"Antibiotiklərin istifadəsi koronavirusa təsir etmir, əksinə, immuniteti zəiflədir"
"COVID-19 diaqnozu təsdiq olunmuş pasiyenti həkim müalicə etməlidir".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 " mövzusunda çıxışında deyib.
O bildirib ki, burada təcrübə çox önəmlidir:
"Xəstələrin əksəriyyəti evdə müalicə olunur. Bu xəstələrin çoxunda yuxarı tənəffüs orqanlarının zədələnmə halları var. Əksəriyyətində ağciyər zədələnməsi yoxdur. Bu halda simptomatik dərmanlar istifadə edirlər. Ağır dərmanlara ehtiyac yoxdur. Fəsadlaşmamış pnevmoniya olduğu halda belə ağır dərmana ehtiyac yoxdur. Antibiotiklərin istifadəsi xəstəliyə təsir etmir, əksinə, immuniteti zəiflədərək xəstəliyin kəskin dövrünə pis təsir edir. Bəzən xəstəxanaya çatdırılan xəstə əvvəl o qədər antibiotik içmiş olur ki, həkimlər çətin vəziyyətdə qalır. Antibiotiklərə xüsusi göstəriş olmalıdır. Oksigen dəstəyi tələb olunmayan şəxslərə hormonların verilməsi immun sistemini zəiflədərək xəstəliyi ağırlaşdırır. Bu, yalnız xəstəxanaya yatan xəstələr üçündür. Evdə müalicə zaman qan durulducuların istifadəsi də böyük qüsurlardan biridir. Həmin şəxslərdə kiçik xora varsa, bu, qanaxmaya yol aça bilər. Bütün hallara mütəxəssis qərar verməli, o da kifayət qədər səriştəli olmalıdır. Hər bir resept bir xəstəyə aid olur. Bu, digər xəstə üçün yararlı ola bilməz".
Onun sözlərinə görə, pandemiya hələ davam edir: "Hələ də vaksinasiya hədəflərinə çatmamışıq. Virus mutasiya edərək daha yoluxucu hala gəlib. Havanın soyuması, digər respirator virusların yayılması koronavirusa daha çox şərait yaradır. Bu halda daha çox diqqətli olmalıyıq. Hər bir vətəndaş öz məsuliyyətini dərk edərsə, biz infeksiyaya qalib gələ bilərik. Əks halda yenidən yoluxma halları arta və işimizə xələl gətirə bilər".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi