Alimlərin qocalma prosesi barədə İNANILMAZ KƏŞFİ

Alimlərin qocalma prosesi barədə İNANILMAZ KƏŞFİYeni araşdırmalar insanların fərqli yaşlarda üç mərhələdə yaşlandığını göstərib.
Milli.Az xəbər verir ki, alimlər yaşlanma prosesini dəyişdirəcək inanılmaz kəşf edib. Bununla bağlı araşdırmalar "Nature Medicine" jurnalında dərc edilib.
Tədqiqat aparan həkimlər bu qənaətə gəlib ki, insan bədəni 34, 60 və 78 yaşlarda başlayan üç əsas qocalma mərhələsindən keçir. Bu tədqiqat vacibdir, çünki qocalma ilə bağlı yeni məlumatlar mütəxəssislərə insan orqanizmində yaşla əlaqədar olaraq nəyin dəyişdiyini və yaşla əlaqəli yaranan xəstəliklərlə daha yaxşı mübarizə aparmağın yollarını tapmağa imkan verəcək.
Tədqiqat zamanı həkimlər 18-95 yaş arasındakı dörd mindən çox insanın qan plazmasının tərkibini analiz edib və içərisində olan üç mindən çox zülalı yoxlayıb. Yaşla birlikdə 1300-dən çox zülalın dəyişdiyi məlum olub. Ən əhəmiyyətli problemlər 34, 60 və 78 yaş arası insanlarda müşahidə edilib.
Alimlər bunun hansı səbəblərdən baş verdiyini müəyyənləşdirə bilməyib. Bununla belə tədqiqatların aparılması çox faydalıdır, bu, tibb işçilərinin xəstələrə daxili orqanlarının hansı sürətlə qocaldığını deməyə imkan verəcək. Bundan başqa zülalların öyrənilməsi təsdiq edib ki, qadınlar və kişilərin yaşlanma prosesi müxtəlif gedir.
Bu nəticələr üzərində bir neçə il işləmək lazımdır. Ola bilsin ki, qan analizinin gələcək nəticələri orqanizmin hansı sürətlə qocaldığını deməyə imkan verəcək. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2169   Tarix: 28 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

gozel gorunmek makiyaj etmek qaydalari donlar 2026 qarabasaq kotleti həyat stili cəlil məmmədquluzadə dişlərə qulluq kosmetika haxışda heyati naz mila qz eviyçun hakışta paxlava