40 yaşına çatmış qadınlar oxusun! 40 yaş krizi

40 yaşına çatmış qadınlar oxusun! 40 yaş kriziQəbul etmək istəsələr də, istəməsələr də 35-45 yaş arasında qadınlar "40 yaş sindromu"nu yaşayırlar.
Bu yaşlarda indiyə qədər etdikləri və edə bilmədiklərini gözdən keçirib peşmanlıq hissi duyurlar.
Xarici görünüşlərindən narahat olmağa başlayırlar. Bəyənilməmə qorxusu yaşayırlar. Görünüşləriylə bağlı dəyişikliklər etmək istəyirlər. Bu istək həyat yoldaşları tərəfindən razılıqla qarşılanarsa bir müddət rahat ola bilirlər.
Qadınların əksəriyyəti 35 və üzəri yaşlarda çətin bir dövr yaşayırlar. Bu dövrdə qadınlar özlərini heç də xoşbəxt hiss etmir. Sağlamlığında baş verən hər hansı problemi çox ciddi qarşılayır. Bir-birinə zidd olan duyğuların yaşandığı bu "40 yaş sindromu"nda əksər qadın bu mərhələni çox çətin keçirir. Əgər bu yaşa qədər qadın öz məqsədlərini gerçəkləşdirməyibsə, istədiyi kimi xoşbəxt bir həyat sürməyibsə, 35-45 yaşları arasında bu krizə yaxalanmaq ehtimalı böyükdür.
Mütəxəssislərin fikrincə 40 yaş həyatın durğunlaşdığı, iş və sosial həyatda bir zəifləmə hiss edilən dövrdür. Lakin keçici bir mərhələ olduğu üçün "40 yaş krizi" adlandırılır. Kişilərə nisbətən qadınlar daha həssas xarakterə sahib olduqları üçün bu dövrdə də olduqca həssas olurlar. Araşdırmaların bir çoxunda göstərilir ki, bu mərhələdə hormonlarda baş verən dəyişikliklər də öz təsirini göstərir. Lakin bu barədə konkret bir fikir söyləmək doğru deyil. Qadın 40 yaşında hələ öz hədəflərinə çatmayıbsa, bunun həyat yoldaşı və ya sevgilisi tərəfindən də bəyənilmədiyini düşünür və bu hiss onu daha çox narahat edir. Həmçinin iş yerində karyera baxımından istədiyi yerdə deyilsə, hələ ailə qurmayıbsa, ana deyilsə, bu sindromu yaşama ehtimalı daha çoxdur.
Bu yaşlarda qadının aldadılması onun üçün gənclik dövrünə nisbətən çox ağırdır. Əgər gənc ikən, "Hələ irəlidə daha gözəl bir həyat var, daha doğru insana rast gələrəm" düşüncəsi ilə yaşayırsa, indi hər şeyin sonu olduğunu düşünür. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər.Övladları olan və xoşbəxt bir ailə həyatı olan bir qadın bu mərhələni rahatlıqla keçirə bilər.
40 yaş sindromunda qadın həyatını gözdən keçirir - arzuları və bu arzulara qarşılıq yaşadığı həyat. Həyata keçirə bilmədikləri şeylər üçün yaşadığı peşmançılıq hissi. yaşayar Həyata keçirmədiyi arzularını bu gün gerçəkləşdirmək istəyər, amma artıq gec olduğunu düşünər, daha gənc olmadığını düşünər və çox istəyindən imtina edər. Bir sözlə, yaşlandığını düşünər. Çəkinin artması, saçların ağarması, tökülməsi, üzdəki qırışlar gözəllik hərisi qadınları məyus edər. Özündən küsər.
Görünüşündən narahat olduğu üçün yaşlanmanı gecikdirən kosmetik vasitələrdən istifadə edər. Plastik əməliyyatlara üstünlük verərlər. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər. Geyimlərinin daha gözəl və yaşlarıdan gənc göstərəcək olmasına diqqət edərlər. Bəzən həyat yoldaşı və uşaqlarından da uzaqlaşmaq, dinamik, əyləncəli bir həyat yaşamaq istəyərlər.
Bu zaman qarşı tərəfin daha anlayışlı olması lazımdır. Qadın paylaşacağı, ona dəyərli olduğunu hiss etdirəcək bir insanla özünü məmnun hiss edə bilər.
Çox zaman qadının özünü yaşlı hiss etməsinə səbəb, elə ən yaxınları olur. Hər şeydə "Bu sənə uyğun deyil , sənin artıq o yaşın deyil"  deyərlər. "Gənc olmasan da ruhən gəncsən" deyərək o qadına kompliment dediyinizi zənn edərsiz, amma əksinə bu sözlərlə "artıq yaşın çoxdur " mesajı verərsiniz.
Hər hansı bir işdə onları önəmsəməyib, gənclərin işinə daha çox qiymət verir və gənclərin həvəsləndirilməyə ehtiyacı olduğunu düşünürsünüzsə, yanılırsınız. Gənclik, elə ilhamlanmaq üçün böyük səbəbdir.
Bir şeyi anlamaq lazımdır. Həyat mərhələlərdən ibarətdir. Uşaq, yeniyetmə, gənc, orta yaş, qoca və ahıl dövrlərini yaşayır, insan.  Hər yaşın özünəməxsus gözəllikləri var. Gənc olmaq hələ hər şey demək deyil. Gənclik çox tez ötüb keçir. Vacib olan faydalı olmaqdır. Faydalı insan, hansı yaşda olur-olsun, faydalıdır.
Qadınlara sözüm isə, yaşa görə üzülməyə dəyməz!
Hiss etdiyiniz yaşdasınız, özünüzü hər yaşda sevin!
Psixoloq Rübabə
fitret.az

Mətbəx     Baxılıb: 2650   Tarix: 25 may 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Bulkada julyen

Tərkibi. 2 ədəd bulka (hamburger bulkası). 5 ədəd göbələk. 1 ədəd toyuq filesi. 100 qr Holland pendiri. 400 ml süd. 4 xörək qaşığı un. 30 qr kərə yağı. duz. istiot. Hazirlama qaydasi. Öncə toyuq filesini xırda kub şəklind

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Mandarin Bulgur Salat Resepti

Mandarin Bulgur Salat Resepti üçün Tərkibi. Salat üçün:. 2 -ci. su şüşəsi. bulgur başı. 4. nömrə. Mandarin. 2 -ci. çay qaşığı. duz. bir. nömrə. yerkökü. 6. nömrə. quru pomidor. bir. bağlamaq. təzə nanə. Sos üçün:. 1 çay fincanı

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

turlar.az

makiyaj etmek qaydalari adlarin menasi donlar 2026 kokteyl paltarlari cəlil məmmədquluzadə erotik geyim badimcan murebbesi kosmetika heyati haxista qiz evi haxista lakonizim pomidor