Ağız qoxusu bu xəstəliklərdən xəbər verir - Həkim AÇIQLADI
Ağız qoxusu səbəblərindən biri də xroniki xəstəliklərdir.
Milli.Az xəbər verir ki, türkiyəli həkim Vedat Göral bu problemdən danışıb:
"Mədədə olan helikobakter infeksiyası, sinədə yanma və qastrit bunun səbəbi ola bilər. Endoskopiya edilərək bunların olub-olmadığı araşdırılmalıdır. Bu çox zaman səbəbi bilinməyən bir problemdir. Ağız qoxusu bəzən ara-sıra, bəzən isə xroniki ola bilər. Sosial, psixoloji və xəstəlik baxımından insan həyatrında bəzi problemlərə yol aça bilər. Soğan, sarımsaq, ədviyyatlı qidalar, bəzi pendirlər, balıq və asidli içkilər, qəhvə kimi qidalar da bunun səbəblərindəndir. Bundan başqa, siqaret, alkoqol istifadəsi, ağız və diş gigiyenası da qoxuya yol açar. Sinüzit, qaraciyər infeksiyası, sətəlcəm, bronxit, boğaz infeksiyaları, postnazal axıntı, şəkərli diabet, bəzi böyrək və qaraciyər xəstəlikləri də ağız qoxusuna səbəb ola bilər. Adətən gözdən qaçan digər faktorlar mədə xəstəlikləridir.
Hormonal dəyişikliklər, yetərli maye almamaq, yemə vərdişinin dəyişməsi, bulantı və qusma, dişlərdəki çürüklər, dişəti xəstəlikləri, burun tıxanıqlığı olanlarda ağızdan nəfəs almaya bağlı olaraq pis qoxu yarana bilər. Mütləq ağız gigiyenasına diqqət edilməli, dişlər mütəmadi fırçalanmalıdır. Bol su içməli, şəkərsiz saqqız çeynənilməlidir. Darçın, nanə və göyərti istifadəsi olduqca faydalıdır. Ağız qoxusu hansısa bir dərmana bağlıdırsa, mütləq həkimlə məsləhətləşmək lazımdır". /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi