Yeni il axşamı qonaqlıqdan qayıdan gəncin FACİƏLİ SONU
Beyləqan rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
Beyləqan rayon sakini Murad Oruclu dekabrın 31-də dostları ilə yeyib-içib.
Sərxoş olan Murad Oruclu daha sonra evlərinə getmək üçün kafedən çıxıb. O, yolda "Xan qızı" kanalına yıxılaraq boğulub.
Yanvarın 1-də Muradın evdə olmadığını görən ailə üzvləri polisə müraciət ediblər. Polis onu itkin düşmüş kimi qeydiyyata alıb.
Yanvarın 2-də Murad Oruclunun meyiti "Xan qızı" kanalında tapılib.(teleqraf)
f Paylaş