Azərbaycanlı həkimdən koronavirusdan qorunmaq üçün VACİB MƏSLƏHƏT

Azərbaycanlı həkimdən koronavirusdan qorunmaq üçün VACİB MƏSLƏHƏTAnestezioloq-reanimatoloq Şahin Məmmədov koronavirusa qarşı immun sistemini gücləndirməyin yollarından bəhs edib.
Publika.az xəbər verir ki, mütəxəssis kalsium xloridin periferik venadan vurulmasının müasir tibdə qadağan olduğunu deyib.
"1. Qızdırma uşaqlar üçün 38, böyüklər üçün 38,3 dərəcədən sonra başlayır. Kimdəsə 37.8 dərəcə temperatur varsa, "dərhal karantinə alınmalısan" deməyin. Ya da "mənim qızdırmam var" deyərək, Həkimə qaçmayın.
2. Buruna perekis tökmək mənasızdır. Perekis su və oksigendən ibarətdir. Oksigen anaerob bakteriyaları öldürmək üçündür, virusa qarşı heç nə edə bilməz.
3. Özünüzə CaCl2, ya da qlukonat vurmazdan əvvəl bilməlisiniz ki, kalsium xloridin periferik venadan vurulması müasir tibdə qadağandır. Yalnız kalsium qlukonat olar, o da lazımdırsa. Qanınızda kalsium azdırsa, immun zəiflik yarana bilər. Amma kalsium normaldırsa, əlavə kalsium vurmaq immun sistemini gücləndirməyəcək. Bu, sadəcə böyrəkdə duz və ya daş əmələ gətirəcək. Hiperkalsemiya beyin də daxil olmaqla, digər orqanlarda ektopik kalsinatlar yaradacaq. Qanınızda Ca ionunu yoxlatdıra bilər, ya da 2 sadə test ilə evdə özünüz yoxalaya bilərsiniz.
4. Həmçinin vitamin C bədəndə çatmırsa, immun sistem zəifləyə bilər. Amma vitamin C-ni artıq dozada vurmaqla immun sistem güclənməz.
5. Sistem qoşmaq, xüsusən onun içərisinə deksametazon vurmaq kimi adət-ənənəni pozmaq lazımdır. Çünki deksametazon immun sistemini daha da zəiflədir, bunu etməklə virusa kömək etmiş olursunuz. İmmun sistemini gücləndirməyin yollari barədə 2 məsləhətim olacaq. Amma ilk növbədə onu zəiflətməyin qarşısını almaq haqqında yazım.
Stress - kortizol hormonu ifrazını artırır.
Yuxusuzluq - Cirkadian ritmin pozulmasına, hormonal disbalansa gətirib çıxarır.
Həddən artıq ağır fiziki iş, enerji ehtiyatını azaltmağa, stress hormonlarının qanda yüksəlməsinə səbəb olur. Ağır fiziki işi idmanla eynu tutmayın. İdman requlyardır, onun öz proqramı olur, idmançılar kortizol hormonunun çıxmaması üçün bəzi xüsusi qaydalara riayət edirlər. Ağır fiziki iş isə nizamsız və qeyri-requlyar olduğu üçün dağıdıcı kortizol hormonunu artırır.
Siqaret – vitamin C çatışmazlığı yaradır. Həmçinin sizi qoruyan yuxarı tənəffüs yollarının kirpikli epitelində kirpiklərin hərəkətini bloka salır.
Spirtli içki - ayıq olmadığınıza görə, virusa qarşı qorunmaq qaydalarını unudacaqsınız. Hamıyla əllə görüşəcəksiniz, hətta qucaqlaşıb öpüşəcəksiniz, koronavirusa qarşı qorxu itəcək, heç nədən ehtiyat etməyəcəksiniz. Bu, psixi tərəfi idi. Patoloji fiziologiyaya təsiri odur ki, alkoqol bədəndə susuzluq yaradacaq. Sidikqovucu olduğu üçün suda həll olan vitamin və mineralları da sidiklə bədəndən qovacaq. Həmçinin qanda qlükozanı salacaq. İmmun hüceyrələrimiz qanda yeməyə qlükoza tapmayacaq.
Qaraciyəriniz sizə lazımi zülal istehsal etmək əvəzinə bədənə daxil etdiyiniz zəhəri təmizləməklə məşğul olmağa məcbur qalacaq. Bu şəraitdə immun sistemi düzgün işləyə bilməz.
İdman və saunanı məsləhət görürəm. İdman zamanı bədən temperaturu yüksəklir, orqanlarınız elə bilir ki, bədənə infeksiya düşdüyü üçün temperatur qalxıb. Təcili olaraq immun sistem səfərbər edilir. Requlyar olaraq idmanla məşğul olan insanların qanında leykositlərin miqdarının yüksək olması bu mexanizmlə izah edilir. Sauna da həmçinin bu mexanizmlə immun hüceyrələrini artırır".
Həkim onu da qeyd edib ki, koronavirusundan qorunmağın digər qaydalarından biri də əlləri üzə maksimum toxundurmamaqdır: "Bu sadəcə adi gigiyenik qaydadır. Əl ilə üzə toxunmaq virusa yoluxmamaq üçün etdiyiniz bütün tədbirləri məhv edir. Amma demək olar ki bütün insanlarda vərdiş var. Mütləq gündə 50-60 dəfə üzümüzə toxunuruq. Özümüzdən asılı olmadan. Bəzi insanlarda isə xüsusi tiklər var, məsələn lazımsız yerə danışdıqca qaşına, toxunur, gözünü sanki silir, bəziləri isə yanağını qaşıyır, ya dırnağını yeyir və s.
Nəyə görə və üzün hansı nahiyəsinə toxunursuzsa, əvvəlcə bunu müəyyənləşdirin. Toxunmağa məcbursuzsa, üzə kağız salfet, ya təmiz qulaq çöpləri ilə toxunun. Telefonu da üzünüzə toxundurmayın. Danışmaq üçün qulaqcıqlardan istifadə edin".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1949   Tarix: 16 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

hamilelikde qidalanma qaşların formalari donlar 2026 xiyar tutmasi tüklərin təmizlənməsi ailə məktəbi qas qalinlasmasi ucun maskalar kosmetika şəhid xanim az atalar sözü uşaq nece olur aysel