Ayaq dırnaqlarının ev şəraitində qulluğu

Ayaq dırnaqlarının ev şəraitində qulluğuAyaq dırnaqlarının ev şəraitində qulluğu

Bir çox qadınlar gigiyenik baxımından gözəllik salonlarında pedikur etməyə çəkinirlər.

Bu movzuda biz qadınların ev şəraitində pedikur etməyi izah edəcəyik.

Baxımlı olmaq hər bir qadın üçün çox vacibdir.

Kişilərin baxımlı qadını seçmək üçün ayaqlara diqqət yetirdikləri danılmaz bir faktordur.

Buyurub bu əməllərə diqqət edin.

Əvvəlcə nə etmək lazımdır o haqda

Pediküru ayaq üçün vanna düzəltməkdən başlamaq lazımdır – bu tək pedikürə hazırlıq deyil, həm də stressdən çıxmaq üçün əla vasitədir. Sonra ayaqları dəsmalla qurudub kutikul yumuşaldan və aradan götürən vasitəndən istifadə etmək lazımdır. Burada vasitənin tərkibinə diqqət yetirmək lazımdır; meyvə turşulu vasitələrini seçmək lazımdır. Qələvi vasitələrdən uzaq durun, çünkü onlan dərinı kobudlaşdırır.

Pedikür üçün yaxşı polipropilendən hazırlanmış pilka lazımdır. Dabanları çox sürtmək lazım deyil. Çox sürtəndə gəzərkən inciyəcək və dəridə ağrı daha tez və çox artacaq. Pilkanı dabandakı naxışın xətləri üzrə sürtmək lazımdır. Bu naxış əllərdə kimi hamıda unikaldır. Süngər daşından istifadə etməyin. O, yumşaq olduğuna görə dəridə qaraquşun (dırnaq mayası) əmələ gəlməsinə səbəb olur, çünkü dərini qopardır.

Dırnaqları kəsəndə dırnaqa dördbucaq forma verərək mütləq düz xətti ilə kəsin. Yan xəttlərlə ehtiyatlı olun, olar bir birinə paralel olmalıdır. Əyri kəsmək və pilkalamaq dırnaqların dəriyə batmağa səbəb olar.

Sistematik olaraq, ayaq üçün maska və skrablardan istifadə edin. Şəkər kristallı və ya dəniz duzlu skrabları seçin.

Gündəlik istifadə üçün dərinin xüsusiyyətindən asılı olaraq, ayaq kremlərdən istifadə edin: dərinin qabarmasına, dərinin qurumasına və xoşagəlməz qoxuya qarşı. Təbii yağlara üstünlük verirsinizsə, onda vaxtaşırı yağ növünü dəyişmək lazımdır, çünki bədən həmin yağa vərdiş edir və yağın müalicəvi effekti itir. Yeri gəlmişkən, gecə ayaqlara yağ sürtəndə mütləq isti corab geyinmək lazımdır – effekt daha güclü olur.

Yayda dənizə gedəndə dəri kobudlaşmasın deyə nəmləndirici və ya dərinin artmasına qarşı krem etmək lazımdır.

Yaz fəslində rəngli yox, müalicəvi lak vurmaq lazımdır.

Bəs nə etmək olmaz

Kobudlaşmış dərini bir dəfəyə aradan götürməyin, çalışın tədricən bir neçə dəfəyə bunu edəsiz.

Heç vaxt dırnağı dibindən və künclərini kəsməyin (buna görə dırnaqlar əyri olur).

Ayaq dırnaqları çox uzun etmək lazım deyil. Ayaqqabı geyən zaman dırnaq təziq altında qalır və əyriləşir. Dırnaqları çalışın həmişə eyni uzunluqda saxlayasınız.

Dırnaqları uzun müddətə laklı qoymayın. Lakı hər 3 həftədən yeniləşdirmək tövsiyyə olunur.

Gözəllik və Moda     Baxılıb: 8676   Tarix: 05 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

gözəllik məhsulları geyim necə seçməli hamilelikde qidalanma oxsamalar əkizlər bürcü bizim məşhurlar yay donlari 2026 kosmetika sevgi kurtlar vadisi sirin qogal yumurta bayati