ABŞ-da təəccüblü araşdırma - Su əvəzinə dərman qəbul edirmişik
ABŞ-da su içmə vərdişlərinə dair aparılan bir araşdırma təəccüblü nəticələr ortaya qoyub.
Publika.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, kifayət qədər su içməyən bir çox insan dərman qəbul edərək susuzluqdan qaynaqlanan simptomları aradan qaldırmağa çalışır.
Bədənimizin təxminən üçdə ikisi sudan ibarətdir və kifayət qədər çox su içmək sağlamlıq üçün vacibdir. Bu elmi həqiqət hər kəsə məlum olsa da, əksər insanlar tərəfindən tətbiq olunmur.
Baş ağrısı, başgicəllənmə, yorğunluq susuzluq əlamətləridir
Tədqiqatın ən təəccüblü nəticələrindən biri də bir çox insanın baş ağrısı, yorğunluq və başgicəllənmə kimi susuzluq əlamətlərini içməli su əvəzinə dərmanlarla aradan qaldırmağa çalışmasıdır. Araşdırmada 2 min insanın su içmə vərdişləri izlənilib. Tədqiqat göstərib ki, hər 3 iştirakçıdan 2-si susuzluqdan qaynaqlanan rahatsızlıqlarını aradan qaldırmaq üçün ağrı kəsicilər qəbul etməyə üz tutub.
Tədqiqat əksəriyyətin gündəlik içməli olduqları suyun yarısını belə qəbul etmədiklərini ortaya qoyub. Mütəxəssislər çox az su içməyin bir çox xəstəliyə səbəb olduğunu bildirirlər.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər