Androloqa müraciət etmək üçün 10 əsas səbəb – KİŞİLƏR, MÜTLƏQ OXUYUN

Androloqa müraciət etmək üçün 10 əsas səbəb – KİŞİLƏR, MÜTLƏQ OXUYUNBir çox başqa kişilər kimi, siz də həyatın qarşınıza qoyduğu bütün suallara özbaşına cavablar tapmağa çalışırsız?
Və əlbəttə ki, bu işdə sizin ən etibarlı köməkçiniz internetdir. sağlamlığınızla bağlı problemlər ortaya çıxanda istisna deyil ki, ilk növbədə noutbuku açırsız. Həqiqətən də çox asandır: özündə hər hansı bir əlamətləri aşkar edib, axtarışa "açar" sözləri daxil edən kimi istənilən həyat məsələləri ilə bağlı cavablar alırsan.
Elə dərman preparatlarının əksəriyyətini də ölkəmizdə reseptsiz almaq mümkündür - getdin, aldın və qəbul etdin. Tez, ucuz və rahat. Fikirləşirsiz ki, xəstəliyi aldada bildiniz və ya qismətdən qaçdınız? Çox təəssüf ki, belə özbaşına müalicə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə isə:
1. Xəstəlik xroniki formaya keçə bilər və artıq təxmin etdiyiniz kimi, o, sizi bütün həyatınız boyu tərk etməyəcək.
2. İstər orqanların birində, istər bütövlükdə orqanizmdə ciddi pozuntulara gətirib çıxaran ağırlaşmalar yarana bilər.
3. "Diaqnoza düşməmək" ehtimalı və digər bir xəstəlikdən müalicə olmaq ehtimalı yüksəkdir (siz axı mütəxəssis deyilsiniz!)
4. Dərman preparatlarına qarşı ağır allergik reaksiyalar əmələ gələ bilər.
Ümumiyyətlə, öz kişi sağlamlığınızı riskə atmağa dəyməz. Bu gün biz androloqun əyani qəbuluna düşməyin lazım olduğunu göstərən 10 əsas əlamətdən danışacağıq.
1. Sidik kanalından (uretradan) ifrazatlar.
Uretradan normada sidik və sperma ifraz edilməlidir, yalnız o şərtlə ki, siz özünüz bunu istəyirsiz (və siz gənc yaşda deyilsiz, həmçinin seksual cəhətdən özünüzü uzun müddət saxlamırsız, hansı ki, özü-özlüyündə yaxşı bir hal deyil). Əlbəttə ki, uretra və prostat vəzinin fizioloji ifrazatları vardır, lakin bu axıntılar normalarına görə elə az miqdardadırlar ki, onları heç görməyə də bilərsiz. Əgər sizdə uretradan ifrazatlar varsa, bu o demək deyil ki, mütləq cinsi infeksiya ilə yoluxma baş verib. Bunlar soyuqlamadan sonra sidik kanalı və prostat vəzidə özünü büruzə verən iltihabdan da ola bilər. Həmçinin, digər orqanlarda hər hansı bir xəstəliyin ağırlaşması ola bilər. Hər halda, siz qeyri-adi bir şey görsəniz və ya hiss etsəniz, o zaman mütləq mütəxəssisin qəbuluna düşün.
2. Uretrada kəskin ağrılar, qıcıqlanma və qaşınma.
Sidik kanalında vaxtaşırı sağlam insan da müxtəlif hisslər keçirə bilər, bu isə aktiv cinsi həyatın davamlılığı, qoruyucu və lubrikantların, ədviyyaların istifadəsi ilə də bağlı ola bilər. Lakin bu, müntəzəm şəkildə baş verirsə və əlamətlərin güclənməsi ilə müşahidə olunursa, o zaman vaxtı uzatmaq olmaz - artıq həkimə müraciət etməyiniz lazımdır.
3. Aralıq nahiyəsində, xayalarda, anusun ətrafında, belin aşağı nahiyəsində olan ağrılar.
Bax bu artıq onun əlamətidir ki, sizdə problemlər var (əlbəttə ki, dünən sən at çapıb, qaydasız döyüşdə və küçə davasında iştirak etməmisənsə).
4. Sidik ifrazının pozulması.
Sidik axını zəifləyibsə, bu ciddi simptomdur. Siz daimi olaraq rahatlaşıb boşalmaq istəyirsizsə və ya əksinə, unitaz qarşısında uzun müddət dayanaraq düşüncələrə qapılırsızsa? Siz gəlin bir həkimə gedin. Bu əlamətlər ciddi xəstəliklərin əlamətləri ola bilər.
5. Sidik və ya spermada rəng dəyişikliyi və ya hər hansı qatqıların əmələ gəlməsi (çirk, qan).
Bu, niyə baş verir? Yalnız mütəxəssis bundan baş çıxarda bilər.
6. Xarici cinsiyyət orqanlarının üzərində (ləkələrin, eroziyanın, yara-xoraların) və ya törəmələrin ("şişlərin") əmələ gəlməsi.
Bunlar çirkdən və ya istidən deyil. Çox güman ki, siz hansısa xəstəliyə yoluxmusuz.
7. Libidonun (istəyin, ehtirasın) azalması və ya tamamilə olmaması
Əgər siz libidonun artırılması yollarına aid olan məqaləni artıq oxumusuzsa və yenə sizə heç bir şey kömək etmirsə, istisna deyil ki, sizin orqanizmində problem var - müalicə olmaq lazım olacaqdır.
8. Ereksiyanın zəifləməsi (cinsi zəiflik).
Ola bilsin ki, siz yorulmusuz, yaxşı yuxu almamısız və ya stress keçirmisiz. Lakin problem daha da dərin ola bilər, o hormonal funksiyanın pozulması, damarların, daxili orqanların və ya sidik-tənasül sisteminin xəstəlikləri ilə əlaqədar ola bilər.
9. Asteno-vegetativ sindrom
Halsızlıq, yüksək yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi, əsəbilik, dəyişkən əhval-ruhiyyə, yuxu pozuntusu, tərləmə, nəbzin sürətlənməsi və s. Belə sindroma adətən xroniki prostatitdən əziyyət çəkən kişilərdə rast gəlinir.
10. Sizi həyəcanlandıran istənilən simptomlar və suallar
Cinsiyyət orqanlarının sizi qane etməyən ölçüləri və ya rəngi, qadınlarla tanış olmamaq bacarığı, valideynlər tərəfindən təzyiq, seksual pozalardan qeyri-məmnunluq və s. Mən, 15 ildir ki müxtəlif androloji xəstəliklərdən əziyyət çəkən və hərdən qeyri-adi olan şikayətlərlə də gələn xəstələri qəbul edirəm. Yəni bu məqalədə yazılan səbəblər daha çox rast gəlinəndi, amma başqa səbəblər də ola bilər.
Buna görə də əgər sizdə hər hansı problemlər və ya suallar varsa, o zaman ən yaxşısı androloqa müraciət etməkdir. Özünə hörmət etmək, sağlamlığa isə dəyər vermək lazımdır. Uğurlar!
Dr. Orxan Ağabəyov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1130   Tarix: 30 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamilelikde qidalanma gözəllik məhsulları qaşların formalari səfər duası masaj edirem 2026 ci ilin debi donlar yay ucun kosmetika banan novruz hakısdası veten haqqinda bayatilar prostat zencefil