Ayaqlarda yaranan göbələyin səbəbi və çarəsi haqqında
Göbələk problemi ilə üzləşmək istəmirsinizsə, keyfiyyətli ayaqqabılar geyinməlisiniz. Ucuz qiymətə alınan, süni dəridən hazırlanan, su keçirən, hava keçirməyən ayaqqabılar göbələyin ən böyük səbəblərindən biridir. Göbələk başqasından keçə bilər. Ona görə də heç kimin ayaqqabısını geyinməyin.
Göbələk xəstəlikləri sağlam olmayan dəridə müşahidə olunur. Ayaqlar gün boyu ayaqqabının içində qaldığı üçün buradakı isti və nəm göbələklərin yaranması üçün münbit şərait yaradır.
Apteklərdə satılan bir sıra dərmanlar və mazlardan uzun müddətli istifadə nəticəsində bu problemdən xilas olmaq olar. Ancaq siz daha təbii üsullara üstünlük verirsinizsə, aşağıdakıları mütləq oxuyun.
Ayaqlardakı göbələkdən xilas olmaq üçün sarımsaq müalicəsini tövsiyə edən Maranki təqdim etdiyi sarımsaq dərmanından davamlı olaraq istifadə etdikdə qısa müddət ərzində ayaq göbələyinin yox olduğunu bildirir.
Bunun üçün 7-8 diş sarımsağı bir az duz ilə qarışdırıb yaxşıca əzmək lazımdır. Sarımsağı döydükdən sonra kiçik bir qabın içərisinə tökün. Üzərinə 2-3 damcı spirt əlavə edin. Bu qarışığı bağlı şüşə qabda üç-dörd saat gözlədin. Arada bir qabı çalxalayaraq məlhəmin tərkibinin daha tez qarışmasına nail ola bilərsiniz. Daha sonra həmin məlhəmin suyunu süzün.
Hər gecə yatmazdan əvvəl ayaqlarınızı ilıq su və sabunla yuyun. Daha sonra problemli bölgədəki ölü dəriləri təmizləyin. Sarımsaq və duzdan əldə etdiyiniz suyu pambığöa batıraraq həmin bölgənin üzərinə qoyun. Göbələk daha çox barmaq aralarında meydana gəldiyi üçün pambığı qoyduqdan sonra əlavə olaraq bintlə bağlamağa ehtiyac yoxdur.
Üç saat sonra bu pambıqları çıxarılıb ayaqlar yenə ilıq su və sabunla yuyulmalıdır. Bu proseduranı 15 gün tətbiq etmək lazımdır.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq