Yazın dəbi ilə tanış olun – FOTOLAR

Baharın astanasındayıq. Bu isə o deməkdir ki, artıq qarderobu yeniləmək vaxtı gəlib. Dəb ekspertlərinin fikrincə, dizaynerlər yaz-yay mövsümü üçün romantik, rəngarəng və olduqca zərif kolleksiyalar təqdim ediblər.

Publika.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində oxucuları əsas dəb tendensiyaları ilə tanış etmişik.

Hər mövsüm dizaynerlər yeni-yeni trendlər təklif edir: bəzi trendlər modapərəstlər tərəfindən sevilir, digərləri isə tez, həm də nəzərə çarpmadan unudulur. Çox vaxt üslubun dəyişməz qaldığı, trendlərin isə hər saniyə dəyişdiyi deyilir. Buna baxmayaraq, moda dünyasında baş verən yeniliklərə diqqət yetirməmək mümkün deyil. Çünki onun təsiri hər yerdə hiss olunur. Hər halda boz kütlənin içində itib-batmaqdansa, dəblə birinci ayaqlaşanlardan olmaq daha yaxşıdır. Əlbəttə ki, burada söhbət trendlərə kor-koranə əməl etməkdən getmir. Biz aşağıdakı siyahı arasında yalnız sizə yaraşan yenilikləri seçməyi təklif edirik.

Alt paltarı

Alt paltarlarını xatırladan geyimlər artıq bir neçə mövsümdür ki, müzakirə olunur. Bu yaz bir çox aparıcı dizaynerlər ənənəvi donları tamamilə dəyişdirmək qərarına gəlib. Onlar kolleksiyasında zərif krujeva ilə atlası birləşdirməklə qadın seksuallığını maksimum vurğulamağa və gündəlik geyim halına salmağa çalışıb. Havalar isinənə qədər nazik asqılı, krujeva ilə işlənmiş atlas dona bənzər toxunma jaketlər geyinməyi tövsiyə edirik. Jaketlər belə donların gecə geyimi təsirini maksimum azaldacaq. Bu iddialı dəb tendensiyası idman və bohem üslubu ilə çox yaxşı uzlaşır.

Açıq çiyinlər

Əgər qüsursuz çiyinlərə sahibsinizsə, onda bu dəb tendensiyası 100 faiz sizin üçündür. Klassik dekolte və toplar yeni mövsümdə aktual deyil. Yeni mövsümdə dizaynerlər yay gecələri üçün çiyin dekoltesini daha incə və orijinal variantda təqdim edib. Ancaq yadda saxlayın ki, büstqalterin çiyinbağıları, hətta şəffaf olsa belə görünməli deyil. Yalnız bu halda sizin çiyinlərinizi nümayiş etdirməyə tam haqqınız çatır.

Mavi cinslər
Sizcə, cinslərdən təngə gəlmək olar? Hər kəsin bir ağızdan "Yox!" deyəcəyinə əminəm. Bütün dizaynerlər demək olar ki, hər kolleksiyasında cinslərə böyük yer verib. Yaz və yaylarında qalın cinsləri bir qayda olaraq yüngül və açıq rəngli cinslər əvəz edəcək. Yüngül cins parçadan tikilən kombinezonlar, ətəklər, şortlar, şalvarlar, hətta jaketlər o qədər rahatdır ki, bütün sutka onlarda gəzmək olar. Belə görünür ki, göy cinslərin 50 çaları bu il modapərəstlər arasında xeyli populyar olacaq. Şükürlər olsun ki, heç kim bunun əleyhinə deyil. Bu ruhda davam edin!

Həcmli qollar
Artıq həcmdən qorxursunuz? Onda bu qeydi diqqətlə oxuyun. Kağız Çin fənərlərini xatırladan iri qollar çiyinləri vizual olaraq daha kövrək, daha zərif göstərir. Viktoriyan dövründən ilhamlanan dizaynerlər baharın zərif tərzini daha teatral versiyada təklif ediblər.

Zolağa diqqət!
Bir neçə mövsümdür ki, ardıcıl olaraq dünya podiumlarında yer alan zolaq naxışı modapərəstləri çoxdan usandırmalı idi. Amma yox, o hələ də aktual olmağa davam edir. Dizaynerlərin fikrincə, xanımların zolaqlı geyimlərə tələbatı azalmır. Lakin indi seçim daha böyükdür. Belə ki, sizin xətləri həm şaquli, həm üfüqi, həm nazik, həm də daha qalın seçmək şansınız var. Ümumiyyətlə, hər bir modapərəst bu trendin öz zövqünə uyğun olan növünü tapa biləcək.

Dəbdə xlor effekti
Bu yaz modapərəstlərin dəb lüğətinə daha bir termin əlavə olunacaq. "Dye tie!". Sadə dillə desək, "ağarmış" geyimlər populyarlıq zirvəsindədir! Özü də bu effekt təkcə cinslərə tətbiq olunmayıb, dizaynerlər bu dəfə daha mürəkkəb material seçib. Bu, trikotaj, şifon, ipək və hətta dəri ola bilər. Belə effektlərin obraza maraqlı təsir bağışlayacağından şübhə etməyin.

Viktoriyansayağı volanlar və büzmələr

Elə bil İspaniyanın qızmar günəşi bir neçə dizaynerə birdən təsir edib. Yaz-yay kolleksiyalarında dizaynerlərin boleroya, toreador kostyumunu xatırladan paltarlara üstünlük verməsini, ümumilikdə volanlı və büzməli geyimlərin bolluğunu başqa cür izah etmək mümkün deyil.

Siz təbiətcə romantik olsanız da başdan-ayağa büzmə və volanlara bürünmək istəmirsinizsə, onu sadə geyimlə birləşdirin. Əlavə olaraq bu məlumatı da yadınızda saxlayın ki, volan və büzmə detalları insanı vizual olaraq kök göstərir. Odur ki, bu dəb tendensiyası ilə ayaqlaşmazdan əvvəl bədən quruluşunu nəzərə alıb volan detalının harada istifadə edilməsinə düzgün qərar verin. Bəlkə də bu ideyadan, ümumiyyətlə, imtina eləmək lazım gələcək...

Açıq tonların hakimiyyəti

Baharın gəlişi ilə rənglər, naxışlar əməlli-başlı canlandılar: müxtəlif gül və bitki motivləri paltarlarda, şalvarda, hətta üst geyimlərində çox incə görünürlər. "Pantone" rəng təşkilatının fikrincə, açıq çəhrayı ilə mavi bu ilin əsas rəngləri olacaq. Rəng təşkilatı gözəl variantlar təklif edir, elə deyilmi?

Dağınıq stil
Dağınıq küçə üslubu dəbə yenidən öz qaydalarını diktə etməyə başlayıb. Bu bahar rahatlığını hər şeydən üstün tutanlar susacaq, əvəzində geyimləri danışacaq, hər yerdə "sərbəstlik, azadlıq səsi eşidiləcək". Dizaynerlər dağınıq gözəllər üçün bol həcmli kombinezonlar, maykalar, şalvarlar və.s idman geyimləri təklif edir.

Gümüş parıltısı
Gümüş parıltısı dəb dünyasına yenə hökm edir. Belə görünür ki, iddialı modapərəstlər parıldamaqdan vaz keçmək istəmir. Hər halda başdan-ayağa dəmir ledi olmaqdan qorxmurlar!

Ulduzlu gecə
Dizaynerlər ulduzlar kimi bərq vurmaq istəyənləri də unutmayıb. Əgər brilyantların parıltısı kifayət etmirsə, onda zərli, biserli donlar sizin dadınıza çatacaq. Zər və biser detalı tək geyimlərdə yox, digər aksessuarlarda da qarşımıza çıxacaq. "Disko" üslubunda tədbirlər üçün ideal variantdır!

Çimərlik mövsümü
Kimin ağlına gələrdi ki, çimərlik paltarı mövsümün əsas tendensiyası olacaq. Amma fakt göz qabağındadır! Əlbəttə, belə geyimləri küçəyə çıxanda geyinmək olmaz. Çimərlik mövsümündə bikini əvəzinə kupalnik seçin.

Tor
Torlar yaz kolleksiyalarını bəzəməyə, eləcə də qadın seksuallığını vurğulamağa davam edir. Bu mövsüm torların populyar olacağı gözlənilir. Bayağı görünməmək üçün torun altından geyinməyə düzgün geyim seçin.

Bütün yükü qulaqlar "daşıyacaq"
Bu bahar bütün yük qulaqların üzərinə düşüb. İndi dizaynerlər sırğaların daha böyük modellərini təklif edir. Biz isə öz növbəmizdə qulaqları təhlükəyə atmağı məsləhət görmürük. Bu dəb tendensiyasını gündəlik paltarlar ilə tətbiq etməyin. İri sırğaları axşam tədbirlərində taxmaq daha məqsədəuyğun olacaq.

Açıq siyasət
Üstü açıq ayaqqabılar da baharın trendləri siyahısına daxildir. Onların yüngül yay geyimlər ilə dueti mükəmməldir.

Qırçın detalı
Qırçın yubka və donlar hələ də populyardır. Ötən ildən fərqli olaraq dizaynerlər bu il qırçınlı ətəkləri daha çəkici rənglərdə təqdim ediblər.

Qeyri-adi köynəklər
Hamımız yaxşı bilirik ki, ağ köynəklər qarderobun klassik əşyasıdır. Onlar bu mövsüm xeyli dəyişikliyə məruz qalıb. Qeyri-ənənəvi tərzdə biçilmiş köynəklər bu il ən orijinal trend olmağa iddialıdır. Düymələri kürəkdə bağlanan köynəkləri geyinmək üçün çılğınlıq tələb olunur.

Xalta boyunbağılar

Boyunu ehtiyatla "qucaqlayan" boyunbağılar bu ilin ən çox tələb olunan aksessuarı olacaq. Belə aksessuarın qalın və ya nazikliyinə sizin boynunuzun uzunluğu qərar verəcək. Əgər boynunuz gödəkdirsə, nazik boyunbağı seçin. Yox, uzundursa, onda boyunbağının qalın və ya nazik olmasının ciddi əhəmiyyəti yoxdur.

Bantlar
Bantlar baharın ən xoşagəlimli trendləri siyahısında liderlik edir. Qeyd etmək lazımdır ki, bantın qalın və nazik olmasına siz yox, boynunuzun ölçüsü qərar verəcək.

Alçaq daban
Hündürdaban ayaqqabılara nifrət edənləri təbrik edə bilərik. Bu mövsüm alçaq dabanlı ayaqqabılar hakimiyyətdə olacaq. Dikdaban həvəskarları isə üzülməsin. Çünki dizaynerləri onları nəzərə alıb orta dabanlı modellər də təklif edib.

Saç aksessuarı
İsti günlərdə gur saçlarınızı şlyapa altında gizlətmək istəmirsinizsə, "abadok" taxın. Bər-bəzəkli saçlar bu bahar aktual olacaq.

Qeyd: Mağazada dəbdə olan hər hansı geyimi alanda özünüzə həmişə belə suallar verməyə çalışın: Bu əşya mənim qarderobumda mövcud olan geyimlərlə necə görünəcək? Görəsən, o, bədən quruluşuma uyğundurmu? Ancaq bu suallara cavab tapandan sonra bəyəndiyiniz geyimi alın.
Publika.az
Yazın dəbi ilə tanış olun – FOTOLARYazın dəbi ilə tanış olun – FOTOLARYazın dəbi ilə tanış olun – FOTOLARYazın dəbi ilə tanış olun – FOTOLARYazın dəbi ilə tanış olun – FOTOLARYazın dəbi ilə tanış olun – FOTOLARYazın dəbi ilə tanış olun – FOTOLARYazın dəbi ilə tanış olun – FOTOLAR

Maraqlı     Baxılıb: 3612   Tarix: 17 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Raqif Hüseynova yüksək vəzifə verildi

Azərbaycan Texnologiya Universitetində tədris işləri üzrə prorektor vəzifəsinə təyinat olub. APA-ya istinadən bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən Raqi

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim şəkilləri toy makiyaji sekilleri gözəllik məhsulları xren yarpagi kökəlməyin yolları naina ibrahimova sifahi xalq edebiyyati haqqinda qogal oxatan kondom nedir mekteb gozde olar