Avropanı gözləyən koronavirus TƏHLÜKƏSİ
Avropa səlahiyyətlilərinin sözlərinə görə, 2022-ci ilə qədər Avropa Birliyi (AB) əhalisinin yalnız bir hissəsi koronavirus peyvəndi ala bilər.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Dərman çatışmazlığı potensial peyvəndlərin təsirli ola bilməməsi və ya kifayət qədər istehsal edilə bilməməsi ilə əlaqədardır.
Ümumilikdə, Avropa COVID-19-a qarşı bir milyarddan çox dozada potensial koronavirus peyvəndi rezerv edib. "AstraZeneca", "Sanofi" və "Johnson & Johnson" kimi şirkətlər onları inkişaf etdirir.
AB nümayəndəsi agentliyə bildirib ki, "CureVac", "Moderna" və "Pfizer" ilə danışıqlar aparılır. Agentlik vurğulayıb ki, AB Komissiyası əvvəllər peyvənd tətbiqinin başlanğıc mərhələsində məhdud olacağını bildirsə də, bu mərhələnin nə qədər davam edəcəyini açıqlamayıb.
Bundan əvvəl, Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə ilə əlaqədar fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan Avropa hökumətlərinin koronavirusla mübarizədə çox geridə qaldıqlarını, qitənin xəstəliyin mərkəzinə çevrildiyini söyləmişdi. Beynəlxalq təşkilatın nümayəndəsi Avropanın virusu məğlub etməsi üçün daha əhatəli tədbirlərin aparmasının vacibliyini qeyd edib.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir