Astroloji proqnoz - 2 yanvar

Astroloji proqnoz - 2 yanvarQoç - Ürəyinizə pis şeylər damacaq. Təəssüf ki, onlar tam əsassız deyil. Bu gün çoxlu çətinliklər gözlənilir. Hər şeyin öhdəsindən gəlmək olar. Lakin problemləri bir-birinin ardınca fasiləsiz həll etmək çox yorucudur. Üstəlik, bel bağlayası heç kimininiz yoxdur. Yalnız öz gücünüzə arxalanmalısınız.

Buğa - Bu gün bütün sahələrdə özünüzü təkmilləşdirmək üçün əlverişlidir. İmicinizlə bağlı eksperimentlər edin, xarici dil öyrənin, xarakterinizin tərəflərini üzə çıxarın və s. Ulduzlar həyatına yenilik gətirmək istəyənləri dəstəkləyəcək.

Əkizlər - Vacib işləri bu günə planlaşdırmağa dəyməz. Mənfi tendensiyaların təsiri güclüdür və bu, uğursuzluğa səbəb ola bilər. Çətin vəziyyətdən qalib kimi, yalnız çətinliklərdən qorxmayan və açılmayan qapını dəfələrlə döyməyə hazır olan adamlar çıxa biləcəklər. İstənilən məqsədə çatmaq üçün böyük enerji sərfi tələb olunur. Yalnız həyat potensialının yüksək olması sayəsində səhhətlə bağlı problemlərdən yayınmaq mümkündür.

Xərçəng - Pul xərcləməyin. Bu gün cibinizdəki pullarla çox asanlıqla ayrılacaq, lakin bir neçə gündən sonra sadəlövhlüyünüzə görə təəssüflənəcəksiniz. Əgər bu günə səfər təyin etmisinizsə, təşkilati məsələlər üçün vaxtınıza heyfiniz gəlməsin. Natamam hazırlıq ciddi problemlərə səbəb ola bilər.

Şir - Səbrinizi toplayın. Əlverişli mərhələ yaxındır. Lakin təəssüf ki, o, bu gün başlamayacaq. Hələlik isə maneələri aşmalı, bədxahlarınızla mübarizə aparmalı olacaqsınız. İşdə həmkarlarınızla fikir ayrılıqları döyüş ruhunuzu bir qədər azaldacaq. Belə bir "dəstək qrupu" ilə nəyəsə nail olmağın mümkünlüyündən şübhələnməyə başlayacaqsınız.

Qız - Ulduzlar hələ də sizin tərəfinizdədirlər. Dünən çatdıra bilmədiyiniz işləri bu gün müvəffəqiyyətlə başa vura biləsirinz. Bundan başqa, gün işgüzar təmaslar, əməkdaşlığın müzakirəsi üçün münasibdir. Siz hər şeydə haqlı olduğunuza istənilən həmsöhbətinizi inandırmağa qadirsiniz. Hətta ən inadcıl opponent də bu gün fikrinizi dinləyəcək.

Tərəzi - Gün çoxsaylı çətinlik və sınaqlar gətirəcək. Gününüz çətin keçəcək. Sevindirici bircə şey var - yanınızda bel bağlanası adamlar yox deyil. Yaxınlarınızla qarşılıqlı anlaşma qaydasında olacaq, həmkarlarınız köməklik göstərməkdən imtina etməyəcək, hətta təsadüfi tanışlarınız da imkan düşdükcə sizi dəstəkləyəcəklər.

Əqrəb - Ətrafdakılara diqqətlə nəzər yetirmək lazımdır. Bu gün düzgün müttəfiqlərdən yararlanmaqla böyük uğurlar əldə etmək olar. Lakin planlarınızı yalnız etimadınızı qazanan insanlarla bölüşün. Çünki başqalarının ideyalarını özününküləşdirməyə hazır olan adamların sayı olduqca çoxdur.

Oxatan - Səfərlər uğursuzluq vəd edir. İşgüzar görüşlər də ümidlərinizi doğrultmayacaq. Maliyyə mənzərəsi kədərlidir. Başa düşəcəksiniz ki, son vaxtlar imkanlarınızı, olduğundan yüksək qiymətləndirmisiniz. İş yerini dəyişmək və ya uzunmuddətli müqavilələr imzalamaq üçün əlverişsiz gündür.

Oğlaq - Güc toplamaq və bütün sahələri nizama salmaq üçün münasib olan sakit gündür. Bu gün sizdən nə iş hünəri, nə də məsuliyyətli qərarlar gözlənir. Ona görə də cari işləri sakitliklə görmək və gələcək barədə düşünmək olar. "Lazımlı" adamlarla görüşlər, istənilən ilkin razılaşmalar üçün pis gün deyil.

Dolça - Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul üstündə mübahisələr istisna olunmur. Bu məsələdə bir qədər güzəştə getmək pis olmaz.

Balıqlar - Siz bu çətin gündə qarşısına qoyduğu məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu bir vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin bununla özünüzə düşmən qazanmaq riskinə gedirsiniz.

Maraqlı     Baxılıb: 2642   Tarix: 02 yanvar 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

turlar.az

gozel gorunmek adlarin menasi toy makiyajlari qonaq otagi dizayni 2026 biliye aid atalar sozleri payiz haqqinda insa spiral kokeldirmi kosmetika gozde olar novruz bayramina aid novruz bayramına aid burclerin uygunlugu intim