Alimlər COVID-19-dan ölümü proqnozlaşdırmağın bir yolunu açıqladı
ABŞ-dakı "Weill Cornell" Tibb Kollecinin mütəxəssisləri koronavirusa yoluxan xəstələrdə ürəyin sağ hissəsinin zədələnməsinin ölüm riskini artıracağını proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Journal of the American College of Cardiology College"da dərc olunan bir məqalədə bildirilib.
Araşdırmada COVID-19 diaqnozu qoyulmuş 500-dən çox insan iştirak edib. Bütün xəstələrdə ekokardioqrafiya aparılıb. Xəstələrin 35 faizində sağ mədəciyin genişlənməsi, yəni ürək divarının qalınlığını dəyişdirmədən ürək kamerasının həcminin böyüməsi, 15 faizində isə normadan xeyli daralmış mədəcik disfunksiyası müşahidə olunub.
Sağ mədəciyin kontraktiliyasında pozuntu olan xəstələrin infeksiya nəticəsində yaranan ağırlaşmalardan orta hesabla 2,5 dəfə çox ölmə ehtimalı olduğu ortaya çıxıb. Dilatasiya ilə ölüm riski 1,43 dəfə artır.
Diqqətə çatdırmaq lazımdır ki, sağ mədəcik oksigenləşmə üçün qanı insan ciyərlərinə vurur, buna görə də alt tənəffüs sisteminə təsir edən iltihablar ürəyin nasos funksiyasına birbaşa təsir edir. Bu da qan axınında müqaviməti artırır.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR