Yumurta alanların nəzərinə: Bu VİDEOYA baxdıqdan sonra daha yumurta yeməyəcəksiniz

Yumurta alanların nəzərinə: Bu VİDEOYA baxdıqdan sonra daha yumurta yeməyəcəksinizArtıq bir müddətdir ki, Çində istehsal olunan süni yumurtalar Azərbaycan bazarına da yol açıb.

Qadinsyati.az xəbər verir ki, yumurta ilə tanış olan istehlakçılar isə bununla bağlı sosial şəbəkədə həyəcan təbili çalır. Belə ki, məhsulu əldə edən istehlakçı onun qaynadılma prosesindən sonrakı vəziyyətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. Kadrlardan göründüyü kimi, yumurta qaynadıldıqdan sonra onun sarısı rezin formada olur və hissələrə bölünmür.

Qeyd edək ki, mütəxəssislər bildirir ki, saxta yumurtanın qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.

"Qafqazinfo" süni yumurtanın insan orqanizmi üçün mənfi təsirlərini araşdırıb.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov məsələ ilə bağlı "Qafqazinfo" ya açıqlamasında bildirib ki, Azərbaycanda təbii yumurtanı istehsal etmək problemi yoxdur:

"Sadəcə istehsalla bağlı süni problem yaradılır. Ümumiyyətlə isə, Çinin istehsal etdiyi kənd təsərrüfat, geyim, sənaye məhsulları keyfiyyət baxımından fərqlənir. Bu məhsullar hər hansı dünya standartına uyğun deyil. Düzdür, Çin həm də keyfiyyətli məhsul istehsal edir, ancaq bu keyfiyyətli məhsullar Avropa bazarına ixrac olunur. Ancaq yumurta süni də olsa orada təbii qatqılardan istifadə olunub. Birbaşa süni yumurta istehsal etmək düzgün deyil. Ola bilsin ki, həmin yumurtanın ixracı baxımından qabığının möhkəm olması, uzun müddət saxlanılması kimi amillər nəzərə alınıb. Bu kimi hallar isə məhsulun keyfiyyətinə mənfi təsir göstərir".

Ekspert qeyd edib ki, Azərbaycanda laborotoriyalarda peşəkar kadrlar olmadığı üçün süni yumurtaları təhlil edib tərkibində hansı zərərli maddələrin olduğunu aşkar etmək mümkün deyil: "Onsuz da Azərbaycan daxili bazarı kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir. Belə olan halda heç olmasa nəzarəti gücləndirmək lazımdır. Ölkəyə keyfiyyəti aşağı olan mal və məhsulların gətirilməsinə icazə verilməməlidir. Həmin məhsulların sertifikatında insan orqanizmi üçün zərərli olmadığı qeyd olunur. Zərərli deyilsə, bəs faydalıdırmı? Bizim məmurlarımız isə təəssüf ki zəhər də olsa onu ölkəyə idxal etməkdə daha maraqlıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə vurğulayıb ki, azad bazar iqtisadiyyatı olduğuna görə sahibkarlar onlara yaradılmış şəraitdən gen-bol istifadə edərək istehlakçıların hüquqlarını pozurlar: "Dəfələlərlə bildirmişəm ki, bazar sürətlə çirklənir. Bu çirklənmə insanların həyatında mənfi izini qoyacaq. İki ildən sonra dövlət orqanları istəsələr belə bazarı tənzimləyə bilməyəcəklər.

Süni yumurtanın da Azərbaycana gətirilməsi isə istisna olunmur. Lakin hələ ki onun nümunəsini bizim ofisə gətirən olmayıb. Ancaq təbii yumurta istehlakçılarına bildirmək istəyirəm ki, hər bir yumurtanı markalamaq lazımdır. Yumurtanın üzərinə istehsalçı şirkət və məhsulun istifadə olunma tarixi yazılmalıdır. Çox yaxşı haldır ki, yalnız Hacıqabul quşçuluq fabriki malın üzərinə "Hacıqabul" yazır. Markalanma istehlakçılara süni yumurta ilə təbii yumurtanı ayırmağa kömək göstərə bilər. Təbii ki, süni yumurtanın insan orqanizmi üçün heç bir faydası yoxdur. Laborotoriyalarda isə süni yumurtanın zərərlərini araşdırıb ictimaiyyətə çatdırmaq mümkündür".

"Qafqazinfo" İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə də əlaqə saxlayıb. A. Əliyev bildirib ki, nazirlik istehlak bazarında belə faktla qarşılaşmayıb:" Ümumiyyətlə isə, süni yumurtanın Azərbaycana idxal olunması ilə bağlı nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hər hansı müraciət daxil olmayıb".

Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti ilə isə əlaqə saxlamaq mümkün olmayıb.

Maraqlı     Baxılıb: 3689   Tarix: 21 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

turlar.az

həkim məsləhəti makiyaj etmek qaydalari donlar 2026 avto qadın toy ideyalari dogusdan sonra matkanin yigilmasi dogum cantasinda ne olmalidir kosmetika cinsi elaqe buga burcu qadin.az novruza aid hakışda dostluq