30 kilo arıqlayan müğənni buna necə nail oldu?

30 kilo arıqlayan müğənni buna necə nail oldu?Aparıcı, müğənni və bəstəkar Murad Arifin son vaxtlar yenidən arıqlamağı diqqətdən yayınmır.
O, Ailem.az-a açıqlamasında 3 ildə 30 kq arıqladığını deyib. İlk iki ili dietoloq nəzarəti altında artıq çəkidən azad olan Murad, son aylar meditasiya üsulu ilə arıqlayıb: "Boyum 1.73 sm-dir. Üç il əvvəl 115-116 kilo idim. İndi 85-86 kiloyam. Əvvəlcə dietoloq Leyla Zülfüqarovanın sağlam qida rasionu vasitəsilə 20 kilodan çox arıqladım. Son 3-4 ay əvvəl isə OMNIA mərkəzində meditasiya üsulu ilə 10 kq itirdim. Meditasiya üsulunda aparılan meditasiya seansları ilə mədəni kiçiltmək üçün müəyyən nəfəs hərəkətləri edirsən, müəyyən söhbətlərlə psixologiyana təsir edirlər ki, sənin mədən "çox yeyirəm" deyə bilməz. Həmin tövsiyələrə əsasən, mən həqiqətən də qidamı azaltdım və çox çeynədim. Əsas 4 gün dalbadal meditasiya günləri olur. Ondan sonra insan az yeməyə başlayır".
M. Arifin artıq çəkidən azad olmağında idmanın çox böyük rolu olmayıb. İdmanı sevmədiyini etiraf edən aparıcı sadəcə kardio hərəkətlərlə arıqlama prosesini dəstəkləyib. Murad hazırda heç bir qidadan imtina etmədiyini də açıqladı: "Ən vacib məqam budur ki, yediyin qaşıqları sayasan və hər qaşığı da 33 dəfə çeynəyəsən. Normalda loxmanı 2-3 dəfə çeynəyib uduruq. Telefon, televizora baxırıq, başımızı qataraq yeyirik. Əslində bu, düzgün deyil".
Aparıcı artıq çəkisi ilə bağlı heç vaxt kompleks yaşamadığını etiraf edib. Yalnız arzularını həyata keçirmək üçün artıq çəkidən azad olmağa qərar verən Murad həm də bir çox sağlamlıq problemlərindən qurtulub: "Müğənniliyə başlamaq, öz mahnılarımı özüm oxumaq istəyirdim. Amma xarici görünüşüm, güzgüdə gördüyüm Murad Arif məni qane etmirdi. Arıqladıqca kliplərimi rahat çəkməyə başladım. Yavaş-yavaş arzularımı gerçəkləşdirdim. Sağlamlığım baxımından da arıqlamaq mənə yaxşı təsir etdi. Baş ağırlarım, ayaqlarımdakı ağrılar azaldı".
Lakin artıq çəki M. Arifin şəxsi həyatına heç bir təsir etməyib. O, həyat yoldaşı ilə məhz kök olduğu vaxtlarda tanış olub, ailə qurub. Sonradan isə onun arıqlamağında həyat yoldaşının böyük rolu olub: "Artıq çəkidə olmağım və ya arıqlamağım həyat yoldaşımla münasibətlərimdə heç bir şey dəyişmədi. Amma onun mənim arıqlamağımda böyük əziyyəti var. Çünki Leyla xanımın tərtib etdiyi qida rasionuna uyğun olaraq mənim üçün 3-4 cür yemək bişirirdi. Onun sayəsində arıqladım. O, kömək etməsəydi, bu çəki getməzdi. Amma münasibətlərə mənfi və ya müsbət heç bir təsirini göstərmədi".
Murad artıq çəki ilə bağlı qarşılaşdığı maneələrdən də danışdı. Televiziyada aparıcılıq etmək istəsə də, ölçülərinin buna uyğun olmadığını deyiblər. Bu yerdə şans M. Arifin üzünə gülüb. Şansla bərabər o, zəhməti, peşəkarlığı sayəsində hazırda ən yaxşı televiziya aparıcılarından biridir: "İllər əvvəl Space telekanalında "Bazar" verilişini hazırladıq. Verilişin adını da mən qoymuşdum, ssenariləri də mən yazmışdım. İstəyirdim, aparıcısı da mən olum. Amma yaxın buraxmadılar ki, ölçülərin uyğun gəlmir. Dostumuz Tural Əsədov apardı. Sonra İctimai radioda aparıcı idim. Televiziyaya da çıxmaq istəyirdim, qoymurdular. Amma o vaxtkı direktor İsmayıl Ömərov bir qərarı ilə məni televiziyada görmək istədiyini bildirdi. Bununla da mənim televiziya karyeram başladı. Artıq çəki burda da mənə problem yarada bilərdi, əgər bəxtim gətirməsəydi, insanlar mənə inanmasaydı".
Nə qədər qəribə görünsə də, kənardan heç kəs Murada kök olmağını irad bildirməyib. Yalnız ailə üzvləri sağlamlığı naminə onun artıq çəkidən azad olmasını istəyiblər. Nəhayət buna nail olan Murad gələcəkdə bir neçə kilo da arıqlamaq fikrindədir: "Mənim artıq çəkidə olmağım funksionallığıma, zəhmətkeşliyimə mane olmurdu. Yalnız anam, bacılarım məni daha arıq görmək istəyirdilər. O da sağlamlıq baxımından. Çünki artıq çəki ürək, qan damar problemləri yaradır. Amma mənə olan münasibət, sevgi, hörmət heç vaxt çəkimdən asılı olmayıb. Həyat yoldaşım üçün isə heç vaxt fərqi olmayıb mən neçə kiloyam. Bu bir ili hazırkı çəkimi saxlamlıyam. Amma sonra 10 kilo da arıqlamaq istəyirəm. Çünki yeni kliplər çəkdirmək fikrim, yeni ideyalarım var".

Gözəllik və Moda     Baxılıb: 5094   Tarix: 12 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

turlar.az

donlar 2026 geyim dəbləri həkim məsləhəti orucluqda cinsi əlaqə soz ehtiyati artirmaq reyhan kampotu usaq sampunlari kosmetika nagillar novruz hakista baliq burcu kahfe falı oğlan evine aid hakisda