Baş narkoloq koronavirusla mübarizə haqqında - Spirtli içki heç nəyə kömək etməyəcək!

Baş narkoloq koronavirusla mübarizə haqqında - Spirtli içki heç nəyə kömək etməyəcək!Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun bildirib ki, koronavirusla mübarizədə spirtli içki içmək nə xəstəliyə, nə də profilaktikaya kömək edəcək.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert alkoqollu içkilərin xəstəliyi daha da şiddətləndirdiyini bildirib:
"Hər hansı infeksiya toksikozdur və alkoqol toksikozu artırır, odur ki, vəziyyət daha da pisləşəcək. Bu, xəstələrə aiddir".
Onun sözlərinə görə, profilaktik məqsədlər üçün əlləri alkoqolla silmək faydasızdır - bir neçə dəqiqədən sonra spirt yox olur, odur ki, əlləri yenidən spirtləmək məcburiyyətində qalacaqsınız.
"Bəziləri ağız boşluğunu və yemək borusunu dezinfeksiya etmək üçün alkoqol içir, amma unudur ki, virus bədənə yalnız ağız boşluğundan deyil, gözlər və burnun selikli qişası vasitəsilə də daxil olur. Bu orqanlara spirt əlavə etmək problemlidir. Odur ki, bunların hamısının mənası yoxdur", - deyə narkoloq qeyd edib.
Y.Bryunun sözlərinə görə, əsas diqqət etməli olduğumuz qayda əlləri təmiz saxlamaq, gözləri, üzü su ilə yumaqdır. Lakin maskaların effektivliyi sadəcə cəfəngiyatdır, virusun nüfuz edə biləcəyi boşluqlar çoxdur.
İnsanların evdə nə etməli olduqlarına dair verilən sualı baş narkoloq belə cavablandırıb:
"Bir adam asudə vaxtını səmərəli keçirə bilmirsə, bu fəlakətdir. Kitab oxuyun. Televizora baxmağı tövsiyə etmirəm, buna alışırsınız, yorucu reklamlar elə hey davam edir, verilişlər təşviş yayır. Bu infeksiyadan qorxmaq lazım deyil, yalnız ümumi qaydalara əməl edirsən, su içirsən, gigiyenik qaydalara riayət edirsən və özünü təmiz saxlayırsan".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1974   Tarix: 17 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

hamilelikde qidalanma qaşların formalari donlar 2026 xiyar tutmasi tüklərin təmizlənməsi ailə məktəbi qas qalinlasmasi ucun maskalar kosmetika şəhid xanim az atalar sözü uşaq nece olur aysel