Bağırsaq mikroflorası və sağlamlıq

Bağırsaq mikroflorası və sağlamlıqBağırsaq  florası, sağlam və funksional həzm sistemi üçün əsas rol oynayır.
Gündəlik iş və problemlər axınında biz bəzən sağlamlığımızın  qayğısını  çəkməyi unuduruq. Düzgün olmayan və qeyri-rasional  qidalanma, yağlı, şirin, konservləşdirilmiş, rafinəolunmuş qidaların çox qəbul edilməsi, həmçinin qəbul  edilən  qidaların  tərkibində süd  məhsullarının və bitki  liflərinin  kifayət  miqdarda olmaması  bağırsağın mikroflorasına çox  pis  təsir  edir. Kəskin  pəhrizlər  də  bağırsaq  florasına xeyli  dərəcədə  zərər  vurur. Həmçinin mədə-bağırsaq  sisteminin  kəskin  və  xroniki  xəstəlikləri (xolesistit, hepatit, pankreatit, qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, digər bağırsaq xəstəlikləri),  alkoqollu  içkilərin  qəbul  edilməsi, tez-tez  baş verən  streslər,  nəzarətsiz  olaraq  güclü antibiotiklərin  qəbul  edilməsi , bağırsaq  qurdlarının  (helmintlərin)  və  infeksiya  törədən  mikrobların (dizenteriya, salmonellyoz və s.) olması, immunitetin  zəifləməsi, ekoloji  mühitin  pisləşməsi, kimyəvi və radioloji  terapiya, endokrin xəstəliklər,  metabolik  dəyişikliklər, sutkalıq bioritmlərin pozulması, bağırsaq  motorikasının  pozulması  və  s. bağırsaq  mikroflorasının  tərkib  və  miqdarının  pozulmasına  gətirib çıxarır.  Bunların hamısı  xeyirli (normal)  mikrobların məhv olmasına səbəb olur. Bu zaman faydalı  bakteriyaların  sayı azalır, xəstəlik törədən mikroorqanizmlərin miqdarı  isə  artır.  İnsan  orqanizminin  mikrob  disbalansının  pozulması  disbakterioza səbəb olur.
Bağırsaq  disbakteriozu  21-ci əsrin əsas  sosial  problemlərindən  biri  hesab  olunur. Mütəxəssislərin hesablamalarına  görə  Yer  kürəsinin böyük  yaşda  olan əhalisinin  təxminən  90%-i  bu  xəstəliyə düçar olmuşdur. Disbakteriozun səbəbləri arasında  antibiotikləin  uzunmüddətli, qeyri-rasional tətbiqi, ətraf mühitin əlverişsiz amillərinin təsiri xüsusi yer tutur. Disbakteriozun  əlamətlərinə:  İshal ( diareya), çəkinin  günü-gündən  azalması, anemiya (qan azlığı), iştahasızlıq, qarında köp, ağızda xoşagəlməz dad, ürəkbulanma, saçların tökülməsi, aqressivlik, tez yorulma aiddir.
Disbakteriozlar zamanı orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və sorulması prosesi pozulur. Bunun da nəticəsində anemiya, hipovitaminozlar (vitaminlərin çatışmazlığı), vacib mikroelementlərin kifayət qədər mənimsənilməməsi baş verir (məsələn, kalsium çatışmazlığı nəticəsində uşaqlarda - raxit, boy inkişafının ləngiməsi, böyüklərdə osteoparoz - sümüklərin kövrəkliyi baş verir).
Sağlam orqanizm üçün əvvəlcə həzm sisteminin fəaliyyətini  normallaşdırmaq  lazımdır. Bağırsaq sağlamlığı üçün vücuddakı faydalı - normal bakteriyaların sayını artırmalı, liflərlə zəngin qidalara  üstünlük  verilməlidir. Bağırsaqlar işləyərkən normal mikrofloramız xəstəlik törədən bakteriya, virus və onların toksinlərinin, ağır metal  kimi  bir  çox  zərərli  maddələrin  təsirinə  məruz  qalır. Bunun üçün bağırsaqları gücləndirməliyik. Bağırsaq disbakteriozunun profilaktik  tədbirlərinə düzgün qidalanma,  qida  rasionun zəruri maddələrlə zənginləşdirilməsi (süd məhsulları, bifido- və asidofil bakteriyalardan ibarət maddələr, mayalı içkilər və s.) aiddir. Qidalanma orqanizmə lazım olan maddələrin, vitamin və mineralların tərkibi üzrə balanslaşdırılmalıdır.
Bağırsaq  disbakteriozu  əksərən  antibakterial  təsirli  dərman  preparatlarının  qəbulu  nəticəsində yarandığından  belə  hallarda  profilaktika  məqsədilə  farmakoloji vasitələr rasional qaydada təyin olunmalı, infeksiyaların müalicəsinə kompleks yanaşılmalıdır. Uzunmüddətli  antibiotikoterapiya  zamanı  zəruri  bakteriyalarla  zəngin  məhsullardan  ibarət  pəhriz, göbələkəleyhinə,  antihistamin  və  immunostimuləedici  terapiya  tətbiq  edilir. Disbakteriozun  müalicəsinə  tərkibində həm mikroorqanizmlər, həm də onların inkişafı üçün zəruri olan  komponentlər, faydalı floranın böyümə və çoxalmasını  təmin  edən  maddələr  və mikroorqanizmlərin  canlı  kulturalarından  ibarət  preparatlar  daxil edilməlidir. Bu məqsədlə tərkibində normal mikroflora olan probiotik, onların qilanması üçün maddələr olar prebiotik və hər ikisi bir yerdə olan simbiotik qrup preparatlardan istifadə olunur. Apteklərdə bu qruplara aid çoxlu sayda preparat vardır. Lakin heç bir vasitəni həkim təyinatı olmadan qəbul etmək olmaz. Həkiminiz sizin orqanizminizə, yaş qrupuna, yanaşı xəstəliklərə və şikayətlərə əsasən sizə uyğun olan preparatı tövsiyyə edəcəkdir.
Unutmayın, sağlamlıq bağırsaqdan başlayır.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 1651   Tarix: 29 mart 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

gozel gorunmek makiyaj etmek qaydalari donlar 2026 qarabasaq kotleti həyat stili cəlil məmmədquluzadə dişlərə qulluq kosmetika haxışda heyati naz mila qz eviyçun hakışta paxlava