Yaz mövsümündə qidalanma
Yaz fəsli təkcə təbiətdə deyil, orqanizmdə də oyanış və canlanma dövrüdür. İlin bu fəsli bəzi xəstəliklər üçün xarakterikdir. Yazda allergik və infeksion xəstəliklər baş qaldırır, dermatoloji problemlər yaşanır. Ona görə də ilin bu fəslində düzgün qidalanmadan çox şey asılıdır.
Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, təbii üsullarla müalicə üzrə mütəxəssis Seyfəddin Əsəd AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Qışda təbii qidalar, o cümlədən təzə meyə-tərəvəzlə təminat nisbətən azalır və buna görə də orqanizmin müqaviməti zəifləyir, virus və infeksiyalara qarşı həssaslıq yüksəlir. Yaz fəslində C vitamininə tələbat artır. Orqanizmin müqavimətini artırmaq üçün göy-göyərti və meyvə-tərəvəzdən başqa bal, düyü, noxud, mərci, qarabaşaq və kartof qəbul etmək məsləhət görülür.
Uşaqların yumurta və südlə qidalanması xüsusilə vacibdir. Böyüklər xolesterinin az və ya çoxluğundan asılı olaraq süd və yumurtanı həkim məsləhəti ilə qəbul etməlidirlər. Süd həzm sistemini pozur, allergiyaya meyillilik yaradır. Böyüklər üçün süddən daha çox ağartı məhsulları - qatıq, şor və kəsmiklə qidalanmaq faydalıdır. Orqanizmi amin turşuları ilə təmin etməyin ən güclü üsulu arı məhsullarıdır. Təmiz bal, arı südü, propolis allergiyalı xəstələr və immuniteti aşağı olanlar üçün çox əhəmiyyətlidir. Orqanizmin möhkəmləndirilməsində arı məhsulları çox faydalıdır. Zəli ilə müalicə də maddələr mübadiləsinin yaxşılaşdırılması və xəstəliklərlə mübarizə sahəsində böyük rol oynayır".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür