Ağır zəhərlənmə yaradan kimyəvi maddələr - Ağıza, dəriyə, gözə düşdükdə nə etmək lazımdır?

Ağır zəhərlənmə yaradan kimyəvi maddələr - Ağıza, dəriyə, gözə düşdükdə nə etmək lazımdır?Ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə pestisislər adlı kimyəvi maddələrdən geniş istifadə olunur. Bu maddələrdən düzgün istifadə etmədikdə ağır zəhərlənmələrə səbəb olur.
Zəhərlənmədən necə qorunmaq olar? Pestisidlərlə zəhərlənmə hansı əlamətlərlə özünü büruzə verir? Zəhərlənmə zamanı hansı tədbirlər görülməlidir?
Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən "Pestisidlərdən istifadə zaman təhlükəsizlik qaydaları" haqqında maarifləndirici materialda bildirilir ki, pestisidlərlə zəhərlənmə zamanı ilkin olaraq baş gicəllənməsi, mədə bulanması, baş ağrıları kimi əlamətlər müşahidə olunur. Pestisidlərin təsirinə məruz qalan zaman zərərçəkən mütləq təmiz havalı yerə aparılmalı, üzərindən fərdi mühafizə vasitələri soyundurulmalı və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılmalıdır.
Qeyd olunub ki, zəhərli maddə ağız vasitəsilə təmas edibsə, bir neçə stəkan ilıq su və ya kalium permanqanatın zəif narıncı məhlulunu və yaxud 2 %-li çay sodası məhlulu içirdilərək, udlağın arxa divarını barmaqla qıcıqlandıraraq zərərçəkmiş qusmağa məcbur edilməlidir.
Qusmadan sonra zərərçəkən 0.5 l - 1l su ilə 5-6 karbolen həbi və ya aktivləşdirilmiş kömür (0.5 stəkan suya bir xörək qaşığı) qəbul etməlidir. Daha sonra işlətmə duzu məhlulu (yarım stəkan suya 20 qr. MgSO4) vermək lazımdır. Bu vasitə ilə həm mədə, həm də bağırsaqlar təmizlənir.
Yuxarı tənəffüs yollarının qıcıqlanması zamanı isə boğaz 2 %-li çay sodasının ilıq məhlulu ilə qarqara edilməlidir.
Pestisid dəri üzərinə düşdüyü zaman onu silmədən pambıq və ya parça ilə ehtiyatla götürüb, yerini sabunlu su və ya 2 %-li çay sodası ilə yumaq məsləhətdir.
Gözə düşdüyü zaman isə ilkin tibbi yardım olaraq göz qapağını açıq saxlamaqla 10-15 dəqiqə müddətində axar su ilə davamlı yumaq lazımdır.
Qeyd olunub ki, xəstəlik və zərərvericilərin məhv edilməsinə qarşı aparılan mübarizənin effektivliyini artırmaq məqsədilə pestisidləri tətbiq edərkən işçilərin təlimatlandırılmasına və qaydalara riayət olunmasına torpaq mülkiyyətçiləri, fermerlər də ciddi nəzarət etməlidirlər.
Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir. Pestisidlərin daşınması, tətbiqi və saxlanması təhlükəsiz qaydada həyata keçirilməlidir. Texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq riayət edildikdə pestisidlər ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə, bitkilərin zərərli orqanizmlərini məhv etməklə itkinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətinin qorunub saxlanmasına səbəb olur.
Pestisidlərin tətbiqi mütləq təlimatına uyğun olaraq həyata keçirilməlidir.
Dərmanlama zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsi şərtdir. Belə ki, pestisidlərlə aparılan mübarizə tədbirləri zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4 m/saniyədən çox olduqda və yağışlı havada dərmanlama işi dayandırılmalıdır.
O da bildirilib ki, zərərli orqanizmlərlə kimyəvi mübarizə tədbirlərinin səhər və axşam saatlarında, həmçinin küləksiz və sakit havada aparılması daha effektiv nəticə verir. Kimyəvi mübarizə zamanı bütün tədbirlər təlimata uyğun aparılmalıdır ki, torpaqda, suda, canlı orqanizmlərdə, ətraf mühitdə və məhsulda pestisid qalığı icazə verilən həddən artıq olmasın. Dərmanlamadan sonra da bir sıra təhlükəsizlik tədbirləri görülməlidir:
"Preparatın tətbiq təlimatına uyğun olaraq göstərilmiş müddətdə dərmanlanmış sahədə hər hansı aqrotexniki tədbirin aparılması, eləcə də 30 gün müddətində ərazidə mal-qaranın otarılması qadağandır. Arı yeşiklərinə yaxın sahələr isə axşam saatlarında bal arıları pətəyə daxil olduqdan sonra dərmanlanmalıdır. Civə tərkibli, fosfor və xlor üzvi birləşməli preparatlarla iş günü 4 saat, qalan pestisidlərlə isə 6 saat müddətində nəzərdə tutulur. 18 yaşına çatmayanların, hamilə və südəmər uşaqlı qadınların pestisidlərlə işləmələrinə icazə verilməməlidir.
Pestisidlərlə işləyərkən qoruyucu geyim və fərdi mühafizə vasitələrindən (xüsusi geyim, rezin əlcək və çəkmə, qoruyucu eynək, respirator və s.) istifadə edilməsi şərtdir. Həmçinin şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Unutmayın ki, yüksək toksikiekoloji təhlükəli preparatlar orqanizmə tənəffüs yolları, dəri, göz və selikli qişa vasitəsilə daxil olur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1732   Tarix: 07 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadın geyimi hamilelikde qidalanma gozel gorunmek pəhriz necə tez arıqlayım aksesuar 2026 yaz geyimleri kosmetika uzeyir hamilelik kökəlmək üçün novruz bayramına aid hakıştalar heyati