Bədəni ağır metallar və toksinlərdən təmizləyən alternativ müalicə üsulu

Bədəni ağır metallar və toksinlərdən təmizləyən alternativ müalicə üsuluİldə iki dəfə hacamat (Toksinlərin bədəndən vakum yolu ilə çölə atılması deməkdir) etdirmək bədəni ağır metallar və toksinlər təmizləyir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur tibb mütəxəssisi Ender Saraç Ənənəvi Tibb Simpoziumunda hacamatın faydalarından danışıb. O, bildirib ki, hacamat ağır metal və toksinləri azaldıb, bədənin təmizlənməsinə təsir edir. Ender Saraçın sözlərinə görə, ildə iki dəfə hacamat etdirmək xeyirdir.
"Qərb tibbində, xüsusilə texnologiya baxımından böyük irəliləyişlərin olduğunu inkar edə bilmərik. Lakin çin və hind tibbi, ayurveda və ya Uyğur tibbi dünyada minlərlə il ərzində minlərlə insan üzərində tətbiq olunan üsullardır.
Mən özünü inkişaf etdirməyi, heç bir biliyin fatanı olmamağı məsləhət görürəm. Min illərdir ki, insanlara şəfa paylayan bitkilər və otlar var. Dəyişik iynələmə üsulları, masajlar və qoxu ilə müalicə yolları mövcuddur. İnsana özünü daha yaxşı hiss etdirən, daha rahat yuxuya getməsini təmin edən və qanda xoşbəxtlik hormonları olan serotonini artıran, qocalma prosesini gecikdirən sistemlər var. Bu məlumatlara açıq olmaq və bir-biri ilə əlaqə yaratmaq lazımdır.
İldə iki dəfə hacamat etdirməyi təklif edirəm. Bu üsul bədəndə yığılan ağır metal və toksinləri azaldıraq təmizlənməyə kömək edir. Bundan sonra təmizlənmiş bədənimizi sağlam qidalandırmalı və lazım olarsa, vitaminlər qəbul etmək lazımdır. Buradaki ən mühüm sual ənənəvi tibbi kimin həyata keçirməsidir. Təcrübəsi və sertifikatları olan peşəkarlara müraciət etmək insanlar üçün vacibdir".
Bədəni ağır metallar və toksinlərdən təmizləyən alternativ müalicə üsuluÜmumi cərrahiyyə mütəxəssisi, professor Adəm Akçakaya simpoziumda profilaktik tibbdə fitoterapiya müalicəsi haqqında məlumat verib. Professor fitoterapiyanın məqsədlərini belə izah edib:
"Fitoterapiyanın məqsədi bədənin ehtiyacı olduğu qidaları balanslı şəkildə qəbul etməsidir. Bu zaman genetik cəhətdən dəyişdirilmiş, tərkibi ilə oynanılmış və əlavə qatqı maddələrlə doldurulmuş qidalardan uzaq durmalıyıq. Odur ki, mümkün qədər təbii qidalardan istifadə etməliyik. Təbii qidalanma bədəni ətraf-mühitin verdiyi təsirlərdən və toksinlərdən qoruyur, həmçinin ikinci beyin sayılan bağırsaq florasının sağlam olmasını təmin edir.
Bağırsaq florası sağlamlığımızın əsas təminatlarından biridir. Mövsümi meyvələr və tərəvəzlərlə bəslənməliyik. Qışda portağal, yayda isə qarpız yeyəcəyik. İstixana məhsullarını təklif etmirik. Bəzən vitamin həbləri, məsələn, D vitamini və omeqa-3 qəbul etmək lazımdır. Ancaq günəşə çıxmaq və balıq yeməklərinə laqeyd yanaşmamalıyıq. Qidalanma düzgündürsə, heç bir problemimiz olmayacaq".
Ailə həkimi Süleyman Ersoy isə simpoziumda xəstəliyi müalicə etmək yerinə, xəstəliyin qarşısını ənənəvi müalicə üsulları ilə almaq həm şəxsin özü, həm də dövlət üçün daha ucuz və asan başa gəldiyini qeyd edib.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2131   Tarix: 25 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

aksessuarlar yemek reseptleri hamiləlik makaron reseptləri pirojnalar əməliyyatlar blincik hazirlanma qaydasi kosmetika novruza aid hakistalar burcler muellim seiri bayatılar balıq