Yüksək təzyiq üçün xeyirli qidalar

Yüksək təzyiq üçün xeyirli qidalarDünyada ən çox rast gəlinən xəstəliklərdən biri olan hipertoniya ilə mübarizədə qidaların əhəmiyyəti də nəzərə alınmalıdır. Yüksək təzyiq ölkəmizdə və dünyada ən çox görülən xəstəliklər arasındadır. Bu xəstəliyi qidalanma vasitəsilə nəzarət altında saxlaya bilər və yüksək təzyiqin yaratdığı ürək, beyin, göz və böyrək xəstəliklərindən qoruna bilərsiniz. Biz yüksək təzyiqlə mübarizə apardığınız müddətdə sizə köməkçi olacaq qidaları nəzərinizə çatdırırıq.

Tərəvəzlər
Tərəvəzlər təzyiqi aşağı salmaqla yanaşı, tərkibində olan qida lifi, potasium, maqnezium və digər minerallar sayəsində ümumi sağlamlığınıza yaxşı təsir edir. Təzyiq xəstələrinə hər gün yaşıl yarpaqlı tərəvəzlər başda olmaqla, 2-3 kasa fərqli rənglərdəki tərəvəzlərin çiy və ya qaynadılmış halda istifadə olunması tövsiyə olunur. Brokoli, kartof, ispanaq, pomidor və qabaq kimi tərəvəzlərin mütləq süfrənizdə olmasına diqqət yetirin.TərəvəzlərMeyvələr

Lif, vitamin və minerallarla zəngin olan meyvələr təzyiqi aşağı salmaq üçün ən yaxşı köməkçiniz ola bilər. Bunlardan banan, alma, çiyələk, şaftalı, ananas, manqo və sitrus meyvələri təzyiqi taraz saxlamaqda ən təsirli qidalardandır.MeyvələrSüd məhsulları

Kalsium damar sağlamlığı və damar tıxanıqlığının qarşısını almaq üçün lazımlı minerallar arasındadır. Buna görə də kalsium cəhətdən zəngin olan qatıq, süd, pendir kimi qidaları gündəlik qidalanmanıza əlavə etməyiniz təzyiqinizi normal saxlamaqda köməkçi olacaqdır. Lakin bu zaman istifadə etdiyiniz süd məhsullarının az yağlı və ya yağsız olmasına xüsusi diqqət etməlisiniz.Süd məhsullarıTam taxıllar

Qan təzyiqini aşağı salmağa kömək olan lif baxımından zəngin olan qara düyü, kəpəkli çörək, arpa və yulaf kimi tam taxılları qidalanma proqramınıza əlavə edə bilərsiniz. Ağ un və şəkər kimi karbonhidratlar əvəzinə tam taxıllı qidaları müntəzəm şəkildə istifadə etmək təzyiqi nəzarətdə saxlamağınıza kömək olacaqdır.Tam taxıllar

Balıq
Protein təzyiqi aşağı salmaq üçün əhəmiyyətli olmasına baxmayaraq, onun nə ilə qəbul edilməsi də əhəmiyyətlidir. Keyfiyyətli protein qaynağı olaraq somon, ton, pikşa kimi soyuq su balıqlarından yeyə bilərsiniz.BalıqÇərəz

Badam, fındıq, qoz və fıstıq kimi çərəzlər sağlam bir yağ qaynağı olaraq hər gün rahatlıqla istifadə oluna bilər.Çərəz

Ədviyyatlar
Duzun çox istifadə olunması təzyiqi yüksəldir. Buna görə də yeməklərinizi ləzzətləndirmək üçün duz yerinə qurudulmuş ədviyyatlardan istifadə edə bilərsiniz.

Sağlamlıq     Baxılıb: 1987   Tarix: 09 iyul 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

sade makiyaj sekilleri qis geyimləri 2026 kosmetoloq maraqli el islerinin hazirlanmasi cinsi heyat azərbaycan haqda hind paltarlari kosmetika oglaq hakisda baldiza aid haxisda toy gecesi haxista