Ağ saça və çatma qaşa bu gen səbəb olurmuş
Məşhur rəssam Frida Kalonun çatma qaşlarını yəqin ki, xatırlayırsınız. Nəhayət, bir çox şeirlərimizdə, mahnılarımızda vəsf edilən, bir vaxtlar gözəllik simvolu kimi qəbul olunan çatma qaşın sirri tapılıb.
"Nature Communications" jurnalında yayımlanan araşdırmada bildirilir ki, insanlarda çatma qaşa və erkən yaşda saç ağarmasına eyni gen səbəb olur. Avropa, Amerika və Afrikadan fərqli etnik mənsubiyyətə sahib 6 mindən çox könüllüdən götürülən DNT nümunələri bunu sübut edir.
"IRF4" adlandırılan bu gen dəri, saç ve gözlərdə piqmentləri müəyyənləşdirir.
London Universitetninin alimi Kaustubh Adhikari yeni kəşf edilən gen haqqında bunları deyib:
"Saçların tökülməsinə və saç rənginə təsir edən bir neçə gendən xəbərdar idik. Ancaq saçların bozarıb-ağarmasını və saç telinin qalınlığını müəyyənləşdirən bu geni yeni tapmışıq".
Araşdırmaçılar eyni genin çatma qaşa, üzdəki və qaşlardakı tüklərin qalınlığına da təsir etdiyini bildirir.
Bu araşdırma sayəsində gələcəkdə insanlar saç ağarmasından və arzuolunmaz tüklərdən birdəfəlik xilas ola biləcək./publika.az
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq