Zəhərsiz göbələkləri necə ayırd etmək olar - satıcılar açıqladı

Zəhərsiz göbələkləri necə ayırd etmək olar - satıcılar açıqladıÖtən gün Xaçmazda 39 və 47 yaşlı iki xanım göbələk zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlardan biri Kliniki Tibbi Mərkəzə gətirilərkən yolda dünyasını dəyişib.
Digəri isə kəskin ağır və şok vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Nəticədə, göbələk hər iki şəxsin ölümünə səbəb olub.
Milli.Az xəbər verir ki, Baku TV mövzu ilə bağlı reportaj hazırlayıb.
İki şəxsin həyatına son qoyan göbələyin zəhərli olub-olmadığını necə müəyyən etmək olar? İstər market, istərsə də bazarlarda alıcılara təklif edilən göbələklər təhlükə mənbəyi hesab olunurmu?
Satıcılar deyirlər ki, göbələyin üstü qaralıbsa, zəhərlənmə baş verə bilər.
"Göbələk qutularının hər birinin üzərində yığılma tarixi olur. Açıq şəkildə satılanların isə üzərinin təmizliyindən zəhərli olub-olmadığını ayırd etmək olar. Arxasına baxırsan, qaralmayıbsa, deməli, yaxşıdır", - deyə satıcılardan biri bildirib.
Qida mütəxəssislərinin sözlərinə görə, zəhərli göbələklər çox olsa da, ölkədə yetişən növlərindən ən təhlükəlisi Amanit göbələyidir. Bu göbələyin bir hissəsinin yeyilməsi belə faciəyə səbəb ola bilər. Amanitlərin toksinləri əsasən qaraciyər və qan hüceyrələrini məhv edir.
Qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, tünd, qırmızıya çalan rəngdə olan göbələklər adətən zəhərli olur:
"Meşədə bitən göbələklər risk qrupunda olduğuna görə onlar istifadə edilməməlidir. Zəhərli göbələklərin daha kəskin, xoşagəlməz qoxusu var, bu da onun yeyilə bilməyən olduğunu göstərir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 1355   Tarix: 30 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur

Kofein bəzi hallarda miqren ağrılarını yüngülləşdirə bilər. Mütəxəssislərin fikrincə, qəhvə və bəzi qazlı içkilərin tərkibində olan kofein müəyyən hallarda miqren tutmalarının şiddətinin azalmasına kömək edir. Nevroloq Kseniy

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar

Pilates müasir dövrdə arıqlamaq və formada qalmaq üçün ən çox üstünlük verilən idman növlərindən biridir. İdman zallarına getmədən, ev şəraitində rahatlıqla edilə bilən bu məşqlər xüsusilə qarın, kürək və omba əzələlərin

.

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

turlar.az

makiyaj instagram geyim şəkilləri qaşların formalari ayaqqabi modelleri 2026 çantalar üz və bədənə qulluq qanda viruslar kosmetika kəlamlar pehriz qizlar haxışda bayraq