə, trendi asanlıqla tuta və gözlərinizi ön plana çıxara bilərsiniz.
Keçən mövsüm çoxlu parıltılı dodaq boyaları gördük. Bu "gloss"lar bu il də trendlər arasındadır. Amma 2023-cü ildə daha tünd tonlar ön plana çıxacaq. Çəhrayı rəngindən çox, bir az daha tünd tonlara üstünlük veriləcək.

/ gencaile.az

Gözəllik və Moda     Baxılıb: 9766   Tarix: 06 iyun 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

turlar.az

kosmetoloq hamilelikde qidalanma makiyaj etmek qaydalari bilik haqqinda atalar sozleri qış xəstəlikləri öskürəyin təbii müalicəsi dirnaq ucun maskalar kosmetika mekteb damla hakışda gülməli hakıştalar efsaneler