Alimlər koronavirusu zərərsizləşdirməyin ÜSULUNU TAPDI
ABŞ-ın Pitsburq Universitetinin tədqiqatçıları SARS-CoV-2-ni tamamilə zərərsizləşdirmək üçün təsirli üsul tapıb.
Publika.az xəbər verir ki, bunun üçün koronavirusa bağlana bilən 100 milyard molekul analiz edilib. Araşdırmanın nəticəsi "Cell" jurnalında dərc olunub.
Alimlər antikordan 10 qat kiçik zülal birləşmələri aşkar edib və ondan koronavirusa qarşı Ab8 preparatının hazırlanmasında istifadə edilib. Kiçik ölçüsü hüceyrələrə yayılma qabiliyyətini artırır və bu, COVID-19-a qarşı effektivliyə müsbət təsir göstərir.
Eyni zamanda tənəffüs yolu ilə də tətbiq oluna bilər və insan hüceyrələrinə bağlanmadığı üçün mənfi təsirlər minimuma endirilir. Tədqiqat nəticələrinə görə, minimal dozası belə laboratoriya heyvanlarındakı viral hissəciklərin sayını on qat azaldıb.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar