Zəli ilə müalicənin üstünlükləri

Zəli ilə müalicənin üstünlükləriZəli vasitəsilə müxtəlif xəstəliklərin müalicə edilməsi qədim zamanlardan başlayıb. Təbabətdə onu "hirudoterapiya" adlandırırlar. Əslində zəli ilə müalicə təkcə xəstələr üçün deyil, sağlam olanlar üçün də çox faydalıdır, çünki daxili orqanlar yaxşı qidalanır və damarlarda elastiklik yaranır. Xanim.az bildirir ki, bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "Orqanizmdəki damarların uzunluğu yer kürəsinin diametrindən üç dəfə çoxdur, amma ürək xəstələrində damarların böyük əksəriyyəti işləmir və belə olanda bütün damarların işləməsi üçün zəli qoydurmaq lazımdır.

Zəli qoyulması Alsheymer, skleroz kimi xəstəliklərin, həmçinin beyin damarlarının spazmının qarşısını alır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti itiləşdirir, xüsusən boyun osteoxondrozu, ümumiyyətlə, onurğa sütununun bütün hissələrinin osteoxondrozunda onun qədər yaxşı təsir edən ikinci vasitə yoxdur. Zobun istər düyünlü, istərsə də diffuz, yəni yayılmış formalarının müalicəsində zəli müalicəsi çox yaxşı təsir göstərir, düyün ətraflarına qoyulmuş zəlilər az bir zamanda şişin kiçilməsinə səbəb olur. Həmin müalicə formasından istifadə edənlərin qanı normadan artıq laxtalanmır, tromblaşmır və ürəyin işemik xəstəlikləri - miokard infarktı, stenokardiya, və ateroskleroz baş vermir".

Həkim-fitoterapevt daha sonra deyib: "Zəlinin ağız suyunda 105-ə qədər ferment var və bundan yalnız biri - heparin qan laxtalanmasının qarşısını alır. Həkimlər infarkt keçirmiş və ya üzərində ürək əməliyyatı aparılan xəstəyə həyatının sonuna qədər aspirin içməyi məsləhət görürlər, ondan qat-qat faydalı olan zəli ilə müalicə isə yaddan çıxır. Başqa bir ferment - destibilaza, göz qidalanmasını yaxşılaşdırır, kataraktanın (mirvari suyu) qarşısını alır, qlaukoma (qara su) xəstəliyinin inkişafını ləngidir.

Zəlinin ağız suyunda olan başqa oliqoraza fermenti varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır. Şəkər xəstələrində bəzən ayağa adi tikan batması sağalmayan yaralar əmələ gətirir, çox vaxt ağır fəsadlar verir, çünki damarların mənfəzi tutulur və qan dövranı pozulur. Həmin xəstələrdə ayaq yaraları illərlə davam edir. Uzun müddət yara üstünə müxtəlif mazlar çəkilir, dərmanlar qəbul olunur, lakin təəssüf ki, ən faydalı müalicə üsulu olan zəlidən istifadə edilmir.

Zəlinin ağız suyundakı maddələr orqanizmdə təbii ağrıkəsicilərin istehsalını artırır və həmin maddələr ağrıkəsici gücünə görə morfindən 200 dəfə üstündür. Uzun müddət üzücü ağrılardan əziyyət çəkənlər üçün zəli xüsusilə faydalıdır. Prostat vəz xəstəliklərinin müalicəsində vəzin qanla daha yaxşı təchiz olunması üçün istifadə olunan preparatlardan zəli daha yaxşıdır. Zəli prostat vəzin qanla təchizatını yaxşılaşdırır, kalsinatların əriməsinə səbəb olur, immun sistemi gücləndirdiyindən orqanizm özü iltihabi xəstəlikləri müalicə edir.

Revmatizm və revmatoid poliartrit kimi iltihabi oynaq xəstəliklərinin müalicəsində də zəli həm ağrıları, həm də oynaqda olan şişkinliyi sürətlə azaldır. Babasil damarlarda durğunluq nəticəsində əmələ gəldiyinə görə zəli düyünlərin üstünə qoyulur və dərhal da səmərəli nəticə verir".

Hiruditerapiyanın üstünlükləri barədə danışan F.Hüseynov: "Zəlinin ağız suyundakı fermentlər antioksidantlardır, buna görə də şiş xəstəliyinin qarşısını almaq və əmələ gələn şişləri müalicə etmək üçün ondan mütləq istifadə olunmalıdır. Zəli ilə müalicə olunanlar infarkt və insult xəstəliyinə tutulmurlar.

Bəzi xəstələr zəlinin faydalarını öyrənəndən sonra 3-5 ədəd zəli qoydurur və nəticə əldə etmirlər. Bu, qətiyyən düzgün deyil, çünki zəlini mütəxəssis təyin etməli və onun qoyulması sistemli şəkildə aparılmalıdır,"- deyə söhbətinə yekun vurub.

Sağlamlıq     Baxılıb: 2285   Tarix: 14 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

geyim necə seçməli toy gecesi sade makiyaj sekilleri dini geyimler qadin dunyasi net saç maskaları faydalı məsləhətlər kosmetika gozellik meseller dieta anabaci damla