BAKİRƏLIK SİMVOLU haqqında 5 MARAQLI FAKT
Qızlıq pərdəsi və ya bəkarət pərdəsi kimi bilinən uşaqlıq yolu dəliyini örtən, Müller qabarcığının qalığı hesab edilən adətən aypara şəklində olan qalça-qasıq siniri kimi bilinən pərdədir.
Tibbdə onun fizioloji cəhətdən heç bir vəzifəsi yoxdur.
Embrionun xarici cinsiyyət orqanları dölün 7-12-ci həftə aralığında formalaşmağa başlayır. Oğlan doğulacaq körpələrdə cinsiyyət divarları birləşərək xayaların içində dəri əmələ gətirir. Qız doğulacaq körpələrdə isə cinsiyyət divarları 4 yerə ayrılaraq - xarici və daxili dodaqları formalaşdırır. Nəticədə arada qalan qalıq hissəyə isə Himen (Qızlıq Pərdəsi) deyilir.
Publika.az qızları tez-tez narahat edən suallara cavab olaraq maraqlı faktları təqdim edir:
1. Alimlərin apardığı araşdırmalar göstərib ki, bu orqanın heç bir ciddi funksiyası və orqanizm üçün önəmli rolu yoxdur. Bir qrup alim onu uşaqlıq yolu üçün sədd olduğunu desə də, digər bir qrup forması etibarilə onun bu nəzəriyyəyə cavab vermədiyini deyir.
2. Canlılar arasında yalnız insanlarda deyil, bəzi heyvanlarda da qızlıq pərdəsi mövcuddur. Himen (qızlıq pərdəsi) bir çox məməli heyvanlarda - siçan, at, lemur, donuz və s. mövcuddur. Lakin insanlardan fərqli olaraq, heyvanlarda hymen cinsi əlaqə zamanı deyil, müəyyən dövrdə öz-özünə parçalanır.
3. Himen müxtəlif formalara malikdir. Hətta anadangəlmə onun mövcud olmaması da tibbi cəhətdən təsdiqlənib. Himen orta hesabla 2000 qadın arasında 3 nəfərdə anadangəlmə olmaya bilər.
4. Elastik himenlər elmi cəhətdən az olsa da, rast gəlinən haldır. Belə himen cinsi əlaqə zamanı yırtılmır, yalnız dartılır və qadın təbii yolla uşaq dünyaya gətirəndə parçalanır. Bu da tibdə təsdiq olunmuş bir faktdır. Bu səbəbdən ilk cinsi əlaqə zamanı qanın olmaması heç də o demək deyil ki, qız bundan əvvəl cinsi əlaqədə olub.
5. Hazırda "tibb sahəsində yenilik" adlandırılan himenin cərrahi üsulla bərpası qədim zamanlardan mövcuddur. Qadınlar isti qatran metodu ilə özlərini "müalicə" edə bilirdilər.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi