Yod "setka"sı haqqında. Bilməniz vacibdir!

Yod "setka"sı haqqında. Bilməniz vacibdir!Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s. zamanı geniş istifadə olunur. Bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər. Belə ki, açıq yaralar zamanı yod yaranın üzərinə düşməməlidir - bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın ətraflarına (yalnız sağlam dəriyə!) çəkilə bilər. Yodla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin toxumasının zədələnməsinə səbəb olacaq. Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) - bu qida borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna (məhv olmasına) səbəb olacaq. Dezinfeksiya təsirindən əlavə yod qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir. Təbii ki, "yod setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod "setka"sı qəti əks-göstərişdir! Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər: - osteoxondroz (boyun və bel ağrıları zamanı) - lyumbaqo (bel ağrıları) - işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı) - nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı) - soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit - mialgiyalar (əzələ ağrıları) - hematomalar - bağların dartılması - oynaqlarda ağrılar - əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr. Yod "setka"sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi). Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə. Bir çox pediatrlar uşaqlarda yod "setka"sından istifadə etmək tövsiyə etmir. Belə hesab olunur ki, bu uşaqların sağlamlığına ziyan gətirə bilər. Əgər siz uşağınızın müalicəsində yod "setka"sında istifadə etmək istəyirsinizsə, mütləq pediatrla məsləhətləşin. Diqqət! - Əgər siz allergik reaksiyalara meyillisinizsə, ehtiyatlı olun - yod güclü allergik reaksiyalara səbəb ola bilər. - Əgər siz heç vaxt yoddan istifadə etməmisinizsə, yoda olan həssaslığınızı yoxlayın - qolun iç hissəsində yodla xətt çəkin və 30 dəqiqə gözləyin. Qızartı, qaşınma, ödem yoxdursa - "yod setka"sından istifadə edə bilərsiniz. Mənbə:saglamolun.az

Sağlamlıq     Baxılıb: 17962   Tarix: 22 oktyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

makiyaj instagram kosmetika mehsullari donlar 2026 zire yagi sac ucun boşanmalar atalar sozu veten haqqinda aybaşı sikli kosmetika yumurta atalar sozu arxadan olmag baldiza aid haxisda vətən haqqında bayatılar