5 addımda 523 kalori yandırın

5 addımda 523 kalori yandırınGərgin iş qrafiki və ev işləri ilə əlaqədar xanımların çoxu idmana getməyə vaxt tapa bilmir. Lakin ev işləri də sizin idmanınız ola bilər. Nəticədə həm eviniz səliqəli olar, həm də özünüz formada qalarsınız. Əlbəttə, yandırdığınız kalorilər çəkiniz və evinizin böyüklüyündən asılı olaraq dəyişəcək. Amma ekspertlər bu yolla ayda ən az 1 kilo arıqlamağınıza zəmanət verir. Budur, Aile.lent.az 5 addımda 523 kalori yandırmağın bir neçə yolunu təqdim edir.

Döşəməni silin. Beləliklə, 20 dəqiqədə təxminən 157 kalori yandırmış olacaqsınız. Döşəməni silərkən bir qolunuzdan dəstək alıb, digər qolunuzu bükmədən özünüzdən uzaqlaşdırmaq əhəmiyyətlidir. Qolunuzun ən çox uzandığı məqamda digər qolunuzu bükmədən özünüzə çəkin və bədənin yüksəlməsinə icazə verin. Qollar, göbək və qarın əzələləriniz işləyəcək.

Şüşələri silin. Bu, sizə 20 dəqiqədə 77 kalori yandırmağa imkan verəcək. Üstəlik, qol və çiyin əzələləriniz də işləyəcək.

Döşəməni tozsoranlayın. Beləcə, 30 dəqiqədə təxminən 88 kalori yandırarsınız. Döşəməni silərkən etdiyiniz kimi qolunuzu geniş tutaraq, tozsoranı bədəninizdən uzaqlaşdırmağı unutmayın. Qolunuz ən çox uzandığı nöqtəyə çatanda tozsoranı özünüzə çəkib hərəkəti təkrarlayın. Bu formada döşəməni təmizləməklə ayaqlar, göbək və qol əzələlərinizi işlədə bilərsiniz.

Tozları alın. Bu addımda bədəniniz bir az istirahət edəcək. Amma kalori yandırmağa davam edəcəksiniz. Digərlərinə nisbətən asan olsa da, toz alaraq 30 dəqiqədə 83 kalori yandırarsınız.

Ütüləyin. Son zərbəni ütü ilə vurun. İşin bu qismində bir az yorulacaqsınız. Lakin təslim olmayın. 45 dəqiqə paltar ütüləyərək, bədəninizdəki 118 kalori ilə vidalaşacaqsınız. Geyimləri yığacağınız səbəti yerə qoyun. Beləliklə, hər dəfə geyimləri səbətə qoymaq və götürmək sizin əyilib-qalxmanız deməkdir.

1 saat evi tozsoranlamaq təxminən 175 kalori yandırmağınıza imkan verəcək ki, bu da bir boşqab makarona ekvivalentdir. 1 saat ev tozsoranlamaq 20 dəqiqə sürətli yeriməyə bərabərdir.

1 saat toz alsanız, 166 kalori yandırarsınız. Bu kiçik bir şokoladın kalorisinə ekvivalentdir. 20 dəqiqə aerobika edərkən yandırılan kalori ilə eynidir.

Ot biçmək 1 saatda 370 kalori yandırır. Bu, 50 dəqiqə tennis oynamağa ekvivalentdir. Üstəlik, ot biçmək ürək əzələlərini də işlədir.

1 saat duşda qalmaq 256 kalori yandırır. 20 dəqiqə qaçmağa bərabərdir.

1 saat yataq dəstini dəyişdirmək az qala 20 dəqiqə pilates etmiş kimi kalori yandırır. Bununla da 1 biskvit kalorisini yandırarsınız.

Xalçanı yığışdırmaq, təmizləmək və sərmək 1 saatda 360 kalori yandırır. Bu, 70 dəqiqə qolf oynamaqla eynidir.

Qab-qacaq deyib keçməyin, 1 saatı 200 kalori yandırır.

Ev işlərinə başlamazdan əvvəl əhvalınızı yüksəldən mahnı qoyun. Mümkündürsə, səsi yüksək olsun.

Özünüzü rahat hiss edəcəyiniz yumşaq paltarlar geyinməyi unutmayın.

Ev işləri yalnız arıqlatmır, həm də ömrü uzadır. Hollandiyada universitetlərdən birinin apardığı araşdırmaya görə, nizamlı olaraq ev işi ilə məşğul olan qadınların ömrü 3 il uzanır.

Gözəllik və Moda     Baxılıb: 2669   Tarix: 06 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

turlar.az

donlar 2026 geyim dəbləri həkim məsləhəti orucluqda cinsi əlaqə soz ehtiyati artirmaq reyhan kampotu usaq sampunlari kosmetika nagillar novruz hakista baliq burcu kahfe falı oğlan evine aid hakisda