Adi çörəkdən allergiya bütün bədəni məhv edir

Adi çörəkdən allergiya bütün bədəni məhv edirÇörək, makaron, un məmulatları... Ən sevidiyiniz bu qidalardan uzaq qalmağınızın səbəbi çölyak adı ilə tanınan seliakiya xəstəliyidir. Bu xəstəlik bağırsaqların qlüten maddəsinə qarşı olan allergiyasıdır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, irsi xəstəlik olan seliakiya vaxtında təyin olunmadıqda uşağın inkişafında müxtəlif pozulmalara səbəb olur - fiziki inkişafın ləngiməsi (çəki və boyun normaya uyğun olmaması), anemiya, sümüklərin kövrək olması və tez-tez qırılması, diş problemləri, cinsi inkişafın ləngiməsi və s.
Çox zaman bu xəstəliyin diaqnozu uşaq vaxtlarında qoyulur. Lakin bəzən diaqnoz vaxtında qoyulmur xəstə uzun illər ərzində müxtəlif xəstəliklərdən uğursuz müalicələr alır (disbakterioz, anemiya və s.) və nəticədə düzgün diaqnoz hətta insanın 30-40 yaşında qoyulur.
Xəstəliyin fəsadları
Seliakiya zamanı insanın orqanizmində qlüten zülalına qarşı dözümsüzlük yaranır. Qlüten arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir.
Xəstənin bağırsaqlarına bu zülalın hətta mikroskopik miqdarı (milliqram) düşdükdə orada iltihab, həzm və sovrulma proseslərinin pozulması yaranır. Nəticədə insanda qəbizliklə növbələşən ishal (həcmli üfunətli nəcis), ürəkbulanması, qusma, qarında köp, ağrılar, iştahanın azalması inkişaf edir. İltihablaşmış bağırsaq orqanizmin sağlamlığı və inkişafı üçün lazım olan maddələri tam şəkildə sovura bilmir və orqanizmdə bir çox vacib maddələrin (dəmir, kalsium, zülallar, yağlar, vitaminlər və s.) çatışmazlığı yaranır.
Məhz bu səbəbdən seliakiya xəstəliyi olan uşaqların fiziki inkişafında geriləmə (az çəki, kiçik boy), anemiya (dəmir elementinin çatışmazlığına görə), diş və sümük problemləri (kalsiumun çatışmazlığına görə), dəridə səpgilər və s. müşahidə olunur.
Adətən seliakiyanın ilk simptomları körpənin qidalanmasına əlavə qidalar (sıyıqlar, suxari, çörək və s.) daxil olunmağa başladıqda üzə çıxır. Bu qidaların qəbulu uşaqda yuxarıda sadaladığımız simptomların (ishal, ürəkbulanması, qusma, köp) əmələ gəlməsinə səbəb olur. Bu qidaları rasiondan çıxardıqda simptomlar da müalicəsiz olaraq yox olur. Seliakiyaya şübhə yarandıqda xəstəyə əlavə müayinələr təyin olunur (xüsusi immunoloji qan analizi, genetik analiz və s.).
Pəhrizlə müalicə
Seliakiya xəstəliyi tam müalicə olunmasa da, xəstə tərkibində qlüten olan qidaları qəbul etmədikdə, xəstəliyin simptomları üzə çıxmır. Beləliklə, seliakiyanın müalicəsinin əsası müəyyən pəhrizdir. Belə pəhrizi xəstə ömrünün sonuna kimi saxlamalıdır.
Hansı qidalar seliakiya xəstəliyi zamanı əks-göstərişdir?
•Buğda unu, buğda nişastası, buğda sıyıqları, buğda çörəyi, kvas, araq (buğda əsasında hazırlanmış) və s.
•Çovdar çörəyi, çovdar yarması, sıyıqlar, kvas və s.
•Arpa yarması, arpa sıyığı, arpa nişastası, pivə və s.
•Yarımfabrikatlar, konservlər, kolbasa-sosis, hazır souslar, tərkibində aromatlaşdırıcı maddələr və rəngvericilər olan məhsullar. Bu məhsulların tərkibində bir çox hallarda qlüten olur.
Bu səbəbdən belə məhsulları yalnız o halda qəbul etmək olar ki, etiketin üzərində qlütenin olmaması haqqında qeyd olunsun ("qluten free", "без глютена" qeydi, üstündən xətt çəkilmiş sümbül). Körpələr üçün olan sıyıqlar, konservlər, şirələrin üzərində də belə qeyd ola bilər. Belə məhsullar məhz seliakiya xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1138   Tarix: 07 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

turlar.az

geyim şəkilləri kosmetik vasiteler geyim dəbləri qışa hazırlıq hipertoniya xəstəliyi qadın dünyası.az terxun kompotu kosmetika aslan vetene aid bayati ana haqqinda bayati tapmaca toy gecesı