Bakıda avtobusda TƏRBİYƏSİZLİK: "Püfff! Sarımsaq yemisən, a kişi?"

Bakıda avtobusda TƏRBİYƏSİZLİK: "Püfff! Sarımsaq yemisən, a kişi?"Dəqiqələrdir dayanacaqda dayanıb giley-güzar dolu gözlərini avtobusun gələcəyi yoldan ayırmayan adamların səbri asfaltın sinəsinə qonub suya dönən qar kimi əriməkdəydi. Soyuğa taqəti olmayanlar palto və gödəkçələrinin içinə enmişdi Bakının şaxtalı xəzrisindən qorunmaq üçün.

Nəhayət, intizar sona çatdı. Bəlkə də bu dəqiqə heç bir şey bayaqdan bəri dayanacaqda əziyyət çəkən bu insanları avtobusun gəlişi qədər sevindirə bilməzdi.
Orta sıradakı boş yerlərdən birinə əyləşdim.

Yolu könülsüz arşınlayan avtobusun pəncərəsindən yağan qara baxırdım. Küçələr yavaş-yavaş ağ rəngə boyanırdı.

Növbəti dayanacaqda yanındakı iki cavan oğlanın və gənc qızın yardımıyla təxminən 60-65 yaşlı bir qadın mindi avtobusa. Məndən əvvəlki sırada əyləşmiş orta yaşlı kişi yerini ona verdi. Yerini rahatlayıb yaylığını düzəldə-düzəldə səsini başına ataraq havanın soyumasından, sürücülərin səhlənkarlığından gileylənən ağbirçək yanındakıların da minib-minmədiyini dəqiqləşdirib arxayın olandan sonra sol tərəfində əyləşmiş ağsaqqala tərəf dönüb qaşqabağını tökdü: "Püfff! Sarımsaq yemisən, a kişi?"

Ağsaqqal and-aman elədi ki bir aydı dilinə sarımsaq dəymir. Qadının bu sözü onunla gələn cavan oğlanların və gənc qızın gülüşünə səbəb oldu. Ağbirçək bu gülüşlərdən daha da cuşə gəldi: "Evdən çıxanda fikirləşmirsən ki, yanında mənim kimi 15 yaşlı qız əyləşə bilər?" İçdiyi andların bir işə yaramadığını anlayan kişinin gücü bu dəfə məzlum-məzlum gülümsəməyə yetdi ancaq. Yenə həmin oğlanlardan və qızdan başqa gülən olmadı.

Ağbirçək sürməyi kəlağayının altından görünən ağ tellərini səhmana salıb başladı ağsaqqalın ünvanına yazılması və deyilməsi mümkün olmayan ifadələr işlətməyə. Abrını qorumaq üçün evə ayaq üstə getməyi seçən kişinin yerinə bayaqdan ağbirçəyin hər mənasız sözünə uğunub gedən qız əyləşəndə bu abırsız dördlüyün qəhqəhəsi yayıldı salona. Üzü nurlu, ağzı dualı nənələrimizi, analarımızı xatırladım. Onlar həmin an təsəlli yerim idilər...

Saçları ağarsa da, ağlı ağarmayan qadın və dəstəsi get-gedə həyasızlaşırdı.

Əsəblərimin bundan artığına tab gətirməyəcəyini anlayıb sürücüdən avtobusu saxlamasını istədim.

Ağ birçəkli qadının söyüşlərini eşitməməkçün bu qarda-qiyamətdə evə piyada gedəcəkdim.

Küçədə bərkiyən qar bu dəfə sanki yerə deyil, əsəblərimə yağırdı... milli.az

Xəbərlər     Baxılıb: 2828   Tarix: 20 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gözlərdə bulanıqlaşma nədən xəbər verir?

Gözlərdə bulanıq görmə bir çox insanın zaman-zaman qarşılaşdığı problemlərdən biridir və bu hal bəzən müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, görmənin bulanıqlaşması sadəcə gö

.

Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün

Demək olar ki, hər növ çörək istehlak edirik. Lakin çörək növləri arasındakı fərqlər sağlamlığımıza ciddi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə paketlənmiş ağ tost çörəyi kimi ultra-işlənmiş məhsulların qida dəyərini

.

Dənizlərin altında gənclik iksiri: İnsan ömrü 200 ilə qədər uzana bilər

Rochester Universitetinin alimləri Qrenlandiya balinalarının 200 ili aşan ömürlərinin genetik səbəblərini kəşf ediblər. Bu nəhəng məməlilərdəki xüsusi bir zülalın (protein) DNA bərpasını sürətləndirdiyi və beləliklə, insanlard

.

Faydasızdır, həm də ZİYANLI

Hemoroidin xalq təbabəti ilə müalicəsi faydadan daha çox zərər verə bilər. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə proktoloq Aleksey Vinnikov deyib. O, özünümüalicənin təhlükəli nəticələri barədə xəbərdarlıq edib:

.

Bu şəxslərə banan yemək olmaz - SƏBƏB

Banan dadlı və faydalı meyvə olsa da, bəzi insanlar üçün risk daşıya bilər. xəbər verir ki, dietoloqlar və həkimlər xəbərdarlıq edirlər ki, diabet xəstələri banan yedikdə qan şəkərinin sürətlə qalxması ilə üzləşə bilər. B

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

İngiltərədə Menengit B epidemiyası: Bilməli olduğunuz məqamlar

Böyük Britaniya sağlamlıq rəsmiləri Kenterberidə artıq iki gəncin ölümünə səbəb olan bakterial Menengit B epidemiyasını araşdırır. Hazırda təsdiqlənmiş və şübhəli halların sayı 20-yə çatıb.  xəbər verir ki, menengit beyi

.

Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağ

.

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qara istiot dünyada ən məşhur ədviyyatlardan biri hesab olunur və çox vaxt "ədviyyatların kralı" adlandırılır. Bu ad ona yalnız mətbəxlərdə geniş istifadə olunduğu üçün deyil, həm də sağlamlığa faydalı xüsusiyyətlərin

turlar.az

toy gecesi gelinlikler yaz geyimleri 2026 ərzaqlar hakista xina yaxdi qrip zökəm sağlamlıq haqqında kosmetika novruz bayramına aid bakışta hakisda heyati gulmeli hakista şəkərbura