Aterosklerozun xalq təbabətində müalicəsi

Aterosklerozun xalq təbabətində müalicəsiAteroskleroz nədir?

aterosklerozun-xalq-tebabetinde-mualicesi

Müasir müalicə metodlarının və dərmanların sürətli inkişafına baxmayaraq, xalq reseptləri öz təsir gücünü hələ də itirməyib. Çünki hər hansı bir xəstəliyin müalicəsində əsrlər boyu qazanılan təcrübə əvəzolunmaz və təsirli olub.

Ateroskleroz nədir?

Ateroskleroz qan damarlarının xroniki xəstəliyidir. Bu xəstəliyin əsas xüsusiyyəti "pis" xolesterinin daxili divarlarda yığılması və divarların daha da qalınlaşması və elastikliyini itirməsidir. Damarlar yağ və kirəcləşmədən qalınlaşır, elastikliyini itirir, sıxılır və bunun nəticəsində orqanlarda qan çatışmazlığı yaradır, nəticədə damar tutulur. Qanın laxtalanması ilə müşayiət olunduqda tromboza meyillilik və orqanlarda işemik zədələnmə yaranır. Ateroskleroz ölümlə nəticələnənən təhlükəli xəstəliklərdən biri sayılır.

Ateroskleroz əksər hallarda ürəyin, beynin, ayaqların qan dövranında problem yarananda üzə çıxır. Yəni son mərhələdə ateroskleroz diaqnozu qoyulur. Ateroskleroz ürək-damar xəstəliklərinin inkişafının əsas səbəblərindən biridir: ürəyin işemik xəstəliyin və miyokard infarktının. Aterosklerozun yaranmasının səbəbləri: 40 yaşdan yuxarı yaş həddi, hipertoniya xəstəliyi, siqaretçəkmə, şəkərlidiabet, artıq çəki, qanda "pis" yağların yüksək göstəricisi, irsi meyllilik, xolesterinlə zəngin qidaların istifadəsi...

Necə edək ki, ateroskleroz inkişaf etməsin?

Aktiv həyat tərzi (təmiz havada gəzmək, idman etmək).
Gərginliyin yaşandığı məsələlərdə mümkün qədər sakit olmağa çalışın.
Balanslı pəhriz (qəbul etdiyiniz qidalara diqqət etmək).

Xalq təbabətində müalicəsi:

- Terapevtik və profilaktik vasitə kimi zeytun yağından istifadə edilə bilər. Bunun üçün gündə 3 dəfə 5 ml zeytun yağı içilməlidir.

- Aterosklerozla mübarizənin ən təsirli vasitələrindən biri aşağıdakı reseptdir: bərabər miqdarda götürülmüş təzə sıxılmış limon suyu, istənilən bitki yağı və təbii bal lazımdır.

- Yağla balı bir az fərqli şəkildə də istifadə etmək olar. Səhər tezdən 5ml günəbaxan yağı (az miqdarda su ilə içilir), gecə isə 5 qram bal içilir.

- Qabığı soyulmuş bir diş sarımsaq və 1 ədəd kiçik limonu qabığı ilə birlikdə rəndələyin. Yaxşıca qarışdırın və üzərinə 500 ml su əlavə edin. Ağzını bağlayıb təqribən 4 gün gözləyin.

- Bəzi hallarda ateroskleroz baş ağrısı ilə müşayiət olunur. Ondan qurtulmaq üçün aşağıdakı vasitəni sınaya bilərsiniz. 20 ml şüyüd toxumunu 250 ml su ilə qaynadın və dəmlənməsi üçün gözləyin. Gündə 4 dəfə 20 ml içmək olar.

- Baş gicəllənmə, qulaqlarda kənar səslər üçün adi melissa kömək edəcək. Onu ayrıca dəmləyə və ya içdiyiniz çaya da əlavə edə bilərsiniz.

Sağlamlıq     Baxılıb: 2077   Tarix: 11 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

qis geyimləri 2026 yemek reseptleri toy gecesi kakos yagi hamiləlik təqvimi elaci gavalinin faydasi kosmetika qız bürcü haxisdalar qizliq perdesi qaynana hakista kurtlar vadisi