Zeytun, yoxsa günəbaxan yağı daha faydalıdır?

Zeytun, yoxsa günəbaxan yağı daha faydalıdır?Rusiyalı mütəxəssislər (Rus keyfiyyət sistemi) zeytun və günəbaxan yağının tərkibini Omeqa-3, Omeqa-6 və Omeqa-9, vitaminlər və aktiv bioloji maddələr üzərindən analiz edib. Elm adamları rəfinə edilmiş zeytun yağının, yoxsa günəbaxan yağının sağlamlığımız üçün daha faydalı olduğunu araşdırıb.
Publika.az bu yazıda oxucuları zeytun və günəbaxan yağının orqanizmə təsiri ilə tanış edir.
Mütəxəssislər deyir ki, orqanizm üçün ən faydalı məhsullar doğulduğumuz bölgədə yetişən məhsullardır. Rusiyalı ekspertlər saflaşdırılmış zeytun və günəbaxan yağının qidalanma dəyərini təhlil edərək qida maddələrinin miqdarını müqayisə edib.
Bitki yağının qida dəyəri konsepsiyasında yağ turşuları xüsusi əhəmiyyət daşıyır. Dietoloqların fikrincə, insanlar üçün ən vacib olanı doymamış yağ turşularıdır. Bunlar toxumanı qidalandırmaq, qan dövranını yaxşılaşdırmaq və aterosklerozun qarşısını almaq üçün lazımdır. Xüsusilə Omeqa-3 (linolenic) və Omeqa-6 (linoleic) yağ turşuları iki əsas elementdir. Bu elementlər olmadan bədən öz funksiyalarını yerinə yetirə bilməz. Orqanizm bütün digər yağ turşularını öz başına sintez edə bilsə də, Omeqa-3 və Omeqa-6 yağ turşularını qidalardan əldə edirik. İdeal olaraq, Omeqa-3 və Omeqa-6 yağ turşuları müəyyən nisbətdə olmalıdır: 1:2-dən 1:4-ə qədər.
Monodoymamış yağ turşuları bədən üçün eyni dərəcədə vacibdir. Doymamış turşuların əvəzedilməz olmasına baxmayaraq, faydaları qiymətləndirmək çətindir. Monodoymamış Omeqa-9 (oleic) turşusu xolesterini azaltmağa kömək edir və qan laxtalanmasının qarşısını alır, yəni oleic turşusu infarkt və insult riskini azalda bilər.
Hansı yağda daha çox Omeqa turşuları və vitaminlər var?
* Tokoferol və ya E vitamini - ürək-damar sistemini gücləndirmək və hüceyrələrin qocalma prosesini yavaşlatmaq üçün lazımdır. 100 q günəbaxan yağında 4-60 mq E vitamini, 100 q zeytun yağında isə 12 mq-dır.
* Mineralların miqdarı hər iki məhsulda eynidir və çox aşağıdır.
* Fitosterollar - insan bədənindəki pis xolesterin səviyyəsini azaldır. İnsult və xərçəng riskini azaldır. Günəbaxan yağında zeytundan iki dəfə çox fitosterol var.
* Fosfolipid lesitin hüceyrə membranlarının əsas tərkib hissəsidir. Xolesterini azaldır, antioksidant xüsusiyyətlərə malikdir. 100 q günəbaxan yağında 700-1400 fosfolipid lesitin var. Lakin zeytun yağında antioksidant xüsusiyyətlərə malik olan xeyli sayda digər fenol birləşmələri var.
* Omeqa-3 turşuları hər iki yağda eyni dərəcədə aşağıdır.
* Omeqa-6 turşuları günəbaxan yağında təxminən 74 faiz, zeytun yağında isə keyfiyyətindən asılı olaraq 20-24 faizdir.
* Omeqa-9 turşuları zeytun yağında 77 faiz, günəbaxan yağında isə 16 faizdir.
Harada və necə saxlamaq olar?
* Günəş işığı yağ oksidləşmə prosesini başladır. Odur ki, bağlı şüşə butulkalarını otaq temperaturunda, günəş işığı olmayan yerdə saxlayın. Yeri gəlmişkən, yağı günəş şüalarının təsirindən qorumaq üçün bəzi istehsalçılar qaranlıq şüşə və ya rəngli plastik şüşələrdən istifadə edir.
* Yağ istehsalında yağ şüşələri azotla doyurulur və oksigen sıxışdırılıb çıxarılır: azot yağı oksidləşmədən qoruyur. Şüşə açıldıqdan sonra, yağdan çıxan azot buxarlanmağa başlayır və hava ilə əvəz olunur, odur ki, açıq yağ şüşəsini soyuducuda saxlamaq daha yaxşıdır.
* Unutmayın ki, oksidləşmə zamanı ilkin oksidləşmə məhsulları (peroksidlər) əmələ gəlir və parçalandıqda ikincil oksidləşmə məhsulları meydana gəlir: aldehidlər və ketonlar. Onların hər ikisi müəyyən miqdarda insan sağlamlığı üçün zərərlidir. İstifadə müddəti bitdikdən sonra yağ istifadə etmək təhlükəlidir.
Qeyd edək ki, zeytun yağı dünyada ən populyar pəhrizin əsasını təşkil edir - Aralıq dənizi. Və YUNESKO tərəfindən də dünyanın ən sağlam məhsulu kimi tanınıb.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2056   Tarix: 01 fevral 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

makiyaj etmek qaydalari yaz geyimleri 2026 geyim seçimi xalq təbabəti donlar yay ucun 2026 geyim kolleksiyasi usaq oyuncaqlari kosmetika nizami gencevi klitor salam vətən həsrətinə aid bayatılar zencefil