Ağız qoxusu - Səbəbləri və çarələri

Ağız qoxusu - Səbəbləri və çarələriAğız qoxusu dünya əhalisinin hər beş nəfərindən birinin əziyyət çəkdiyi bir problemdir. Bəzi hallarda bu hal o qədər narahatlıq verir ki, belə insanlar əsəb xəstəliyinə belə tutulurlar.
Ağız qoxusu olan zaman nəyə diqqət etməli və bunun səbəbini harda axtarmalı?
Xanim.az Fizulihuseynov.com-a istinadən bildirir ki, ilk növbədə ağız boşluğundan başlamaq lazımdır; çürük dişlər, metal-keramika qapaqlı dişlər və ən çox da belə qapaqların boşalması zamanı ağızdan pis qoxu gələ bilir. Ağız suyunun (tüpürcək istehsalının) azalması da qoxuya səbəb olur. Az miqdarda çiy su içən adamlarda uzun zamandan sonra tüpürcək istehsalı azalır və ağızda bakteriyaların artıb çoxalması üçün yaxşı şərait əmələ gəlir. Deməli, gündə ən azı 2 litr çiy suyun içilməsinin ağız qoxusuna da təsiri var.
İkinci: Ağızda problem olmasa badamcıqlara baxılmalıdır. Bəzən şişmiş badamcıqlar infeksiyalaşır və ağız qoxusuna səbəb olur. Bu zaman adaçayı, evkalipt, palıd qabığı, Teasept çayının dəmləməsi və ya Stomanginol məhlulu ilə qarqara edə bilərsiniz.
Üçüncü: Mədədə qastrit, qida borusunda ezofagit varsa, bu da pis qoxuya səbəb olur. Belə ki, bu zaman mədə girəcəyinin sfinkteri çox vaxt açıq qalır və mədə möhtəviyyatının iyi ağızdan gəlməyə başlayır. Belə hallarda mədədə bakteriyalar, məsələn, helikobakter pilori artıb çoxalır. Bu zaman yeməkdən əvvəl Teastomin çayı, Fitooil Çaytikanı yağı və 20 faizli vərəmum (propolis) məhlulu içilməlidir. 1 aydan sonra isə gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qara zirə yağı içmək yaxşı təsir edir. Müalicə müddəti 1 aydır.
Dördüncü: Ağciyərdən gələn iylər ola bilər, əsasən soğan, sarımsaq, pendir, balıq, köhnəlmiş yeməklər və sairə yeyildikdən sonra ağızdan iy gələ bilir, çünki belə yeməklərin qoxusu ağciyərdən buxarlanır və nəfəs yolu ilə ağızdan iy gələ bilir. Bu hal daha çox yeməklərlə əlaqədar olur və müalicəyə ehtiyac yoxdur.
Ağız qoxusunun qarşısını almaq üçün nə etməli?
Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsəalləm) ağız qoxusu olan adamlara soğan yeməyi məsləhət görmüşdür, normalda soğan yeyəndən sonra ağızdan iy gəlir, amma bu keçicidir. Soğanda çox güclü bakterisid təsirli maddələr olduğundan istər ağız boşluğunda, istərsə də qida yollarındakı problemlərdə çox faydalıdır. Yeməkdən sonra ağıza mixək atmaq və ya cəfəri çeynəmək, cirə, zirə, razyana kimi toxumların istər çayından, istərsə də üyüdülmüş tozundan istifadə etmək olar.
Limon şirəsinin içinə təzə nanə yarpağı atın, blenderdən keçirin və yeməkdən sonra yarım stəkan için, bu, çox faydalıdır. Yeməkdən sonra adi su ilə ağzınızı yaxalamağa vərdiş edin. Bu həm yemək qırıntılarını təmizləyir, qoxunun qarşısını alır, həm də sünnətdir. Yeməkdən əvvəl və sonra alma yemək ağız qoxusunu aparır. Yatmazdan əvvəl heyva yeyin, bu həm sünnətdir, həm də ağızı rayihələndirir. Təzə əməköməci yarpaqlarını çeynəyin, suyunu udun, oduncağını tüpürün, əməköməci həm ağız yaralarını sağaldır, həm də ağız qoxusunu götürür. Gündə 2 stəkan Qafqaz kefiri için, kefir mədədə qıcqırmanı azaldır, xəstəlik törədən bakteriyaları məhv edir. Kefir tapmasanız təzə qatıqdan da istifadə edə bilərsiniz. Alkoqol və siqaret kimi pis vərdişlər də ağızdan pis qoxunun gəlməsinə səbəb olur.

Sağlamlıq     Baxılıb: 2508   Tarix: 31 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

turlar.az

toy gecesi gozel gorunmek sade makiyaj sekilleri byanka qadin dunyasi.az kokteyllər donlar 2026 kosmetika damla novruz hakisdalari veten haqqinda bayatilar laylalar tapmaca