Yodun faydaları kimi zərərləri də var

Yodun faydaları kimi zərərləri də varYod nədir və ona gündəlik tələbat nə qədər olmalıdır?
Milli.Az lent.az-a istinadən bildirir ki, orqanizm tərəfindən istehsal oluna bilməyən yod qida ilə xaricdən qəbul edilir. Xüsusilə doğulmamış körpənin belə inkişafında mühüm rolu olan yod həyatın bütün dövrlərində sağlamlıq üçün əvəzsiz qida mənbəyidir. Gündəlik tələb olunan yod miqdarı yaşa və metabolik ehtiyaclara görə dəyişir. Dəniz məhsulları yaxşı yod mənbəyi olsa da, yumurta, ət və süd məhsullarında da yod vardır.
Yodun bədəndə hansı funksiyaları var?
Yod qalxanabənzər vəzi hormonunun istehsalında, ana bətnində körpənin və yeni doğulmuş uşağın inkişafında mühüm element olmaqla hər yaşda sağlağa faydalı maddədir.
Yoda gündəlik tələbat nə qədərdir?   
Gündəlik tələb olunan yod miqdarı yaşa və ehtiyaclara görə dəyişir. Ancaq Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi rəqəmlər belədir:
59 aya qədər körpələr sutkada 90 mikroqram,
6-12 yaş arasında uşaqlar bir gündə 120 mikroqram,
12 yaşdan yuxarı uşaqlar gün ərzində 150 mikroqram,
yeniyetmələr və böyüklər hər gün 150 ​​mikroqram,
Hamilə və əmizdirən qadınlar isə gün boyu 250 mikroqram yod qəbul etməlidir.
  Yod çatışmazlığının əlamətləri hansılardır?
• Zob yod çatışmazlığının ümumi simptomudur. Qalxanabənzər vəzin yod çatışmazlığı səbəbindən tiroid hormonlarını istehsal etməkdə çətinlik çəkdiyi zaman zob baş verir.
• Tiroid hormonları qadınlarda menstruasiya dövrünün tənzimlənməsinə təsir etdiyi üçün yod çatışmazlığı olan qadınlarda bu dövr ağır və ya nizamsız ola bilir.
• Tiroid hormonu aşağı olduqda maddələr mübadiləsi yavaşlayır, çəki artımı ən çox edilən şikayətlərdən biri olur.
• Zəiflik, dəri quruluğu, saç tökülməsi, dərinin qalınlaşması, qəbizlik, üşütmə, saç və dırnaqların qırılması, aybaşı dövrünün pozulması, unutqanlıq zamanla baş verən şikayətlər arasındadır.
• Daha inkişaf etmiş hallarda konsentrasiyada çətinlik, depressiya, əhval dəyişikliyi, ürək və ağciyər çatışmazlığı yaranır.
• Yod çatışmazlığının qadınlarda uzun müddətli təsirlərindən biri sonsuzluqdur.
• Halsızlıq yod çatışmazlığının ən mühüm göstəricilərindən biridir.
Yodun artıq olmasının zərərləri nələrdir?
Yod çox vacib olsa da, həddindən artıq qəbulundan çəkinmək lazımdır. Xüsusilə hipertiroid adlanan, qalxanabənzər vəzinin sürətlə işlədiyi dövrlərdə hormon istehsalının artmasının qarşısını almaq üçün həkim tərəfindən yod qəbulu dayandırıla bilər. Bəzən həddindən artıq yod qəbulu qalxanabənzər vəzi düyünləri olan xəstələrin düyünlərinin aktivləşməsinə və artıq hormon ifrazına səbəb olur.
Yod hansı qidalarda olur?
Yod orqanizm tərəfindən istehsal oluna bilməyən bir element olduğundan xaricdən qəbul edilməlidir.
Dəniz məhsulları yaxşı yod mənbəyidir.    
Tərkibindəki yod əksər dəniz məhsullarından aşağı olsa da, yumurta, ət və süd məhsulları əksər bitki mənşəli qidalara nisbətən yodla zəngindir.
Əsas mənbə yodlaşdırılmış təmizlənmiş duzdur. Həkim tərəfindən təyin edilən başqa hal yoxdursa, yodlaşdırılmış təmizlənmiş duzdan istifadə edilməlidir.
Yod çatışmazlığının profilaktik müalicəsi qida ilə kifayət qədər yod qəbulundan başlayır. Bunun üçün çox miqdarda duz istifadə etməyə ehtiyac yoxdur. Gündə 2 qram yodlaşdırılmış duz ehtiyacı ödəmək üçün kifayətdir.
Əlavə qidalanmaya başlama dövründə olan körpələrdə yetərli yod qəbulunu təmin etmək üçün evdə hazırlanan və bazarda satılan qidalarda mütləq yod olub-olmadığına diqqət edin.
  Yodun ümumi pəhriz mənbələri bunlardır:
• yodlaşdırılmış rafine xörək duzu,
• pendir,
• duzlu su balığı,
• inək südü,
• yumurta,
• qatıq,
• soya südü,
• soya sousu.
Yod qəbulu yalnız tiroid bezinin sürətli işləməsi və ya iltihablı hücumlarla xarakterizə olunan bəzi xəstəliklərdə həkimlər tərəfindən məhdudlaşdırıla bilər. Məsələn, Qraves xəstəliyi, Haşimoto tiroid xəstəliyi, əlavə hormon terapiyası görməyənlər, isti düyünləri olan adamların həddindən artıq yod qəbul etməsi və ya yodlaşdırılmış duzdan istifadə etməsi təhlükəlidir. Onlar yodlaşdırılmamış xörək duzundan istifadə etməlidir.
Yetərli yod qəbulu körpəlikdən ömrün sonunadək zehni və fiziki inkişafı üçün həyati əhəmiyyət kəsb edir.
Yod çatışmazlığı sidik testi ilə müəyyən edilə bilir.
Yetkinlərdə yod çatışmazlığı erkən mərhələdə özünü əlamətlərlə göstərmir. Üstəlik, fiziki müayinə ilə çatışmazlıq olub-olmadığını müəyyən etmək olmaz. Orqanizmdə yodun vəziyyətini qiymətləndirmək üçün ən praktik üsul sidikdə yodun yodun səviyyəsinin ölçülməsidir.
Yod əlavəsinə həkim qərar verməlidir.
İstəkli dinləyicilər, bu gün sizə "Yodun faydaları və zərəri"ndən danışdıq. Mətni doktor Mehmet Uçar hazırlamışdı, mən Sevda Mirzə oxuyub təqdim etdim.
Milli.Az

