Yuxu üçün ən yaxşı 3 aromatik yağ

Yuxu üçün ən yaxşı 3 aromatik yağYuxu təkcə bədənin dincəlməsi üçün vacib deyil. Keyfiyyətli yuxu həm də orqanizmin bərpasını və hormonların balansını təmin edir.
Yuxusuzluq isə insanın immunitetini aşağı salır və xəstəliklərə səbəb olur. Az və keyfiyyətsiz yuxu həyat keyfiyyətini də aşağı salaraq insanın gündəlik həyatda və iş həyatında performansını azaldır.
Milli.Az medicina.az-a istinadla xəbər verir ki, klinik psixoloq və yuxu sağlamlığı uzmanı Şelbi Herris aromaterapiyanın yuxu üçün çox vacib olduğunu bildirir.
Onun sözlərinə görə, xüsusi qoxular insanın daha tez yuxuya getməsinə, rahatlamağa kömək edir, stressi azaldır və zehni sakitləşdirir.
Mütəxəssislərin fikrincə, faydalarından yararlanmaq üçün efir yağlarından şüurlu şəkildə istifadə etmək vacibdir.
"Əsas Sağlamlıq: Müasir Bələdçi" kitabının müəllifi Sara Penton Roqier deyir ki, "yağları günün saatları və məqsədə düzgün uyğunlaşdırmaq çox vacibdir".
"Məsələn, hər gecə yatmazdan əvvəl yataq otağınız üçün eyni ətirdən istifadə etmək beyninizin və vücudunuzun yatmağa hazırlaşmağın vaxtının gəldiyini bilməsinə kömək edir", - deyə Sara qeyd edib.
Harris isə əlavə edib ki, kitab oxumaq və ya isti vanna qəbul etmək kimi həm zövqlü, həm də yuxuya uyğun olan rutinləri həyata keçirmək yuxuya getməyi daha da asanlaşdıra bilər.
Yatmazdan əvvəl düzgün efir yağını seçmək çox vacibdir. Çünki bəzi qoxular rahatlaşdırıb sakitləşdirsə də, digərləri enerji və motivasiya verir.
Mütəxəssislərin yuxu üçün tövsiyə etdiyi üç əsas efir yağını və onların faydalarını təqdim edirik:
LAVANDA
Mütəxəssislər lavandanın yuxu üçün ən əsas yağ olduğunu deyirlər.
"Lavanda yağı hissləri sakitləşdirən, zehni rahatladan və hətta stresli anlarda da ürəyə dəstək verən ən yaxşı qədim aromaterapiya vasitəsidir. Eyni zamanda reputasiyasını dəstəkləmək üçün üzərində ən çox elmi araşdırma aparılan vasitələrdən biridir", - deyə Harris vurğulayıb.
İLANQ-İLANQ
Mütəxəssislər deyirlər ki, Cənubi Sakit okeana xas olan şirin, çiçək qoxulu bu tropik ağac da yuxu keyfiyyətini artırmaq istəyənlər üçün digər bir seçimdir.
Tədqiqatlar göstərir ki, ilanq-ilanq yağı narahatlığı azaltmağa kömək edir və sinir sisteminin yenidən kalibrlənməsinə, qan təzyiqinin aşağı düşməsinə kömək edir, yuxuya getməyi asanlaşdırır.
ÇOBANYASTIĞI
Çobanyastığı çayı yuxu üçün məşhur vasitələrdən biridir. Onun tərkibindəki bitki tərkibləri müalicəvi faydalarla zəngindir.
Panton Roqiers deyir ki, efir yağı olaraq çobanyastığı bədənin yuxudan əvvəlki təbii vəziyyətini təqlid edərək ürəyin döyüntüsünü və qan təzyiqini yüngül formada azaldır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1246   Tarix: 09 mart 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

makiyaj instagram aksessuarlar geyim necə seçməli valideyn haqqinda əqrəb bürcü qış tədarükü salatlar duru yeməklər kosmetika laylalar burclerin uygunlugu hüzeyir hacibəyov vətən həsrətinə aid bayatılar intim munasibetler