Yorğunluq, gücsüzlük, depressiya... - Səndə bu vitamin çatışmır

Yorğunluq, gücsüzlük, depressiya... - Səndə bu vitamin çatışmırFol turşusu - vitamin B9 təkcə hamiləlikdən öncə və hamiləlik zamanı qadınlara təyin olunmur. O bizim hər birimizə vacib olan vitamindir və çatışmazlığı dəhşətli fəsadlar yarada bilər.
Milli.Az xəbər verir ki, 1941-ci ildə qaraciyərdən və ispanaq yarpaqlarından ayrılıb əldə olunan fol turşusu daha çox dölün normal inkişafı və hamilələri qan azlığından qorumaq üçün hamilələrə təyin olunurdu.
Vitamin B9 orqanizmdə çox həyati vacib kimyəvi-bioloji reaksiyalarda iştirak edir:
-B12 ilə birgə o qan yaranması, qırmızı qan hissəciklərinin yaranması və dövranında iştirak edir.
-Baş və onurğa beyin işinin, sinir sistemi üçün vacibdir. Çünki fol turşusu onurğa beyin mayesinin bir hissəsidir.
-Neukleon turşularının sintezində iştirak edir, hansı ki, onlar genetik informasiyanı ötürür, zülal yaranmasında lazımlıdır.
-Mədə şirəsinin normal ifrazını təmin edir
-Serotoninin və neyroadrenalinin sintezində vacibdir, bu da psixoemosional durumumuzu təyin edir
-Hüceyrə nüvəsinin yaranması üçün tikinti materialı rolundadır.
İnsan sutka ərzində 1-2 qr dol turşusu dozası almalıdır. Müalicə üçünsə sutkada 10-20 mq fol turşusu təyin olunur.
Orqanizmdə fol turşusu çatışmazlığımı necə bilmək olar. Əlamətləri:
-Dəridə avazıma, ağarma, periferik toxuma və orqanlara qan və oksigenin normal çatmaması səbəbindən hemoqlobinin aşağı düşməsi, halsızlıq, zəiflik
-Saçların tökülməsi, zəifliyi, dırnaqların qırılması
-İştahanın olmaması
-Mədədə aşağı dərəcəli turşuluq
-Qida intoksikasiyaları, həzmin yaxşı getməməsi
-Yuxu pozulması, depressiya, apatiya, yorğunluq, pis əhval-ruhiyyə
-Nevritlər, sinir mənşəli ağrılar, iltihab
-Meqoblast anemiya - qanazlığı
-Hamiləlikdə çoxsaylı problemlər, düşüklər, dölün inkişafdan qalması
-Hər iki tərəfdə sonsuzluq
-Yaddaşın pozulması
Fol turşusu defisitini necə aradan qaldırmalı?
Normal halda bu turşu orqanizmə qida yeməklə daxil olmalıdır. Qidanızda ət, ciyər, balıq, yumurta olmasına nəzarət edin.
Hər gün ispanaq, yaşıl salat, ərik, şüyüd-cəfəri, pomidor, kəsmik, pendir, qatıq, yaşıl tərəvəz və meyvələrdən heç olmasa birini yeyin.
Uşaq və yeniyetmələr, qanazlığı olanlar, hamilələrdə fol turşusuna tələbat ikiqat olur. Ona görə onlar bu qidaları daha çox qəbul etməlidirlər.
Əgər qida ilə fol turşusunu ödəyə bilmirsizsə, həkim məsləhəti ilə sintetik Fol turşusu qəbul etməyə başlayın. Sintetik analoq təbii turşudan da yaxşıdır və yaxşı mənimsənilir.
Diqqət: Orqanizmdə fol turşusu olub-olmamasını və fol turşusunun bağırsaqlar tərəfindən sovrulub-sovrulmamasını qan analizi və qastroenteroloq müayinəsi ilə təyin edə bilərsiz. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1289   Tarix: 15 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yay kolleksiyasi kosmetoloq reseptler ədəbiyyat testləri parket döşəmələr 2026 cu ilin modasi əllərin tərləməsi kosmetika novruz bayramina aid yemekler faydalı bilgilər xanim.az pehriz