Xəbərlər     Baxılıb: 992   Tarix: 20 yanvar 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sevdiyiniz yemək xarakterinizdən xəbər verir

Alimlərin apardığı araşdırmaya görə, insanların seçdiyi yeməklər onların xarakter xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər. xəbər verir ki, məlumata görə, qastronomik seçimlər bəzən insanın davranış modelini ək

.

Stomatoloqdan oruc tutanlara mühüm tövsiyə

Ramazan ayının gəlişi ilə iftar və sahur süfrələrinin ayrılmaz hissəsi olan çay və qəhvə ilə bağlı mütəxəssis xəbərdarlığı edilib. xəbər verir ki, stomatoloq Demet Bozyiğit Yüksel bildirib ki, xüsusilə sahurda kofeinli içkiləri

.

Məşq zamanı nə qədər su içmək lazımdır?

İdman zamanı su qəbulu hər kəs üçün eyni olmamalı, orqanizmin ehtiyacına görə müəyyən edilməlidir. xəbər verir ki, endokrinoloq-diyetoloq Anton Polyakov bildirib ki, məsələn, velotrenajorda təxminən 15 dəqiqə məşq zaman

.

Hər il 7 milyon insan bu səbəbdən vaxtından əvvəl ölür

Beynəlxalq araşdırmalar göstərir ki, hava çirkliliyi qlobal səviyyədə insan sağlamlığı üçün ən böyük təhlükələrdən birinə çevrilib. xəbər verir ki, mütəxəssislərin fikrincə, çirkli hava artıq təkcə ətraf mühit problemi deyil

.

Əncir qurusu min dərdə dərmandır

Əncir tərkibində olan kalium, kalsium, antioksidantlar, A, E və K vitaminləri ilə sağlamlığı qorumağa kömək edir. Quru əncirin faydaları saymaqla bitməz. . xəbər verir ki, qurudulmuş əncir bir çox xəstəliklərin qarşısın

.

"Dolu görünüş" uşaq sağlamlığından xəbər vermir - XƏBƏRDARLIQ

"Uşaq doludursa, deməli sağlamdır" fikri tibbi baxımdan həmişə doğru deyil. xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti

.

Tatu görmə pozğunluğuna səbəb ola bilər

Son araşdırmalar göstərir ki, bəzi hallarda tatu (döymə) sağlamlıq üçün gözlənilməz risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə keyfiyyətsiz boya və gigiyenik qaydalara əməl olunmaması müxtəli

.

30 gün gül yağı qoxlayın, faydası çoxdur

Alimlər gül efir yağının insan beyninə təsirini araşdıran maraqlı tədqiqatın nəticələrini açıqlayıblar. xəbər verir ki, araşdırmaya görə, 30 gün ərzində müntəzəm şəkildə gül yağı qoxusuna məruz qalan şəxslərdə beyin quruluşund

.

Həmin qidaları soyuducuda saxlamaq olmaz - SİYAHI

Soyuducu mətbəxin əvəzsiz köməkçisi olsa da, bəzi qidalar üçün onun soyutma effekti faydalı olmaya bilər. Ekspertlər bildirirlər ki, düzgün olmayan soyuducu şəraiti qidaların dadını, teksturasını və bəzən faydalı xüsusiyyətlərin

turlar.az

yay kolleksiyasi gelinlikler donlar 2026 hamiləlik həftələri türk mətbəxi bolqar biberinin faydasi fatimə fətəliyeva kosmetika novruz bayramina aid hakista burclerin uyumu burclər uzeyir hacibeyli bir arzum var