"Yetkinlik dövründə olanlar..."

Yaş artdıqca uşaqlar ətrafda baş verən hadisələri daha yaxşı qavramağa başlayırlar. Bu zaman onlar özlərinə qarşı olan münasibəti dərk edir və buna uyğun reaksiya verirlər. Psixoloqlar bildirirlər ki, sevgi və qayğıdan məhrum olan uşaqlar özlərini yalqız hiss edir və zaman keçdikcə onlarda istər ailə üzvlərinə, istərsə də yaşıdlarına aqressiv münasibət göstərmək halları müşahidə edilir. Ümumilikdə isə aqressiya istənilən yaş qrupuna məxsus uşaqlarda ola bilər. Ona görə də valideynlərlə yanaşı, təhsil ocaqlarında fəaliyyət göstərən psixoloqlar da onlarla mütəmadi ünsiyyət qurmalı və diskussiya aparmalıdırlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın sözlərinə görə, həmin hal birinci və yuxarı sinif şagirdləri arasında daha çox müşahidə olunur: "Birinci sinif şagirdləri məktəbə yeni qədəm qoyduqları üçün adaptasiya prosesi onlarda bir qədər çətin gedir. Yeddinci-səkkizinci sinif şagirdlərinin valideynləri yeniyetməlik dövrü ilə əlaqədar olaraq müraciət edir. Uşaqların daha çox emosional, çılğın olduqlarını qeyd edirlər. On birinci sinfin şagirdləri ali məktəbə qəbul imtahanlarına hazırlaşdıqları üçün onlarda da həmin hal müşahidə edilir. Ona görə həmin şagirdlər, onların müəllim və valideynləri ilə konsultativ söhbətlər aparılmalı, yönləndirici məsləhətlər verilməlidir".
Müsahibimiz qeyd edib ki, yetkinlik dövründə olanlar daha çox ailədaxili münaqişələrə görə problem yaşayırlar. Bu zaman təkcə uşağın özü ilə deyil, onun valideyni ilə də həmsöhbət olmaq vacibdir: "Onlara elə gəlir ki, valideynləri onlara qulaq asmır, eşitmir və ya başa düşmür. Valideynlər onlara nə qədər tənqidi və təhqiri formada yanaşsa, uşaqlar onları eşitməyəcəklər. Ona görə uşaqlara vaxt ayırmaq, onları dinləmək və qulaq asmaq lazımdır. Bunu etmədikdə onların arasında mübahisə və ya aqressiya yaranır".
Həmçinin uşaq həmyaşıdları tərəfindən təcrid olunduqda bu zaman təkcə onunla deyil, yoldaşları ilə də söhbət aparmaq lazımdır: "Çox vaxt həmin hadisələr sinif şəraitində və ya tənəffüsdə olur. Ona görə də sinif yoldaşları ilə münasibətlərinin normal olması üçün aralarında olan münasibətləri tənzimləmək və psixososial mühit yaratmaq lazımdır",- deyə psixoloq bildirib.
Belə halların yaranmaması üçün valideynlərin üzərinə böyük vəzifə düşür. Uşaqları daim diqqətdə saxlamaq, onlarla vaxt keçirmək və ən əsası, problemləri ilə yaxından maraqlanmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1031   Tarix: 06 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava