103 il yaşayan məşhur cərrahdan uzunömürlülük SİRRİ - MÖHTƏŞƏM SAĞLAMLIQ RESEPTİ

103 il yaşayan məşhur cərrahdan uzunömürlülük SİRRİ - MÖHTƏŞƏM SAĞLAMLIQ RESEPTİUzun və məhsuldar həyat - 103 il yaşamış məşhur cərrah, professor Fyodor Qriqoryeviç Uqlov qibtə oyadan sağlamlığa malik idi.
Onun adı dünyanın ən yaşlı cərrah kimi Ginnessin Rekordlar Kitabına düşüb.
Xanim.az həkimin yüksək əhval-ruhiyyəsini və həyata eşqini qoruyub saxlamağa yardımçı olan qaydalarla tanış edir.
Professor artıq çəki ilə qida qəbulunun normadan artıq olmasının bir çox xəstəliklərin səbəbi olduğunu və vaxtında ifratçılıqdan imtina ediləcəyi təqdirdə, vəziyyətin əməliyyata çatdırılmayacağının mümkün olduğunu hesab edirdi. Onun fikrincə, artıq çəki immunitetlə çalışma qabiliyyətini zəiflədir. Artıq çəkinin yetkin yaşda - maddələr mübadiləsinin zəiflədiyi, fiziki fəallığın isə, bir qayda olaraq, azaldığı dövrdəki zərəri xüsusilə böyükdür.
Professor Uqlovun qaydaları:
- yüksək fiziki və əqli aktivlik;
- əmək və istirahət rejiminə ciddi riayət olunma;
- möhkəmləndirmə (bədənin soyuq su ilə yuyulması);
- sutkada 7-8 saatdan az olmayan yuxu;
- spirtli içkilərlə siqaretdən tam imtina olunma;
- qidada məhdudiyyət.
Professorun qidalanma prinsipləri:
Professor yumurta, yavan ət, balıq, tərəvəz, meyvə, kəsmik və digər süd məhsullarını, həmçinin məhdudiyyətsiz maye qəbulunu sağlam qida hesab edir. Ağ çörəkdən və şirniyyat məmulatlarından tamamilə imtina olunmasını, yalnız qara çörəyin az miqdarda - sutkada 150 qramdan çox olmamaq şərtilə qəbulunu tövsiyə edir. Həmçinin hisdə qurudulmuş və duzlu məhsullardan da imtina edilməlidir. O, qidanın kiçik porsiyalarla - gün ərzində 4 dəfədən artıq olmayaraq qəbulunu müvafiq hesab edir.
Professor Uqlovun pəhrizi:
Özü tərtib etdiyi pəhrizi "Şərq pəhrizi" adlandırırdı. Bu pəhrizə riayət etməklə, çəkini 3-5 kiloqrama qədər azaltmaq mümkündür, həmçinin bu pəhriz orqanizmin təmizlənməsi üçün də son dərəcə əlverişlidir. Sözügedən pəhriz münasib şəkildə tənzimləşdirilmiş, asanlıqla qatlaşılan və kalorilərin hesablanmasını tələb etməyən bir pəhrizdir. Qida qəbulu saatlarının müəyyən olunması daha məntiqli olardı, lakin istənilən qrafikə uyğunlaşdırmaq da olar.
Həkim Uqlovun gündəlik pəhriz rasionu:
9:00 - qara çay və ya 1 çay qaşığı şəkər əlavə olunmuş natural qəhvə.
11:00 - 1 ədəd bişmiş yumurta, 8 ədəd suda isladılmış qara gavalı qurusu.
14:00 - 200 qram yağsız bişmiş ət (toyuq, mal, yavan donuz əti), 100 qram təzə və ya bişmiş kələm, yaxud da kök, 1 ədəd portağal.
17:00 - 30 qram bərk, yağsız pendir, portağal və ya alma.
20:00 - 250 milliqram kefir, qatıq, tərkibində əlavələr olmayan natural yoqurt.
Yemək süfrəsindən tam doymamış, bir qədər ac vəziyyətdə ayrılın. Qida sadə və natural olmalıdır. Yeməkdən sonra nə istirahət edin, nə də yatın. Axırıncı qida qəbulu yatmazdan bir neçə saat əvvəl olmalıdır. Vaxtaşırı heyvan mənşəli məhsullardan imtina etmək də faydalıdır. Daim hərəkətdə olun!

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2561   Tarix: 07 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

hamilelikde qidalanma sac duzumleri geyim və ayaqqabılar şirniyyatların hazırlanması cox yasa prostat gecəliklər kosmetika novruz bayrami sperma dieta zencefil yuxuda qara ilan gormek