Zəhərli zobun əməliyyatsiz və birdəfəlik müalicəsi mümkündür – ÜSULLAR

Zəhərli zobun əməliyyatsiz və birdəfəlik müalicəsi mümkündür – ÜSULLARQalxanabənzər vəzi boyunun ön hissəsində nəfəs borumuzun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında, endokrin sistemimizin ən önəmli vəzilərindən biridir.

Bu vəzinin az işləməsi hipotireoidizm (el arasında "tənbəl zob" kimi tanınır), çox işləməsi isə toksik ur və ya hipertireoidizm ("zəhərli zob") adlanır.

Hipotireoidizm xəstəliyi yorğunluq, halsızlıq, saç tökülməsi, artıq çəki, soyuğa davamsızlıq, qəbizlik və bədənin müxtəlif nahiyələrində şişkinliklərin (xüsusilə qadınlarda) olması ilə özünü göstərir. Bu əlamətləri olan xəstələr ilk növbədə TSH və T4 sərbəst analizləri verməli və mütləq ultrasəs müayinəsindən keçməlidir. Bu qrup xəstələr adətən əvəzedici dərman (hormon) müalicəsi ilə asanlıqla şəfa tapırlar.

Hipertireoidizm xəstəliyi (zəhərli zob) zamanı xəstələrdə güclü ürək döyüntüləri (taxikardiya), səbəbsiz çəki azalması, əsəbilik, tərləmə, göz almalarının önə doğru çıxması (göz bərəlməsi), istiyə davamsızlıq, ishal və s. kimi əlamətlər müşahidə oluna bilər. Bu xəstələrdə qalxanabənzər vəzi hormonları (sərbəst T3 və T4) olduqca yüksək olurlar.

Zəhərli zob diffuz və ya düyünlü ola bilər. Diffuz olan zəhərli zob Graves xəstəliyi də adlandırılır. Zəhərli zob xəstəliyi hər yaşda, hər insanda müşahidə edilə bilər, amma daha çox orta yaşlı qadınlarda rast gəlinir.

Graves xəstəliyi autoimmun xəstəlikdir, yəni xəstənin öz immun sisteminin ortaya çıxardığı bir vəziyyətdir. Belə xəstələrdə sonsuzluq problemi də yarana bilir. Lakin xəstənin qalxanabənzər vəzi hormonlarının müalicə ilə normal balansı təmin olunduqda reproduktiv sistemin funksiyaları öz-özlüyündə bərpa oluna bilər.

Zəhərli zobların əsasən 3 növ müalicəsi mövcuddur:

1) Dərman müalicəsi, əsasən qanda toksikliyi (zəhərliliyi) azaltmaq məqsədi ilə müvəqqəti olaraq istifadə olunur. Bəzi araşdırmalarda 15-20% xəstələrdə uzun müddətli effektli olduğu deyilir. Ümumiyyətlə, zəhərli zobların dərmanla müalicəsi ABŞ-da və Avropa ölkələrində 2 ildən artıq istifadəsi qadağandır. Çünki bu dərmanları uzun müddət istifadə etdikdə qaraciyəri və sümük iliyini ciddi şəkildə sıradan çıxardır və bu orqanların son dərəcə ağır xəstəliklərinə səbəb olur. Çox böyük təəssüf hissi ilə vurğulamalıyam ki, ölkəmizdə bəzi həkimlər hələ də zəhərli zobların müalicəsində bu dərmanlardan illərlə istifadə edərək insanları "sağaltmağa" çalışırlar.

2) Zəhərli zob zamanı cərrahi müalicə istifadə olunsa da, son zamanlar öz populyarlığını artıq itirməkdədir. Bu müalicə növünün ağırlaşmalarının və risklərinin çox olması (boğazda estetik qüsurun olması, xüsusilə gənc xanımlarda, səs sinirinin cərrahi əməliyyat zamanı zədələnməsi, paratireoid vəzilərin zədələnməsi və s.) səbəbi ilə artıq ABŞ-da və Avropa ölkələrində cərrahi əməliyyatlardan mümkün olduqca imtina olunmuşdur. Yalnız çox cüzi xəstə qruplarında cərrahi müalicədən istifadə olunur.

3) Radioaktiv yod-131 müalicəsi isə zəhərli zobların müalicəsində ən çox istifadə olunan müalicə metodudur. Artıq 60 ilə yaxındır ki, bu müalicə növü ABŞ-da çox böyük uğurla istifadə olunur. Radioaktiv yod müalicəsi qeyri-invaziv bir üsul olmaqla yanaşı həmçinin praktik (qəbulu asan olmaqla) və olduqca effektlidir.

Belə ki, zəhərli zobu olan və radioaktiv yod müalicəsi alan xəstələrdə ~97% sağalma müşahidə olunmuşdur.

Statistik məlumatlar göstərir ki, ABŞ-da zəhərli zobu olan xəstələrin ~90-95%-nə radioaktiv yod-131 müalicəsi təyin olunmuşdur.

Son illər ölkəmizdə gedən güclü inkişaf səhiyyə sahəsində də özünün müsbət nəticələrini göstərmişdir. Artıq respublikamızda 2011-ci ildən etibarən radioaktiv yod-131 müalicəsi ABŞ-da və Avropa ölkələrində olduğu kimi yüksək standartlara uyğun olaraq çox böyük uğurla tətbiq edilir. Xarici ölkələrdə nüvə təbabəti ixtisasına yiyələnmiş həkimlərimiz tərəfindən qalxanabənzər vəzin zəhərli formaları ilə yanaşı, digər xəstəliklərinin də, müasir diaqnostikası və müalicəsi aparılır.

Tiroidoloq Fuad Əliyev (saglamolun.az)

Sağlamlıq     Baxılıb: 2118   Tarix: 15 dekabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

geyim dəbləri qis geyimləri 2026 adlarin menasi əli əmirli ciyər qovurması dəriyə qulluq sevgi dünyası kosmetika porno burclerin uyumu tanisliq aysel arxadan olmaq