Apreldə vəziyyət necə dəyişəcək? - Tanınmış həkim açıqladı
"Yoluxma sayı belə davam edərsə, aprel ayında rəqəmlərin artacağını təxmin edirəm. Hazırda xəstəxanalarda vəziyyət ilk iki dalğada olduğu kimi olmasa da, dalğa öncəsi mərhələdə olduğumuz dəqiqdir".
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Cərrahpaşa Universitetinin baş həkimi, professor Zekayi Kutlubay deyib. Həkim bildirib ki, mart ayından bəri xəstə sayında artım müşahidə olunur:
"Odur ki, bu yüksəlişin davam edəcəyi düşüncəsi narahatlığa səbəb olur. Yoluxma sayı ilə əlaqədar paralel olaraq xəstəxanaya müraciət edənlərin də sayı artmağa başlayıb. Yaxşı tərəfi odur ki, reanimasiyada COVID-19 xəstələri artmayıb. Gündəlik xəstə sayı və palataya yerləşdirilən xəstə sayı artmağa başlayarsa, reanimasiyaya ehtiyacı olanların sayı da yüksələcək. Qarşıdakı günlərdə belə bir təhlükə proqnozlaşdırılır".
Zekayi Kutlubayın sözlərinə görə, vəziyyət gərginləşərsə, karantin tədbirləri yenidən sərtləşdirilə bilər:
"Gündəlik yoluxma tendensiyası bu şəkildə davam edərsə, məhdudlaşdırıcı tədbirlər yay mövsümündə də davam edə bilər. Odur ki, bu versiyaya da hazırlıqlı olmalıyıq".
Aytən Məftun









Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto