Zəncəfil köməyi ilə...

Zəncəfil köməyi ilə...Saçları uzatmağın ən effektiv vasitələrindən biri də maskalardır. Saç maskalarını bilavasitə yumaqdan əvvəl çəkmək məsləhət görülür.
Xanim.az saglamheyat.com-a istinadən bildirir ki, xüsusi fırça və ya süngərdən istifadə sizin işinizi asanlaşdıracaq. Biz ən yaxşı saç maskalarının kolleksiyasını toplamışıq.

1. Saç uzadan möcüzə maska.

Çox effektli bir maskadır, bu maskanı "xardal maskası" adlandırırlar, bir ay ərzində saçları 15 sm qədər uzada bilir. Maskanın resepti çox sadədir, baş dərisini qızdıraraq, saç folikullarına qan axınını təmin edir:

2 xörək qaşığı xardal tozunu (ədviyyat şöbəsində satılır) qaynar su ilə qarışdırmaq
2 xörək qaşığı qaynar su
1 ədəd yumurtanın sarısı
2 xörək qaşığı zeytun yağı(şaftalı, dulavratotu və digər kosmetik yağlardan biri)
2 çay qaşığı şəkər tozu (şəkər nə qədər çox olsa, xardal bir o qədərdə "acı").
2 xörək qaşığı zəncəfil rəndəsi
Saç uclarına toxunmadan, saçların arasında baş dərisinə çəkilir. Salafan plyonka və ya paketlə baş sarılır. Başdakı yanğıdan asılı olaraq 15 dəqiqədən 1 saatadək gözləmək lazımdır. Əgər o qədərdə cox yandırmırsa, onda yaxşı olar ki, gözəl bir hörüyün xəyalını quraraq 1 saat belə gəzəsiniz. Yox əgər başınızda "yanğın baş verirsə", onda 15-20 dəqiqə gözləməniz yetərlidir. Daha sonra başınızdan maskanı ilıq su ilə, yüngülcə yaxalayın və şampunla yuyun.

2. Güclü saç tökülmələrinə qarşı olan saç maskası.

Beləliklə:
1 qaşıq gənəgərçək yağı
1 qaşıq soğan şirəsi (lakin mütləq şirə, sıyıq olsa saçlarınız iy verəcək)
1 qaşıq kalendula qarışığı
1 qaşıq istiot qarışığı
1 qaşıq bal
1 qaşıq konyak
1 ədəd yumurtanın sarısı
1 xörək qaşığı zəncəfil rəndəsi
Qaşığın ölçüsü saçın qalınlığından asılıdır. Başa sürtdükdən sonra papaq taxıb, rahatlıqla işlərini görə bilərsən.

3. Sehirli şampun

Qalın, parlaq, qeyri-adi gözəl saçların sirrini siznlə bölüşmək istəyirəm. Bunun sirri sadə, lakin təsirlidir.
10 mumiya tableti götürüb, şampunla qarışdırın. Şampun tündləşəcək, amma belədə olmalıdır. Başınızı yuyanda adi vaxtdakı kimi şampunlayın, köpürdüb saçları köpükdə 3-5 dəqiqə saxlayın ki, mumiya yaxşı təsir eləsin. Bu prosedurlardan sonra saçlarınız daha sağlam, möhkəm və qalın olacaq.

4. Saçların qalınlığını artırmaq üçün maska

Daha əlverişli və ucuz resept: qatıq+ bal+ 1 xörək qaşığı zəncəfil rəndəsi +maya. 2 çay qaşığı mayaya su və ya süd əlavə eləyib, 1 saat gözləyin. Daha sonra 2-3 xörək qaşığı bal, yarım stəkan turş süd məhsulu ( nə qədər ucuz olsa, bir o qədər naturaldır) turş süd, qatıq, qımız götürüb qarışdırırıq. Bunu saçlara bütün uzunluq boyu çəkib, başın dərisinə yaxırıq, polietilinlə sarıyıb, üzərinə dəsmal və ya yaylıq bağlayıb 1 saat gəzirik. Ot dəmləri, alma sirkəsi (həcmi artırır, parlaqlıq verir) ilə yaxalamaq olar.

5. Saçların uzanması üçün qaynaqla maska

Bu maska tüklərin filekullarını qidalandırır və baş dərisinə qan axınını təmin edir.Bundan əlavə çay turşu-qələvi balansını yaxşılaşdırır, dəri piyinin artıqlarını aradan qaldırır, saçlar daha az yağlanır, parıldayır və gözəl şabalıdı kölgə alırlar. 2/1 araq şüşəsinə 250 qr quru çay dəmi əlavə olunur. Çaya araq töküb 2 saat dəmləyirsiniz. Süzdükdən sonra, dəmi atırsınız, alınan qarışımı isə baş dərisinə çəkib, üzərini selofan və dəsmalla sarıyırsınız. Yaxalamaq rahat olacaq. Bunu başda 1 saat saxlamaq olar. Daha sonra su və şampunla yaxalayırsan. Bunu həftədə iki dəfə təkrarlamaq lazımdır. İki həftədən sonra, uzun saçlarınızın arasından yeni çıxan saçlardan həzz alacaqsınız

Sağlamlıq     Baxılıb: 2277   Tarix: 19 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

qadin sayti kosmetoloq reseptler yagli saclar ucun meslehetler kartof maskasi uz ucun reseptlər sanamalar kosmetika namiq qaraçuxurlu intim qaynana terezi qiz evi